Ukraynanın Kurska hücumunun nəticəsi bəlli oldu
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kursk vilayətinin Lqov şəhərində səkkiz mənzilli iki mərtəbəli yaşayış binasına Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində ciddi ziyan dəyib.
Axar.az xəbər verir ki, bunu Kursk vilayətinin qubernatoru vəzifəsinin müvəqqəti icraçısı Aleksandr Xinşteyn Lqova endirilən zərbələrin nəticələri barədə məlumat verərkən deyib.
O bildirib ki, zərbələr nəticəsində iki binada yanğın olub, bir sıra mənzillərə ciddi ziyan dəyib:
“Hər iki yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa zamanda söndürülüb”.
Bundan əlavə, o, şəhərdə iki elektrik xəttinin zədələndiyini, buna görə elektrik kəsintisinin olduğunu bildirib.
Qeyd edək ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində Lqov şəhərinə hücum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 31 Dekabr 2024 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















