Icma.az
close
up
RU
“Ukraynalı miqrantlara təzyiq artır: ABŞ deportasiya edir, Almaniya sosial dəstəyi məhdudlaşdırır“ Qərb mətbuatı

“Ukraynalı miqrantlara təzyiq artır: ABŞ deportasiya edir, Almaniya sosial dəstəyi məhdudlaşdırır“ Qərb mətbuatı

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Vaşinqton və Berlin yeni qaydalarla ukraynalıları ya vətənə qayıtmağa, ya da işləməyə məcbur edir..."

ABŞ-da deportasiya dalğası

"The Washington Post"-un məlumatına görə, Donald Tramp administrasiyası ukraynalı miqrantlara qarşı sərtləşdirilmiş deportasiya siyasətinə başlayıb. Məhkəmə sənədləri göstərir ki, yaxın günlərdə ən azı bir neçə ukraynalının ABŞ-dan çıxarılması gözlənilir.

İlk deportasiya ediləcək şəxslərdən biri - 41 yaşlı Roman Surovtsevin Ukraynaya göndərilməsi artıq planlaşdırılıb. Vəkillər bildirir ki, Miqrasiya və Gömrük Xidməti daha geniş miqyaslı deportasiyaya hazırlaşır və bəzi ukraynalılar "hərbi reyslə" Ukraynaya və ya Polşaya aparılacaqları barədə xəbərdarlıq alıb.

Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanışina deyib ki, hazırda təxminən 80 ukraynalıya qarşı rəsmi deportasiya qərarı var. Vəkillər isə xəbərdarlıq edir: deportasiya olunanların bəzilərinə ABŞ qanunlarına görə zəruri olan "deportasiya qorxusu proseduru" təqdim edilmir. Hüquq müdafiəçilərinə görə, Ukraynaya qaytarılan şəxslər dərhal səfərbərliyə cəlb oluna və cəbhəyə göndərilə bilərlər, bu isə ölüm riskini artırır.

Deportasiya edilənlərin içində cinayətkar geçmişi olanlar da var: Surovtsev oğurluğa, digər ukraynalı Andrey Bernik isə qətl cinayətinə görə məhkum edilib. Hər iki şəxs hüquqi baxımdan Ukrayna vətəndaşı hesab edilməsə də, ABŞ onları Ukraynaya və ya hətta Rusiyaya göndərə bilər. Bu praktika Trampın əvvəlki prezidentlik dövründə də tətbiq olunub.

Almaniyada yeni qaydalar və sosial məhdudiyyətlər

Bu arada Almaniya kansleri Fridrix Mers ukraynalı kişilərə açıq mesaj göndərib: "Ölkənizdə qalın və xidmət edin". Berlin qeyd edir ki, xüsusilə hərbi yaşda olan ukraynalı kişilərin Almaniyaya gəlməsi məqbul deyil. Mers həmçinin təsdiqləyib ki, 2025-ci ilin aprelin 1-dən sonra Almaniyaya gələn ukraynalılar artıq Bürgergeld (vətəndaş sosial təminatı) ala bilməyəcək.

Yeni qaydalara əsasən, onlar yalnız sığınacaq axtaranlara məxsus sosial yardım alacaq və bu, daha məhdud paketdir. Hökumət məqsədinin "ukraynalıları sosial sistemdə qalmağa deyil, əmək bazarına daxil olmağa vadar etmək" olduğunu bildirir.

Maliyyə hesablamalarına görə, bu dəyişiklik Almanyaya 2026-cı ildə təxminən 730 milyon avro qənaət, 2027-ci ildə isə 320 milyon avro azaldılmış xərclər təmin edəcək. Bununla yanaşı, federal torpaqlar və bələdiyyələr əlavə sosial yük daşıyacaq, lakin hökumət onlara kompensasiya verməyi planlaşdırır.

Beləliklə, həm ABŞ, həm də Almaniyada meyl  eynidir: ukraynalı qaçqınlara əvvəlki humanitar yanaşma dəyişir və daha sərt, praqmatik siyasət tətbiq olunur. Bu isə minlərlə ukraynalı üçün yaxın aylarda həm hüquqi, həm də sosial baxımdan yeni və çətin reallıq yarada bilər.

Moderator.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Noyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri