Icma.az
close
up
RU
Ulduzlar tək səmada olmur

Ulduzlar tək səmada olmur

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəmilə Məmmədova: Uşaqlar bizim ətrafımızdakı ulduzlardır - onların işığını qorumaq isə hər birimizin borcudur

Uşaqlıq insan ömrünün ən saf, ən işıqlı və ən həssas mərhələsidir. Hər bir uşaq öz düşüncəsi, sualları, sevinc və narahatlıqları, çəkdiyi rəsmlər, qurduğu oyunlar və dünyaya baxış tərzi ilə böyük bir aləmdir. Bu aləmi anlamaq, qorumaq və ona sevgi ilə yanaşmaq isə həm ailənin, həm müəllimin, həm də bütövlükdə cəmiyyətin mənəvi məsuliyyətidir.

Bugünkü həmsöhbətimiz uşaqlar üçün nəzərdə tutulmuş tədris vəsaitləri, ssenari, hekayələr və tamaşaların müəllifi, pedaqoji fəaliyyəti ilə seçilən müəllim Cəmilə Məmmədovadır. Onun yaradıcılığında uşaq dünyasına həssas münasibət, tərbiyə, sevgi, ailə bağları və mənəvi dəyərlər xüsusi yer tutur. Cəmilə xanımla söhbətimizdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü, valideyn–uşaq–müəllim münasibətləri, təhsil, yaradıcılıq və müasir texnologiyaların pedaqoji prosesdə rolu haqqında danışdıq.

-Cəmilə xanım, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün haqqında fikirlərinizi bölüşməyinizi istərdik.

-Təbiət dünyamıza rəng verir. Meşələrsiz, çiçəklərsiz dünyanı necə təsəvvür etmək olar? Uşaqlar da bizim dünyamızın çiçəkləridir. Bizi gələcəyə bağlayan ən böyük dəyər məhz uşaqlardır. Hər bir uşaq ayrıca bir dünyadır. O, bu dünyanı bizə düşüncələri, verdiyi suallar, çəkdiyi rəsmlər, oynadığı oyunlar və ən əsası, təmənnasız sevgisi ilə hiss etdirir.

1 iyun uşaqların müdafiəsi günü kimi qeyd olunur. Ancaq necə ki, günəşin ildə yalnız bir dəfə doğmasını təsəvvür etmək mümkün deyil, eləcə də uşaqların müdafiəsi və hüquqlarının qorunması bir günlə məhdudlaşmamalıdır. Bu, davamlı və məsuliyyətli bir proses olmalıdır.

Burada ilk sual yaranır: nə etməliyik və necə etməliyik? Əvvəlcə uşaqları dinləməliyik. Onların həyəcanlarını, sevinclərini, narahatlıqlarını, qəzəbini, incikliklərini eşitməyi bacarmalıyıq. Uşağı dinlədikcə onun təfəkküründə ailə, ev və güvən anlayışı sağlam şəkildə formalaşır.

Digər mühüm məsələ uşağı dərhal günahkar çıxarmamaqdır. Uşaq səhv edə bilər. Əgər ona düzgün istiqamət verilərsə, bu səhv tərbiyəvi nəticəyə çevrilər. Uşaqlarımızla birlikdə vaxt keçirmək də bir müdafiə formasıdır. Birlikdə kitab oxumaq, müzakirə aparmaq, onların fikirlərinə dəyər vermək çox vacibdir. Qlobal dəyişikliklər edə bilmiriksə, bu, heç nə edə bilmədiyimiz anlamına gəlmir. Bəzən bir uşağı diqqətlə dinləmək də böyük bir dəyişiklikdir.

Bu məqamda uşaqlar üçün yazdığım ssenaridən bəzi misralar yadıma düşür:

Uşaqlarla nəsildən-nəslə keçir bildiklərimiz,
Uşaqlarla qanad açır arzularımız, istəklərimiz.
Uşaqlarla var olur dünyamız, sevgimiz,
Uşaqlarla dərk edir, müdrikləşirik.
Hər evdən gülüşləri əskik olmasın,
Uşaqlarla var olur dünyamız, gələcəyimiz!

-Bu yaxınlarda Sizin “Ulduzlar tək səmada olmur” hekayənizlə tanış oldum. Hekayə qısa olsa da, uşaq mövzusuna olan həssas münasibətinizi aydın göstərir. Bu əsər haqqında nə deyə bilərsiniz?

-“Ulduzlar tək səmada olmur” hekayəsi bu il çapa hazırlanacaq hekayələr kitabımdan götürülüb. İnanıram ki, bu hekayələr uşaqların düşüncələrini və hisslərini anlamaq baxımından faydalı vəsait olacaq.

Müasir dövr valideyn–uşaq münasibətlərinə də təsirsiz ötüşməyib. Bəzən uşaqların hissləri diqqətdən kənarda qalır, onların daxili narahatlıqları isə vaxtında görülmür. Bu hekayədə sətiraltı demək istədiyim əsas fikir budur: hər bir uşaq tək olmadığını bilməlidir. Bu kitabı ona oxuyan analar, nənələr, müəllimlər isə oxu zamanı uşaqların reaksiyalarına, verdikləri suallara, duyğularına diqqətlə yanaşmalıdırlar. Çünki həmin reaksiyalar uşağın hansı istiqamətdə narahatlıq yaşadığını göstərə bilər.

-Deməli, “ulduzlar tək səmada olmur”...

-Bəli, ulduzlar yalnız səmada deyil, bizim ətrafımızdadır. Uşaqlar da həmin ulduzlardır. Gəlin onların işığını daha parlaq edək, sönməyə qoymayaq.

-Valideyn–şagird–müəllim üçbucağı haqqında nə düşünürsünüz?

-Müəllimlərin valideynlərlə qarşılıqlı əlaqədə olması mütləqdir. Bu barədə artıq kifayət qədər danışılıb və yazılıb. Əsas məsələ həmin əlaqənin formal deyil, real və səmərəli olmasıdır.

Bu əməkdaşlıq bir neçə istiqamətdə daha çox özünü göstərir: uşaqlar arasında münasibətlər, təhsil prosesində yarana biləcək və ya artıq yaranmış problemlər, uşağın çətinlikləri, nailiyyətləri və psixoloji durumu. Burada ortaq mövzu uşaqdır. Ona görə də həm valideyn, həm də müəllim eyni məqsəd uğrunda çalışmalıdır. Uşağın inkişafı yalnız məktəbin və ya yalnız ailənin üzərinə düşən məsuliyyət deyil. Bu, birgə iş tələb edən prosesdir.

-Sizin çoxşaxəli fəaliyyətiniz var. Bu istiqamətlər arasında Sizə daha yaxın olan hansıdır?

-Bəli, fəaliyyət istiqamətlərim müxtəlifdir. Lakin bu çoxşaxəli fəaliyyətin arxasında bir məqsəd dayanır: insana xidmət etmək və insanı xoşbəxt görmək.

Tələbə qazandığı bilikləri istifadə edə biləndə və özünə inamı artanda xoşbəxt olur. Uşaqlar səhnədə çıxış edəndə onların gözlərindəki sevinci sözlə ifadə etmək çətindir. Bu mənzərə məni sevindirməyə bilməz.

Kitablar isə tamam başqa bir dünyadır. Onlar getdikləri evlərdə stolüstü kitaba çevriləndə, oxucuların həyatına daxil olanda mənə yeni işlər üçün güclü motivasiya verir. Mənim üçün bütün bu istiqamətlər bir-birini tamamlayır.

-Fəaliyyətinizdə əsas amillər və prinsiplər hansılardır?

-Tələbələrlə işlədiyim ilk gündən nail olmaq istədiyim əsas məqsəd onların özlərinə inamını artırmaq olub. Bu inam yalnız dərslə bağlı deyil. Mən istəyirəm ki, onların həyata baxışı da müsbət olsun, yeniliklərdən qorxmasınlar, təşəbbüskar davransınlar.

Hər bir tələbəmdə yaradıcı ruhun formalaşmasını görmək mənə zövq verir. Sürətlə inkişaf edən cəmiyyətimizdə onların rəqabətə davamlı, peşəkar və yaradıcı insanlar kimi yetişməsini arzulayıram. Bunun əsasında isə dünyaya, insanlara və öz potensialına müsbət münasibət dayanır.

-Qrammatika və yaradıcılıq istiqamətlərini eyni zamanda aparmaq çətin olmurmu?

-Birmənalı şəkildə deyə bilərəm ki, xeyr. Ana üçün övladlarının hamısı əziz olduğu kimi, mənim üçün də təhsil sahəsində fəaliyyətimin hər bir qolu önəmli və maraqlıdır. Qrammatika düşüncəni nizamlayır, yaradıcılıq isə onu qanadlandırır. Bu iki istiqamət bir-birinə mane olmur, əksinə, bir-birini tamamlayır.

-Süni intellektin təhsildə rolunu necə dəyərləndirirsiniz? İşinizdə bu innovasiyalardan istifadə edirsinizmi?

-Bu gün aldığımız informasiya axını sürətlə artır. Həmin informasiyadan düzgün istifadə etmək isə müasir təhsilin əsas çağırışlarından biridir. Təbii ki, mən də öz fəaliyyətimdə yeni texnologiyalardan və süni intellekt imkanlarından aktiv şəkildə istifadə edirəm, əldə etdiyim faydalı yanaşmaları müəllimlərlə də bölüşürəm.

Müasir tələbə və şagird daha çox klip təfəkkürünə malikdir. Yəni informasiyanı rəngli, qısa, sürətli və vizual şəkildə daha rahat qəbul edir. Bu da biz müəllimləri yeni metodlarla işləməyə, tədris prosesini daha çevik, maraqlı və təsirli qurmağa sövq edir.

Texnologiya müəllimi əvəz etmir, amma müəllimin imkanlarını genişləndirir. Əsas məsələ ondan düzgün istifadə etməkdir. Təhsildə innovasiya insan amilini arxa plana keçirməməli, əksinə, uşağın düşüncəsini, marağını və yaradıcılığını daha da gücləndirməlidir.

Əbülfəz Babazadə
kulturoloq-yaponşünas,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“Simurq” AMA-nın vitse-prezidenti

xüsusi olaraq XQ üçün 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyun 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see303

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see298

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see247

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see245

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see242

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see240

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see228

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see226

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see221

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see217

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see212

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see207

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see200

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see199

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see194

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see188

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see187

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see170

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri