Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Ukraynanın Avropa yolundakı Orban əngəli Bu səddi necə keçməli?

Ukraynanın Avropa yolundakı Orban əngəli Bu səddi necə keçməli?

Icma.az bildirir, Ayna portalına istinadən.

Bir çox məsələ Avropa İttifaqı ölkələrinin liderlərinin siyasi qərarından və iradəsindən asılıdır

İyunun 26-da keçirilən Avropa Şurasının sammiti Ukrayna üçün bir gün əvvəl NATO-nun sammiti qədər müsbət qərarlarla yadda qalmadı. Kiyevin Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların başlanacağını gözləməsinə baxmayaraq, Aİ-yə üzv olan 26 ölkə Macarıstansız bu prosesin irəli getməyəcəyini açıq şəkildə bəyan etdilər. Macarıstanın Baş naziri Viktor Orban isə daha əvvəl bildirmişdi ki, o Ukraynanın Aİ-yə inteqrasiyasının əleyhinədir. Orban hesab edir ki, bu halda Avropa Rusiya ilə müharibəyə qoşulmuş olur.

Aydındır ki, Aİ ölkələrinin birgə qərarlarına veto qoymaqla Ukraynanın Avropaya doğru irəliləməsini əngəlləmək prosesi davam edir. Bu, uzun müddətdir ki, anti-Ukrayna isteriyası və anti-Ukrayna siyasəti məsələsini növbəti seçki kampaniyasının əsasına çevirdiyi barədə açıq və səmimi danışan Macarıstanın Baş nazirinin siyasi mövqeyidir. Orban indiyədək Macarıstanda bir neçə dəfə Corc Soros və onun Açıq Cəmiyyət Fondunu tənqid edərək seçkilərdə qalib gəlib. İndi Corc Soros belə desək, təqaüdə çıxdığına görə ona başqa düşmən lazımdır. Və o Ukraynanı anti-Ukrayna ritorikasının köməyi ilə öz elektoratını səfərbər etmək üçün seçdi.

Bir daha təkrar edirəm: Orbanın seçki strategiyası Ukraynaofobiyadır. Düşünürəm ki, bu strategiyanı dəyişmək üçün heç kim ona təsir göstərə bilməyəcək. Çünki onun üçün bu, siyasi səhnədə sağ qalmaq məsələsidir. Seçkidə uduzsa, Kiyev üçün bir fürsət pəncərəsi açıla bilər. Axı siyasi rəqibi Peter Maqyar Orbana əks mövqe tutur. Amma o ana qədər Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanması və danışıqlar klasterlərinin açılması ilə bağlı Aİ-də qərarların qəbulu mövcud qaydalara əsasən, əngəllənəcək. Bununla belə, Aİ bunu gözləməyə bilər. Yəni ki, Orbanın, yaxud başqasının iştirakı olmadan qərarların qəbulu və problemləri həll etmək üçün həll yolları axtara bilər. Lissabon Müqaviləsi, yəni Aİ-nin fəaliyyət prinsiplərinə dair əsas razılaşma şərt qoyur ki, hər bir texniki qərar - danışıqların açılması və ya bağlanması - 27 üzv dövlətin yekdil səsini tələb edir. Ancaq bu, proseduru çox çətinləşdirir. Axı yekun qərar hələ Aİ-yə üzv ölkələrin parlamentlərində də dəstək almalıdır. Ona görə də Budapeştdə hakimiyyət dəyişikliyini gözləmədən, texniki danışıqlar baxımından Ukrayna ilə bağlı hərəkətə keçmək olar.

Eyni zamanda, Macarıstanla hazırda mövcud olan problemlərin sonradan Aİ-nin digər ölkələrində də yarana biləcəyini istisna etmək olmaz: orada da seçkilər keçiriləcək və hakimiyyət dəyişəcək. Beləliklə, Aİ-də istənilən problemli məsələ qeyri-müəyyən müddətə uzana bilər.

... Aİ uzun müddətdir ki, Orbanın nazı ilə oynayır və bu, onun xoşuna gəlib. İndi onun iştahı son dərəcə böyükdür. Bununla belə, bütün digər Aİ-yə üzv dövlətlər Orbandan yan keçməyi seçsələr, bunu bacaracaqlar. Bu halda Baş nazir özü də heç nə edə bilməyəcək. Deməli, bir çox məsələ yalnız Aİ liderlərinin siyasi qərarından və iradəsindən asılıdır.

Müəllif: Volodimir Qorbax – Ukraynalı analitik.

Mənbə: UNİAN

Tərcümə AYNA.AZ-a məxsusdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://ayna.az
archiveBu xəbər 01 İyul 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri