Ukraynanı gözləyən tale: Üçüncü Reyxin bölünməsinə bənzəyəcək Almaniya planı açıqladı
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Ukrayna ilə bağlı planı Üçüncü Reyxin bölünməsinə çox bənzəyir.
Turkustan.az xəbər verir ki, bunu jurnalist Ulrix Rayts Almaniyanın “Focus” onlayn nəşrinin “YouTube” kanalında deyib.
“Trampın planı mənə 1945-ci ildən sonra Almaniya ilə bağlı qəbul edilən qərarı xatırladır. Məncə, paralellər göz qabağındadır”, - Rayts bildirib.
O, Krımın İkinci Dünya Müharibəsindən sonra Polşaya verilmiş Almaniyanın şərq torpaqları ilə olduğu kimi, “demək olar ki, beynəlxalq hüquqa uyğun olaraq” Rusiya Federasiyasının bir hissəsi kimi tanınacağını qeyd edib.
Onun sözlərinə görə, Ukraynanın şərq hissəsi Almaniya Demokratik Respublikasının statusuna oxşar status alacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 24 Aprel 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















