Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya qüvvələri Ukraynanın Xarkov bölgəsində bir kəndi ələ keçirib və daha iki bölgədə irəliləyib.
Reyting.az xəbər verir ki, bu barədə “DeepState” portalının analitikləri bildirib.
Qeyd olunur ki, rus ordusu Xarkov bölgəsindəki Dentyarne kəndini işğal edib. Bundan əlavə, Rusiya qüvvələri Sumı bölgəsindəki Qrabivske və Donetsk bölgəsindəki Nikiforivka yaxınlığında irəliləyiblər.
“DeepState”ə görə, ruslar da Milayvka yaxınlığında da üstünlük qazanıblar. Bu kənd Kursk vilayətinin Belovski rayonundadır.
“DeepState” monitorinq layihəsinin analitikləri bundan əvvəl rusların Pokrovsk, Mirnoqrad və Seversk yaxınlığında irəlilədiyini bildiriblər.
Hər üç şəhər Donetsk bölgəsindədir. Seversk Rusiya qüvvələri tərəfindən işğal edilib. Oradan ruslar Slovyansk və Kramatorsk istiqamətində irəliləməyə çalışırlar. Pokrovsk və Mirnoqrad da DeepState xəritəsində “işğal olunmuş” kimi qeyd olunub.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 Fevral 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















