Ukraynadakı münaqişə qlobal xarakter alıb Putin AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qərb raketlərinin Rusiya Federasiyasına hücumundan sonra Ukraynada münaqişə qlobal xarakter alıb.
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Qərbin uzaqmənzilli raketlərinin hücumlarını dəf edib və onlar qarşıya qoyduğu məqsədlərə nail ola bilməyib.
Putin qeyd edib ki, ABŞ və NATO Rusiya ərazisinə uzaqmənzilli raketlərdən istifadə etmək qərarı ilə eskalasiya kursunu davam etdirirlər.
"Rusiya tərəfi dəfələrlə vurğulayıb ki, belə silahlardan istifadə istehsalçı ölkələrin hərbi mütəxəssislərinin birbaşa iştirakı olmadan mümkün deyil", - dövlət başçısı əlavə edib.
Baxış sayı:118
Bu xəbər 21 Noyabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















