Icma.az
close
up
RU
Əsas məsələ təhsilin keyfiyyəti, həyatla əlaqəliliyidir MÜNASİBƏT BİLDİRİLDİ

Əsas məsələ təhsilin keyfiyyəti, həyatla əlaqəliliyidir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Yerli və xarici universitetlərdə təhsil almağın üstünlükləri və fərqləri çox vaxt müzakirə olunur. Amma burada əsas məsələ təkcə təhsil almağın yerindən yox, təhsilin keyfiyyətindən, məqsədyönlülüyündən və gələcəkdəki nəticələrindən asılıdır". Bu sözləri SİA - ya açıqlamasında ali təhsil üzrə ekspert, Ped.ü.f.d. Vüsal Kərimli deyib.

O bildirib ki, əvvəla, xaricdə təhsil almağın özü-özlüyündə üstünlük olması haqqında ümumi bir fikir formalaşıb: "Lakin bu, tam olaraq doğru deyil. Xaricdə təhsil almağın faydası yalnız və yalnız hansı universitetdə və hansı proqramla təhsil alındığına görə qiymətləndirilə bilər. Əgər siz dünyada tanınmış, yüksək reytinqli bir universitetdə, məsələn, QS və ya Times Higher Education sıralamalarında olan bir ali məktəbdə oxuyursunuzsa, bu, sizin üçün böyük üstünlükdür. Xüsusilə də, bu təhsili dövlət proqramı, beynəlxalq təqaüdlər və ya müsabiqə yolu ilə əldə etmisinizsə, bu, həm də sizin intellektual səviyyənizin göstəricisidir. Bu cür təhsil həm bilik baxımından zəngin olur, həm də sizin gələcəkdə iş dünyasında daha inamla addımlamağınıza imkan yaradır. Çünki həmin universitetlərdə siz ən müasir elmi yanaşmalarla, praktiki layihələrlə, müxtəlif ölkələrdən gəlmiş tələbələrlə birgə işləməklə qlobal şəbəkənin bir hissəsinə çevrilirsiniz. Bu, artıq sadəcə diplom deyil, həm də dünya vətəndaşı olmaq bacarığı deməkdir. Amma gəlin, bir məsələni də unutmayaq. Xaricdə ali təhsil almaq üçün müraciət etdiyiniz universitetin keyfiyyəti çox önəmlidir. Bəzən olur ki, tələbələr sadəcə xaricdə oxumaq xatirinə tanınmamış və zəif universitetlərə gedirlər. Bu halda həmin təhsilin real nəticəsi, keyfiyyəti və gələcəkdəki təsiri çox aşağı ola bilər. Hətta Azərbaycanın nüfuzlu universitetlərində təhsil almaq belə, bu tip xarici təhsildən daha faydalı ola bilər.

İndi isə keçək yerli universitetlərə. Son illər Azərbaycanda da təhsil sistemi müəyyən islahatlar və müasirləşmə mərhələsi keçir. Xüsusilə, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, UNEC, Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti kimi ali təhsil müəssisələri artıq beynəlxalq proqramlarla inteqrasiya olunur. Onlar beynəlxalq müəllimləri dəvət edir, xarici universitetlərlə ikili diplom proqramları həyata keçirir və tələbələrə geniş imkanlar yaradır. Hətta bir çox tələbə bu universitetlərdə təhsil alaraq əla biliklər, müasir yanaşmalar və güclü tədris bacarıqları qazanır.

Eyni zamanda yerli təhsilin üstünlükləri də var: mədəni və dil baxımından adaptasiya problemi olmur, ailə dəstəyi yaxındır, maddi baxımdan daha münasibdir. Amma bu üstünlüklər yalnız o zaman əhəmiyyətlidir ki, tələbə özü də aktiv olsun, öz üzərində çalışsın, təhsili ciddiyə alsın.

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki: Yaxşı universitet, yaxşı müəllim və güclü proqram varsa, istər yerli, istərsə də xarici, fərq etmir, həmin təhsil sizin üçün faydalı olacaq. Təhsilin əsas məqsədi təkcə diplom almaq yox, bacarıq qazanmaq, düşünməyi öyrənmək və gələcəkdə özünə güvənən mütəxəssis olmaqdır.

Xaricdə təhsil – qapalı bir məqsəd yox, düzgün planlaşdırılmış, perspektivli və keyfiyyətli bir addım olmalıdır. Yerli təhsil isə düzgün yanaşma ilə, əlavə kurslar, xarici proqramlarda iştirak və davamlı inkişafla güclü nəticələr verə bilər. Təhsilin dəyəri onun coğrafiyasından yox, onun keyfiyyətindən və sizin onu necə istifadə etdiyinizdən asılıdır.

