Icma.az
close
up
RU
Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Dil – milləti millət edən və onun unikallığını əks etdirən ən möhkəm təməldir. Əgər ana dilimizi qorumasaq, onun saflığının itirilməsinə, xarici sözlərlə dolmasına, jarqon və ya dialektlər toplusuna çevrilməsinə şərait yaratsaq, bu, tədricən dilin məhv olmasına gətirib çıxarar. Necə ki, bir vaxtlar Latın dili danışıqdan yox olub və yalnız yazılı formada qalıb, eyni aqibət bizi də gözləyə bilər.

Bu fikirləri Əməkdar incəsənət xadimi, quruluşçu rejissor və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Nicat Kazımov AZƏRTAC-ın müxbiri ilə söhbətində səsləndirib.

Onun sözlərinə görə, dilin yox olması xalqın milli kimliyinin, köklərinin və tarixi yaddaşının itirilməsi deməkdir: “Bir millətin millət olaraq qalması üçün onun dili qorunmalıdır. Biz məhz ana dilində dünyaya müraciət edirik – o, bizim mentalitetimizi, gözəlliyimizi, tariximizi ehtiva edir. Azərbaycan dili o qədər zəngin və ifadəlidir ki, onun saflığını süni, alınma sözlərlə zəiflətmək yolverilməzdir. Xalqı qorumağın ən əsas yolu onun dilini qorumaqdan keçir – bu, milli yaddaş, genetik kod və mentalitet məsələsidir”.

Peşəkar fəaliyyətindən danışan rejissor bildirib ki, teatr dilin saflığının xüsusilə vacib olduğu sahələrdən biridir: “Səhnədə tamaşaçı qüsursuz nitq eşitməlidir: düzgün tələffüz, dəqiq vurğu, təmiz Azərbaycan dili. Rejissor və müəllim kimi mən tələbələrimdən və aktyorlarımdan mükəmməl diksiya tələb edirəm. Əminəm ki, bu yolla biz dilin qorunmasına töhfə verir və onun gözəlliyini tamaşaçıya çatdırırıq”.

Nicat Kazımovun sözlərinə görə, onların işində əsas çətinliklərdən biri xarici əsərlərin tərcüməsi ilə bağlıdır: “Bir çox mətnlər ya ümumiyyətlə, Azərbaycan dilinə tərcümə olunmayıb, ya da olduqca uğursuz şəkildə tərcümə edilib. Çox vaxt həmin tərcümələri tamamilə yenidən işləmək lazım gəlir, çünki kompüter proqramları yalnız hərfi, bəzən isə səhv variant təqdim edir. Buna görə də mən əsərləri özüm tərcümə etməyə üstünlük verirəm – bu, həm daha dəqiq, həm də peşəkar olur”.

Sənətçi müasir mediada dil mədəniyyətinə olan tələblərin azalmasından da narahatlığını ifadə edib: “1992-ci ildə televiziya diktorlarının müsabiqəsində iştirak etdiyim zaman düzgün tələffüzə böyük önəm verilirdi. Hətta reklam çarxlarında belə dilin saflığına və düzgün vurğulara ciddi nəzarət olunurdu. İndi isə, təəssüf ki, əksər reklamlarda səhv vurğulara, dil qüsurlarına və Azərbaycan dilinə aid olmayan ifadələrə rast gəlinir. Bu, çox təəssüf doğurur və ciddi diqqət tələb edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri