Ukraynanın bərpası üçün 800 milyard dollarlıq saziş...
Icma.az bildirir, Axar.az portalına istinadən.
ABŞ və Ukrayna hökumətləri müharibədən sonrakı yenidənqurma və təhlükəsizlik zəmanətləri ilə bağlı 800 milyard dollar dəyərində ikitərəfli müqavilə imzalayacaqlar.
Axar.az xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Vladimir Zelenski ilə görüşə bilər və orada gələcək müqavilənin bütün detallarını müzakirə edəcəklər.
Plana əsasən, on illiklər ərzində 800 milyard dollar ayırmaq nəzərdə tutulur. Bunun Ukraynaya özəl şirkətlər də daxil olmaqla bir sıra investisiyalar cəlb etməyə kömək edəcəyi gözlənilir.
Qəzet Davos görüşü çərçivəsində Ukraynada yerləşdirilmək üçün təhlükəsizlik qüvvələrinin yaradılması ilə bağlı müqavilənin imzalanıb-imzalanmayacağı barədə məlumat verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 Yanvar 2026 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















