Icma.az
close
up
RU
Ukraynanın “Tor Şəbəkəsi” əməliyyatı “Rusiyanın Pörl Harboru”na çevrildi: 40 dan çox bombardmançı təyyarə necə məhv edilib?

Ukraynanın “Tor Şəbəkəsi” əməliyyatı “Rusiyanın Pörl Harboru”na çevrildi: 40 dan çox bombardmançı təyyarə necə məhv edilib?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın dərinliklərində yerləşən dörd hərbi hava bazasına PUA-larla hücum təşkil edərək 41 Rusiya strateji bombardmançı təyyarəsini hədəfə alıb. Əməliyyatın FPV tipli PUA-ların yük maşınlarına gizlədilməsi ilə həyata keçirildiyi bildirilib.
Kod adı “Tor Şəbəkəsi” olan və təxminən 1,5 il ərzində planlaşdırılan əməliyyat Moskvanın Ukrayna şəhərlərinə uzun mənzilli raket zərbələri endirməkdə istifadə etdiyi təyyarələrə ciddi zərbə vurub.
Mənbələrin məlumatına görə, SBU əvvəlcə FPV PUA-larını Rusiya ərazisinə sızdırıb. Daha sonra bu PUA-lar yük maşınlarının üzərində yerləşdirilmiş hərəkətli taxta sektorların damına gizlədilib. Əməliyyat zamanı damlar uzaqdan idarəetmə ilə açılıb və PUA-lar havaya qalxaraq bombardmançı təyyarələrə hücum edib.
Hədəf alınan bazalar arasında İrkutsk vilayətindəki Belaya, Murmansk vilayətindəki Olenya, Ryazandakı Diaqhilev və İvanovodakı İvanovo hava bazaları yer alıb. Xüsusilə Belaya hərbi bazasının Ukraynadan 4.000 km uzaqlıqda yerləşməsi diqqət çəkib.
Mənbələrə görə, hədəf alınan təyyarələr arasında A-50, “Tu-95” və “Tu-22M3” kimi strateji bombardmançı platformalar da var. Ümumilikdə 40-dan çox təyyarənin vurulduğu təxmin edilir. Ümumi zərərin miqyası bilinməsə də, yayımlanan görüntülərdə alova bürünmüş bombardmançı təyyarələr açıq şəkildə görünür. Bəzi mənbələr bu hücumun Rusiyaya 2 milyard dollardan artıq maddi zərər vurduğunu iddia edir.
Sosial şəbəkələrdə yayımlanan videolarda yük maşınlarından buraxılan FPV PUA-lar açıq şəkildə görünür. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev Sredni kəndindəki hərbi hissəyə dron hücumunu təsdiqləyib və hücumun bir yük maşını vasitəsilə həyata keçirildiyini qeyd edib. Murmansk vilayətinin qubernatoru Andrey Çibis də bölgələrinə hücum olduğunu təsdiqləsə də, təfərrüatları açıqlamayıb.
Strateji əhəmiyyəti və texnoloji ölçülər
Bu əməliyyat Ukraynanın uzun müddətdir vura bilmədiyi Rusiya bombardmançı təyyarələrinə qarşı mühüm bir hücum kimi dəyərləndirilir. FPV PUA-ların bu üsulla istifadəsi pilotsuz vasitələrlə aparılan müharibədə yeni mərhələnin başlandığını göstərir.
Əməliyyat iqtisadi baxımdan da yüksək səmərəliliklə seçilir. FPV tipli PUA-lar cəmi bir neçə yüz dollara başa gəldiyi halda, hədəf alınan bombardman təyyarələrinin dəyəri milyardlarla dollarla ölçülür.
Mənbəyə görə, əməliyyatı həyata keçirən qrup uzun müddətdir Ukrayna daxilində fəaliyyət göstərir. “Əgər Putin rejimi bu hadisəyə qarşı hər hansı bir saxlanılma şousu düzəltməyə çalışsa, bu yalnız daxili auditoriyaya yönəlmiş simvolik addım olacaq”, - deyə vurğulanıb. Əlavə olunub ki, əməliyyat birbaşa Prezident Volodimir Zelenski və SBU rəhbəri Vasili Malyuk tərəfindən idarə olunub.
Mart ayında Ukrayna 3.000 km məsafəni qət edə bilən yeni bir PUA-nı inkişaf etdirdiyini açıqlamışdı. Lakin həmin cihazın tipi, adı və daşıdığı döyüş başlığı kimi texniki detallar paylaşılmayıb.
Hədəf alınan təyyarələr
• A-50 – hava hücumundan müdafiə sistemləri və idarə olunan raketləri aşkar edən, eyni zamanda Rusiya qırıcılarına hədəflərin koordinasiyasında dəstək verən erkən xəbərdarlıq və nəzarət təyyarəsidir. Bu tip təyyarələrin Rusiyada çox az sayda olduğu və hər birinin dəyərinin təxminən 350 milyon dollar olduğu bildirilir.
• “Tu-95” – İlk uçuşunu 1952-ci ildə həyata keçirən və hazırda qanadaltı qanadlı raketlər daşımaq üçün istifadə edilən sovet dövründən qalma strateji bombardmançı təyyarədir. “Kh-55”, “Kh-555”, “Kh-101” və “Kh-102” tipli 16 raket daşıya bilir. Turboprop mühərrikləri sayəsində yanacaq doldurmadan qitələrarası məsafə qət edə bilir.
• “Tu-22M3” – xüsusilə “Kh-22” hipersəs raketləri ilə ciddi təhlükə yaradan strateji bombardmançı təyyarədir. Bu raketlər saatda 4.000 km-dən çox sürətlə hərəkət edir və onların qarşısını yalnız “Patriot” və SAMP/T kimi yüksək səviyyəli hava hücumundan müdafiə sistemləri ala bilər.
• “Tu-160” – 1987-ci ildə xidmətə girən, dünyanın ən böyük aktiv strateji bombardmançı təyyarədir. 12 ədəd “Kh-55” və 24 ədəd “Kh-15” raketi daşıma qabiliyyətinə malikdir.
Əməliyyatın Ukrayna ilə Rusiyanın ABŞ-nin vasitəçiliyi ilə İstanbulda danışıqlar aparmasından bir gün əvvəl baş verməsi də diqqət çəkir. Prezident Volodimir Zelenski görüşlərdə iştirak edəcəklərini təsdiqlədi və heyətə Müdafiə naziri Rustem Umerovun rəhbərlik edəcəyini bildirdi.
Bazar günü hər iki ölkənin rəsmiləri bu əməliyyatı müharibənin başlanğıcından bəri Ukraynanın Rusiya ərazisinə təşkil etdiyi ən səmərəli hücum kimi qiymətləndirdi. Bildirildi ki, əməliyyat Zelenskinin şəxsən nəzarəti altında və 18 aylıq hazırlıq nəticəsində həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyi bu hücumu “terror aktı” kimi xarakterizə edib. Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki hava bazalarının FPV tipli PUA-larla hədəf alındığını təsdiqlədi. Bəzi təyyarələrin yanması qeydə alınıb, lakin insan itkisi olmadığı bildirilib. Bəzi şübhəlilərin saxlanıldığı da açıqlanıb.
Eyni gün Rusiyanın Kursk və Bryansk vilayətlərində iki körpünün çökdüyü və bir sərnişin qatarının relsdən çıxması nəticəsində 7 nəfərin həlak olduğu bildirilib. Hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı hələ dəqiq deyil. (Ordu.az)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyun 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri