Ukraynanın iki şəhərində elektrik enerjisi kəsildi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Ukraynanın Vinnitsa şəhərində gecə saatlarında baş verən hücumdan sonra elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb.
KONKRET.az xəbər verir ki, hadisələrlə bağlı məlumatı “Politika Stranı” Telegram kanalı yayıb.
Şəhərin meri Sergey Morqunov bildirib ki, kritik infrastruktur obyektləri ehtiyat enerji mənbələri ilə işləyir.
Merin sözlərinə görə, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar şəhərdə elektrik nəqliyyatının hərəkəti dayandırılıb. Onun əvəzinə marşrutlara əlavə avtobus və mikroavtobusların buraxılması nəzərdə tutulur.
Bundan başqa, sakinlərin internetə çıxışında da problemlər yarana biləcəyi bildirilir.
Ukraynanın qərbində yerləşən Lutsk şəhərində də elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb. Məlumata görə, pilotsuz uçuş aparatının zərbəsindən sonra şəhərdə elektrik təchizatında problem yaranıb. Bəzi ərazilərdə suyun da kəsildiyi qeyd olunur.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Oktyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















