Zelenski Almaniya kansleri ilə Ukraynanı müzakirə edib
Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Merts ilə görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, görüş Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Sammiti çərçivəsində baş tutub.
"Almaniya kansleri Fridrix Mertslə görüş zamanı mən ona əsas ehtiyaclarımız barədə qısa məlumat verdim", - deyə siyasətçi vurğulayıb.
Zelenski qeyd edib ki, o Almaniya kansleri ilə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi, o cümlədən Patriot sistemləri və raketlərin verilməsini müzakirə edib.
"Mən Almaniyaya Ukraynaya verdiyi ardıcıl dəstəyə görə minnətdaram. Almaniya yardımda liderlər sırasındadır və bu, bizim üçün çox vacibdir", - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















