“Ukraynanın coğrafiyası artıq dəyişib”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib.
“Qafqazinfo” xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlardan danışıb.
O bildirib ki, söhbət ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında aparılacaq üçtərəfli danışıqlardan gedir.
ABŞ Prezidenti Donald Trampın müharibədən sonra Ukraynanın müstəqil və azad qalacağı, lakin sərhədlərinin bir qədər dəyişə biləcəyi barədə açıqlamasına münasibət bildirən Peskov deyib:
“Ukraynanın görünüşünə gəlincə, coğrafi baxımdan artıq fərqli ölkədən söhbət gedir. Cəbhədəki reallıqlar ortadadır və heç kim bunu inkar edə bilməz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Noyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















