Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Ukraynanın heç bir seçimi qalmadı: “Güzəştə getməli...”

Ukraynanın heç bir seçimi qalmadı: “Güzəştə getməli...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“The New York Times” qəzetinin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp müttəfiqlərini tərk edib Putinlə birləşməyə hazır olduğunu bildirib.

Adıçəkilən nəşr Trampın bu açıqlamasının ABŞ və Rusiya arasında müharibə başlayandan sonra ilk danışıqlar zamanı özünü büruzə verdiyini qeyd edib. 

“Tramp çoxdan Putinə heyran olub və onu özünün müttəfiqi, güclü və çox ağıllı oyunçu hesab edir. Tramp açıq şəkildə bildirib ki, o, Putinin təcridinə son verir və Rusiyanı ABŞ-nin strateji tərəfdaşına çevirməklə onu beynəlxalq ictimaiyyətə qaytarmağa çalışır.

Tramp hesab edir ki, ərazi güzəştləri ilə razılaşmayan Ukrayna liderləri müharibədə günahkardır, bu müharibəni başladan Rusiyanın özü deyil. “Sən buna başlamamalıydın”, - Tramp Ukrayna liderinə belə müraciət edir.

Tramp nəsillər boyu Amerikanın xarici siyasətində müttəfiqləri və düşmənləri strategiyalarını dəyişməyə məcbur edəcək ən böyük dönüşlərdən birini edir.
Tramp Rusiya Federasiyasına gələcək birgə müəssisələr üçün tərəfdaş kimi baxmağa çalışır.

Mövzu ilə bağlı politoloq Zaur İbrahimli “Cebheinfo.az”-a bildirib ki, ABŞ Prezidenti Donald Trampın müttəfiqlərini tərk edərək Putinlə birləşməsi fikri tamamilə qərəzli bir yanaşmadır:

“Belə ki, “The New York Times” nəşri adətən Demokratlar Partiyasının yanaşmasını müdafiə edir.

Hazırda Tramp komandasının və Respublikaçılar Partiyasının rəqibləri Ağ Evin irəli sürdüyü xarici siyasət təşəbbüslərini ciddi şəkildə tənqid edirlər. 

Hesab edirlər ki, bu Trampın hakimiyyətdəki 100-cü günündə onun qərarlarına ciddi opponentlik etmək imkanı verəcək.

Bu gün Tramp Ukrayna ilə bağlı qeyri-standart yanaşmalar təklif edir. Amma bu vaxtadək Ukraynasız heç bir müzakirə aparılmaması yanaşması vardı. Məhz Ukraynaya dəstək göstərən ölkələr - həm rəsmi Vaşinqton, həm də Avropa İttifaqı bu yanaşmanı əsas prinsip kimi qəbul edirdilər.

İndi isə Tramp bu yanaşmanı dəyişib, Rusiya ilə danışıqlar aparır. İlkin mərhələdə isə danışıqlar masasına nə Avropa İttifaqı, nə də Ukrayna dəvət olunub. Təbii ki, bu da onlarda qıcıq yaradıb. Bildirim ki, artıq Rusiya və ABŞ arasında ilk görüş baş tutub və hər iki tərəfin verdiyi açıqlamalar göstərir ki, müzakirələr kifayət qədər gərgin keçib.

Amma rəsmi Moskva bütün tələblərinin yerinə yetiriləcəyini gözləməsin. Hər halda amerikalılar qətiyyətlə bu cür bəyanatlar verirlər. Əlbəttə, qarşılıqlı güzəşt əsasında razılaşmalar gediləcək. Hazırda kompromislərin dərəcəsi və miqyası haqqında indidən fikir söyləmək isə çox tezdir. 

Qeyd edəm ki, Ukraynanın gedəcəyi güzəştlərin hüdudları Kiyevdə həll olunmur”.

Onun sözlərinə görə, hazırda Zelinskinin komandası rəsmi Vaşinqtonun təzyiqlərinə davam gətirməyəcək:

“İndiki vəziyyətdə Avropa İttifaqı Ukraynaya siyasi dəstək verir. Əlbəttə, bu dəstəyin miqyası barədə qəti fikirlər irəli sürmək isə tezdir. Əgər Avropa İttifaqı kifayət qədər qətiyyətli mövqe nümayiş etdirsə, məsuliyyəti üzərinə götürmək üçün siyasi iradə ortaya qoysa, rəsmi Vaşinqton Ukrayna ilə bağlı mövqeyinə yenidən nəzər sala bilər. Əks halda danışıqlar indiki yanaşma üzrə davam edəcək. Rusiya ilə ilkin kompromislərin parametrləri müəyyən olunduqdan sonra artıq bu Ukrayna və Avropa İttifaqı ilə də müzakirə olunacaq”.

Politoloq vurğulayıb ki, hazırda Ağ Evin qarşıya qoyduğu məqsəd atəşkəsin mümkün qədər tez əldə olunmasıdır:

“Atəşkəsdən sonra artıq tərəflər arasında danışıqların uzun bir mərhələsinin başlanğıcına gəlinə bilər. Amma ilkin olaraq atəşkəs əldə etməkdir. 

Prezident Trampın son açıqlamaları göstərdi ki, Ağ Ev bu məsələdə çox qətiyyətlidir və hesab edir ki, indiki mərhələdə Avropa İttifaqının və rəsmi Kiyevin qeyri-rasional yanaşması bu məqsədə nail olmağı çətinləşdirir.

Hesab edirəm ki, yaxın günlərdə Donald Tramp komandası təzyiqləri artıracaq və atəşkəs əldə olunması üçün Ukraynanın və Avropanın İttifaqının da amerikalıların yanaşmasını qəbul etməsinə çağıracaq. Bu o demək deyil ki, Ukraynanın mövqeləri tamamilə əldən verilir, ruslar istənilən şərtləri qəbul etdirə biləcəklər”.

Zaur İbrahimlinin fikrincə, əgər Tramp administrasiyasının yanaşması bu cür davam etsə, ukraynalıların güzəştləri onların gözləntilərindən daha geniş ola bilər:

“Sadəcə olaraq, Tramp strategiyasının hədəfi bundan ibarətdir ki, hərbi, siyasi, iqtisadi, sosial və maliyyə resurslarını Rusiya ilə qarşıdurmaya sərf etmək doğru deyil. Bu gün Qərb-Rusiya qarşıdurmasından daha çox Çin yaralanır.

Məhz bu paradiqma çərçivəsində Tramp maksimum səy göstərəcək. Bu ilk növbədə Moskvanın maraqlarına cavaba verir. Bu isə nə Avropa İttifaqı, nə də Ukrayna tərəfindən birmənalı qarşlanmır.

Onlar düşünür ki, bu Rusiyanı gücləndirəcək. Ola bilsin ki, indiki mərhələdə ABŞ Rusiya ilə müəyyən sözdələşmələr əldə edə bilərlər və bu, ABŞ-nin digər qlobal məsələlərlə bağlı mövqeyini gücləndirə, resurlarına qənaət edə bilər.

Lakin uzaq perspektivdə bu, Avropa İttifaqı və Ukrayna üçün təhdidləri aradan qaldırmır.

Onlar hesab edirlər ki, indiki halda Putinə minimum güzəştə getmək lazımdır.

Lakin Tramp administarsiyası düşünür ki, əgər Rusiya ABŞ qarşıdurmasına fasilə veriləcəksə və bunu sövdələşmələrlə etmək mümkündürsə, bu zaman Rusiyanın tələblərinin geniş spektri nəzərdən keçirilməlidir.

Bu məsələdə Avropa İttifaqı ilə ABŞ arasında çox ciddi strategiya fərqi var. Lakin istənilən halda bütün bu proseslərdə uduzan tərəf Ukraynadır. Ukraynalılar sözsüz ki, güzəştə getməli olacaqlar”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Fevral 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri