Ukraynadan Aİ yə çağırış: Rusiyaya qarşı sanksiyalar gücləndirilsin!
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Ukrayna Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qeyd-şərtsiz uzadılmalı və daha da gücləndirilməli olduğunu hesab edir.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi sentyabrın 16-da keçirdiyi brifinqdə bildirib.
“Bizim mövqeyimiz dəyişməzdir - sanksiyaların yumşaldılması qəbuledilməzdir. Aİ-nin fərdi sanksiya siyahısında yer alan şəxslər bu siyahıya Ukraynaya qarşı Rusiyanın təcavüzünü birbaşa dəstəklədikləri və müharibənin davam etməsinə töhfə verdikləri üçün daxil ediliblər”, - deyə Tixi bildirib.
Onun sözlərinə görə, həmin şəxslər sanksiya siyahısında qalmalı, siyahı yeni adlarla genişləndirilməli və sanksiyaların yenilənməsi üçün nəzərdə tutulan müddət artırılmalıdır.
Tixi qeyd edib ki, Ukraynanın xarici işlər naziri Andrey Şibiqa sanksiyaların uzadılması məsələsi ilə bağlı Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və ittifaqa üzv dövlətlərlə sıx təmasdadır.
AYtən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Sentyabr 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