Bu gün Azərbaycanda həyata keçirilən regionların inkişafına yönəlmiş proqramlar, xaricdə təhsil almış gənclərin potensialından istifadə etməklə daha da səmərəli həyata keçirilə bilər. Xaricdə təhsil almış gənclərin öz bölgələrinə qayıdaraq müxtəlif sahələrdə çalışmaları, xüsusilə də idarəetmə və ictimai xidmət sektorlarında işə cəlb olunmaları çox vacibdir. Bu proqramlar təkcə inzibati idarəetmə sahələrini əhatə etmir, eyni zamanda sosial, iqtisadi və maarifləndirmə fəaliyyətlərinə də töhfə verir. Xaricdə təhsil almış və müəyyən sahədə təcrübə toplamış gənclər, həm nəzəri biliklərini, həm də beynəlxalq təcrübələrini ölkədə tətbiq etmək potensialına sahibdirlər. Burada əsas məsələ, onların seçim kriteriyaları və yerləşdirmə prinsiplərinin şəffaf və səmərəli olmasıdır. İlk növbədə, universitet seçimi və ixtisas çox vacibdir. Yəni, həmin şəxs hansı sahə üzrə təhsil alıb? Hansı universitetin məzunudur? Bu universitet beynəlxalq miqyasda tanınırmı? Bu suallar cavablandırıldıqdan sonra onların proqramlarda iştirakı və uyğun bölgələrə təyinatı daha məqsədyönlü olur.

Digər tərəfdən, universitetlərin keyfiyyəti və akkreditasiya məsələsi də önəmlidir. Bəzi hallarda lisensiyasız və ya zəif səviyyəli universitetlərdə alınan diplomlar real fayda verməyə bilər. Bu səbəbdən dövlətin, xüsusilə Təhsil Nazirliyinin rolunun gücləndirilməsi, həmin diplomların tanınması və uyğun sahələrə yönəldilməsi prosesi vacibdir. Belə yanaşmalar sayəsində biz əldə etdiyimiz beyin kapitalını səmərəli şəkildə ölkəmizin inkişafına yönəldə bilərik. Xaricdə təhsil almış gənclər bu gün yalnız fərdi uğurları ilə deyil, cəmiyyətə verdikləri töhfələrlə də qiymətləndirilməlidirlər. Birinci növbədə qeyd etmək lazımdır ki, universitet seçimi gələcəyin formalaşmasında çox vacib rol oynayır. Çünki sabahın peşəkarları cəmiyyətə töhfə verəcək insanlar bu gün hansı təhsil müəssisəsində, hansı səviyyədə təhsil alırlarsa, onların gələcəkdə tutacaqları mövqe və göstərdikləri fəaliyyət birbaşa bununla əlaqəlidir. Tələbələr və onların valideynləri universitet seçərkən yalnız diplom əldə etmək məqsədilə deyil, həm də həmin universitetin tədris sistemi, akademik mühiti, təcrübə imkanları və məzunlarının uğur göstəriciləri kimi amillərə diqqət yetirməlidirlər. Təəssüf ki, bəzən bəzi tələbələr və ya ailələr universitetin adını tanımadan, ya da tədris keyfiyyətindən xəbərsiz şəkildə seçim edirlər. Bu isə sonradan onların həm peşə sahəsində, həm də şəxsi inkişaf baxımından qarşılaşdıqları çətinliklərə səbəb ola bilər. Gələcəyin təminatı yalnız diplomla ölçülmür. Əsas məsələ təhsilin keyfiyyəti, tətbiq olunma imkanları və həyatla əlaqəliliyidir. Əgər bir universitet tələbələrinə nəzəri biliklə yanaşı, real bacarıq və praktik hazırlıq da verirsə, bu zaman o məzunlar daha rahat şəkildə cəmiyyətə inteqrasiya olunur, əmək bazarında uğur qazanır. Əlavə olaraq, universitet mühiti insanın şəxsiyyətinin formalaşmasına, dəyərlərinin bərqərar olmasına, həmçinin cəmiyyətə necə yanaşacağına da təsir göstərir. Yəni universitet təkcə bilik yeri deyil, eyni zamanda mədəniyyət, məsuliyyət və düşüncə tərzi qazandıran bir məktəbdir. Əgər bu təhsil prosesi düzgün qurularsa və tələbə bu prosesə ciddi yanaşarsa, o zaman gələcəkdə ölkə üçün, cəmiyyət üçün təhlükə yox, fayda mənbəyi olacaq peşəkar bir fərd kimi yetişəcək".

"Gələcəyə baxış artıq daha aydındır, bu günün sürətlə dəyişən dünyasında texnologiyanın tətbiqi və ona uyğunlaşma əsas şərtlərdən biridir. Artıq texnologiya yalnız rahatlıq vasitəsi deyil, təhsildən səhiyyəyə, iqtisadiyyatdan təhlükəsizlik sahəsinə qədər hər bir sahədə məcburi keçid mərhələsidir. Bu dəyişikliklərə ayaq uydurmaq, yalnız avadanlıq və proqram təminatı ilə kifayətlənmir. Eyni zamanda, cəmiyyətin texnoloji savadlılığı, insan kapitalının intellektual hazırlığı, yeni sistemləri düzgün başa düşməsi və tətbiq edə bilməsi də vacib şərtlərdir. Mən çox istərdim ki, insanlar bu məsələlərə diqqətlə yanaşsınlar, dinləsinlər, başa düşsünlər ki, bu sadəcə modernlik deyil, çox ciddi və strateji bir məsələdir. Texnologiyaya biganə yanaşmaq, yaxud onu səthi qəbul etmək, gələcəkdə böyük sosial, iqtisadi və siyasi boşluqlara səbəb ola bilər. Texnologiya yalnız cihazlar deyil. O, həm də fikir tərzi, qərarvermə metodu və sosial münasibətlərdə yeni yanaşmadır. Kim bu istiqamətdə irəliləyir, o da gələcəyin qurucusu olur. Kim geri qalırsa, risk altında qalır" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyun 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see235

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see225

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see168

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see142

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri