Icma.az
close
up
RU
Ukraynaya “Patriot” transferində qeyri müəyyənlik yaranıb

Ukraynaya “Patriot” transferində qeyri müəyyənlik yaranıb

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


ABŞ Berlinin Kiyevə verməyə hazır olduğu sistemləri əvəz etmək üçün “Patriot”-ları nə vaxt ötürə biləcəyi ilə bağlı Almaniyaya hələlik dəqiq məlumat çatdırmayıb.
Reyting.az
-ın xəbərinə görə, bunu Almaniya kansleri Fridrix Merz norveçli həmkarı Yonas Qahr Stör ilə birgə mətbuat konfransında deyib.
“Amerika hökumətindən “Patriot”u bizə, Almaniyaya və Avropa İttifaqına təhvil verməklə bağlı ümumi vəd var ki, biz bu sistemləri Ukraynaya ötürə bilək. Biz köçürür və əvəzini alırıq. Amma bu əvəzetmə hələ təmin edilməyib”,- F. Merz bildirib.
Almaniya kansleri qeyd edib ki, bu əvəzetmənin nə vaxt gəlməsi ilə bağlı amerikalılarla danışıqlar aparılır, detallar müdafiə nazirləri tərəfindən müzakirə olunur.
Norveç baş naziri Störe də təsdiqləyib ki, ölkəsi Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsində iştirak etməyə, xüsusən də ABŞ-dan “Patriot”-un alınmasını maliyyələşdirməklə iştirak etməyə hazırdır.
Qeyd edək ki, Almaniya Ukrayna üçün iki “Patriot” hava hücumundan müdafiə sistemi almağa hazır olduğunu bəyan edib. Norveç isə daha birini maliyyələşdirməyi planlaşdırır.
O da məlum olub ki, Almaniya və ABŞ Ukraynaya “Patriot” tədarük etməyə yaxınlaşıblar. “Bloomberg” öz mənbələrinə istinadla iyulun 21-də yazıb ki, bu barədə açıqlama bu həftə verilə bilər. Almaniya və ABŞ arasında müqavilə Ukraynaya iki alman “Patriot” batareyasının göndərilməsini nəzərdə tutur.
Almaniyanın Müdafiə naziri isə ölkəsinin Ukraynaya əlavə 5 “Patriot” sisteminin ötürülməsinə kömək edəcəyini bildirib. Onun sözlərinə görə, keçən həftə Vaşinqtona səfəri zamanı bu barədə Pentaqonun rəhbəri Pit Heqsetlə razılığa gəlib. Nazir Pistorius qeyd edib ki, tərəflər yaxın günlərdə bu məqsədə çatmaq üçün hərəkətləri əlaqələndirəcəklər.
ELÇİN
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri