Belçika klubu Jess Torupu istefaya göndərdi
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Genk" baş məşqçisi Jess Torupu istefaya yollayıb. Sport24.az xəbər verir ki, bu barədə Belçika klubunun mətbuat xidməti məlumat yayıb.
"Genk" 11 turdan sonra komanda Belçika çempionatında mümkün 33 xaldan 15-ni toplayaraq 7-ci pillədə qərarlaşıb ki, bu da klub rəhbərliyinin narazılığına səsbəb olub. Klubun yayadığı bəyanatda bildirilir ki, rəhbərlik komandanın çıxışında, medallar uğrunda mübarizədə tələb olunan irəliləyişi müşahidə etməyib.
Rəsmilər məşqçilər heyətinə vəziyyəti düzəltmək üçün hər cür imkan yaratmağa çalışsa da, bu, nəticə verməyib. Hərtərəfli qiymətləndirmədən sonra rəhbərlik yeni bir təkanın zəruri olduğu qənaətinə gəlib.
"Genk" Jess Torup və köməkçisi İmre Sabiçə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, yeni baş məşqçi təyin olunana qədər məşqlərə Peter Balette və Domeniko Olivieri rəhbərlik edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 11 Noyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















