Ulduz futbolçu sıradan çıxıb? İşlər heç də yaxşı görünmür
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İngiltərə Kubokunun 1/32 finalında "Mançester Yunayted"lə matçda (1:1; pen- 3:5) zədələnən "Arsenal"ın hücumçusu Qabriel Jesusun səhhətindəki problem ciddi ola bilər.
Publika.az xəbər verir ki, braziliyalı futbolçunun dizinin ön çarpaz bağının qırılmasında şübhələnilir. Bu barədə London klubunun baş məşqçisi Mikel Arteta məlumat verib:
“İndi biz daha çox bilirik. İşlər heç də yaxşı görünmür. Daha bir mütəxəssislə məsləhətləşməliyik və bu gün günortadan sonra dəqiq məlumat əldə edəcəyik. Yekun hesabatı alana qədər heç nəyi təsdiqləmək istəmirəm”.
Qeyd edək ki, Jesus birinci hissənin sonunda meydanı xərəkdə tərk etdib.
27 yaşlı futbolçu bu mövsüm 27 matçda meydana çıxıb və 7 qol vurub.
Heybət
Baxış sayı:76
Bu xəbər 14 Yanvar 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















