Icma.az
close
up
RU
Ukraynalı politoloqdan Əliyevlə bağlı möhtəşəm çıxış VİDEO

Ukraynalı politoloqdan Əliyevlə bağlı möhtəşəm çıxış VİDEO

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Ukraynalı politoloq, sosial şəbəkələrdə milyonlarla izləyicisi olan, Avropada güvənilən ekspertlərdən sayılan Dmitri Spivakın son şərhi sosial şəbəkələrdə trendə çevrilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, o, Cənubi Qafqazın dünya siyasi düzəninə necə təsir etməsi barədə danışıb.

“Baxın, Bakı və Tiflis dünyanın düzənini necə dəyişir, yeni, müasir dünya düzəninin qaydalarını yazırlar; Baxın, balaca müstəqil ölkələr necə dünyanın nəhəng ölkələrinin oyununu dəyişirlər. Bakı. İlham Əliyev: son həftələrdə möhtəşəm, qrossmeystr oyunu nümayiş etdirir. Tək ona görə yox ki, o, iki dəfə Putini üzr istəməyə məcbur etdi. Bunu beş il bundan öncə təsəvvür etmək çətin idi. Lakin bir çoxları unudur ki, bu hadisədən bir həftə əvvəl İlham Əliyev geniş müsahibəsində ABŞ-ı və sorosçuları Ermənistana yardım etməkdə və silahlandırmaqda ittiham etmişdi. Məhz həmin müsahibədə Azərbaycan Prezidenti Əliyev Fransa Prezidenti Makronu Tiflisdəki qarşılığa dəstək verməkdə ittiham etmişdi. Həmin müsahibədə İlham Əliyev Gürcüstan hakimiyyətini və Gürcü Arzusu Partiyasını dəstəklədi. Böyük olmayan ölkənin prezidentinin dahiyanə gedişləridir – müstəqil, suveren ölkə, hansı ki, özünü geosiyasi monstrlara elə təqdim edir ki, onlar heç nə edə bilmir. Makron susur, Vaşinqtonda da bir şey demir. Rusiya da başını aşağı dikməyə məcbur olub, lakin bu o demək deyil ki, Putin və Əliyev arasından böyük qara pişik keçdi. Heç də yox. Onlar yenə əlaqə quracaq, təmasda olacaq, ticarət edəcəklər, birgə layihələr həyata keçirəcəklər.

Bakı öz layihələrini həyata keçirməyə və Avropa, ABŞ və digər ölkələrlə geosiyasi kommunikasiyalar qurmağa davam edəcək. Məhz bu, dahiyanə siyasi şahmat oyununun zirvəsidir! Bunu belə etrmək lazımdır! Mən həmişə deyirdim ki, Qərbdə iki cür demokratiya var: biri daxili istifadə üçün, digəri isə necə deyərlər, ixrac üçün nəzərdə tutulub. Amma söhbət bundan getmir. Söhbət ondan gedir ki, biz, Ukrayna vətəndaşları, Ukrayna bir dövlət olaraq diqqətlə baxmalı və öyrənməliyik!

Necə ki, kiçik görünən ölkələr – Azərbaycan, Gürcüstan – öz mürəkkəb coğrafi mövqelərini və qlobal geosiyasi maraqların kəsişməsində olduqlarını anlayaraq düzgün addımlar atır. Onlar müharibə istəmirlər. Əvəzində, çoxvektorlu, çoxşaxəli siyasət yürüdürlər. Nə ruslar, nə amerikalılar onlara qarşı müharibə başlayar. Bax, beləliklə, onlar özlərini qoruyub saxlaya bilirlər, maraqlarını müdafiə edirlər və zərurət olduqda sərt addımlar ata bilirlər.

İlham Əliyev də məhz belə sərt addımlar atıb: həm sorosçulara, həm Makrona, həm də Putinə qarşı sərt mövqe nümayiş etdirdi və Putini iki dəfə üzr istəməyə məcbur etdi. Hətta kompensasiya da ödənəcək. Gürcüstanda da eyni hal baş verir. Bu kiçik ölkə anlayır ki, Qafqaz nə qədər partlayış təhlükəli bir regiondur. Onlar müharibə istəmir. Əvəzində, maraqlarını irəlilətməyə çalışır və bunu bütün dünyaya nümayiş etdirirlər.

İndi əsas məsələyə keçim. Əvvəlki qaydalar artıq yoxdur, beynəlxalq nizam əvvəlki kimi qalmayacaq. Bu gün dünyada geosiyasi qeyri-müəyyənlik dövrüdür. Bir çox kiçik və orta ölkələrin rolu və maraqları nəzərə alınacaq. Geosiyasi tarazlıqlar, güc nisbətləri və hətta sərhədlər dəyişəcək.

Ən vacibi isə bir ölkənin hegemoniyası altında birqütblü dünyadan çoxqütblü dünya quruluşuna keçid baş verir. Bu yeni sistemdə böyük dövlətlər kiçik və orta ölkələrin maraqlarını artıq görməzdən gələ bilməyəcəklər – istər Avropada, istər Asiyada, istər Qafqazda, istərsə də Latın Amerikasında və ya Qlobal Cənubda. Bu, Ukrayna üçün dərs olmalıdır: bu günün qaynayan siyasi ehtiraslarla dolu dünyasında özünü necə aparmağı öyrənmək lazımdır”, – o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri