Icma.az
close
up
RU
Ulduz növbəti beynəlxalq sərgidə

Ulduz növbəti beynəlxalq sərgidə

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Jurnal 16-cı Beynəlxalq İstanbul Dərgi Festivalında təmsil olunur 

“Ulduz” jurnalı 9-12 oktyabr tarixlərində İstanbulda, Rami Kitabxanasında təşkil olunan 16-cı Beynəlxalq İstanbul Dərgi Festivalında təmsil olunur. Bu barədə "Yeni Azərbaycan"a danışan jurnalın baş redaktoru Qulu Ağsəs deyib ki, festival mədəni dialoqun, müxtəlif ideyaların müzakirə meydanı kimi mühüm mahiyyət daşıyır. Baş redaktor bildirib ki, Azərbaycan ədəbiyyatının inkişafında, gənc yazarların yetişməsində, yaradıcılığın təşviqində mühüm xidmətləri olan “Ulduz ”jurnalının beynəlxalq tədbirdə iştirakı və ölkəmizi təmsil etməsi həm də milli mətbuat tariximiz üçün böyük önəm daşıyır. Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, “DƏRGİBİR” Birliyi və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları tərəfindən təşkil olunan beynəlxalq sərgidə jurnalın təmsilçisi kimi Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Həyat Şəmi və filologiya elmləri doktoru Təranə Turan Rəhimli iştirak edirlər. Onlar “Ulduz” jurnalının təqdimatında sərgi iştirakçılarına dərginin yaranma tarixi və fəaliyyət yolu barədə ətraflı məlumat verirlər. 
Bu dəfəki sərgidə mühüm yeniliklər edilib -  sərgi salonunda Avropa ölkələrində dərc olunan türkdilli jurnalların çoxsaylı stendlərinə də yer ayrılıb. Sərgidə iştirak edən Bolqarıstanın Filibe şəhərində nəşr olunan “Nöbettepe” jurnalı ilə “Ulduz” jurnalı arasında dostluq və əməkdaşlıq yaratmaq qərarı verilib. Qeyd etmək lazımdır ki, “Nöbettepe” Bolqarıstanda nəşr edilən yeganə türkdilli dərgidir və Balkanlarda türk ədəbiyyatının tanıdılmasında xüsusi rol oynayır. Baş redaktor onu da əlavə edib ki, sərgi dövründə  bu əməkdaşlığın bütün təfərrüatları iştirakçılara təqdim ediləcək və jurnalın beynəlxalq platformada əlaqələrinin inkişafı diqqət mərkəzində olacaq.

Sadiq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Oktyabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri