Icma.az
close
up
RU
Vaxtı daralan ulduzlar!

Vaxtı daralan ulduzlar!

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Daha bir transfer dönəmi başa çatmaq üzrədi.

"Football-plus.az" xəbər verir ki, “böyük beşlik”də “pəncərənin bağlanmasına” iki həftədən də az qalıb. Fransada son tarix avqustun 31-i, İngiltərə, İspaniya, İtaliyada sentyabrın 1-i, Almaniyada isə sentyabrın 2-di. Klublar bir tərəfdən heyəti gücləndirməyə çalışırsa, digər tərəfdən özlərinə lazım olmayan futbolçularla vidalaşmaq istəyir. Bu yazıda yeni mövsümə harda başlayacağı hələ də bəlli olmayan ulduzlar haqda danışacağıq. Belə ulduzların başında Canluici Donnarumma gəldiyi üçün onun durumuna 11-ci səhifədəki başqa yazıda daha ətraflı toxunmuşuq.
Aleksander İsak (Nyukasl)
Viktor Osimhenlə Viktor Dyökereşdən sonra məhz İsakın durumunu bu yayın əsas “sabun operası” adlandırmaq olar. İsveçli forvard açıq şəkildə “Liverpul”a keçmək istədiyini bildirsə də, “Nyukasl” “qırmızılar”ın bütün təkliflərini geri çevirib. İsak “Nyukasl”ın məşqlərini və oyunlarını boykot etməklə məşğuldu. Vəziyyət yavaş-yavaş kritik həddə yaxınlaşır. 25 yaşlı hücumçu son paylaşımında “Nyukasl”ı verdiyi vədə xələf çıxmaqda günahlandıraraq bu işbirliyinin davam etməsinin artıq mümkün olmadığını açıqlayıb. “Nyukasl”ın cavab bəyanatının məğzi isə belə səslənir: “Biz bu yay səni satacağımıza söz verməmişdik”. Bu mübarizədən sonda kimin qalib ayrılacağını söyləmək çətindi. Amma bir məqam dəqiqdi ki, İsakı artıq “Liverpul”a transferdən başqa heç nə maraqlandırmır. Mersisaydlılar geri çevrilən 110 milyon funt sterlinqlik son təklifin ardından hələ ki yeni təklif irəli sürməyiblər. “Nyukasl” 150 milyon funt sterlinqdən 1 funt da aşağı düşmək niyyətində deyil. Hətta ehtimal var ki, “sağsağanlar”, ümumiyyətlə, bu futbolçunu heç bir məbləğə satmayacaq!
Yoan Vissa (Brentford)
İsakın kaprizləri üzündən onun xidmətindən məhrum olan “Nyukasl”, təbii ki, yeni forvard axtarışındadı. Klubun əsas hədəfi Vissadı. İngiltərə futbolunu yaxından izləyənlər bu futbolçunun istedadına bələddi. Amma danışıqlar heç də sürətlə irəliləmir. “Nyukasl”ın 40 milyon funt sterlinqlik təklifi geri çevrilib. “Brentford” ən az 60 milyon funst sterlinq tələb edir. Bu məsələdə də İsakla paralellər çoxdu. Bir il öncə 28 yaşlı forvardı heyətdə saxlamağa müvəffəq olan “Brentford” 2025-in yayında onu satmağa söz vermişdi. Amma klub bu vədinə xələf çıxıb. Ona görə də Vissa da klubun məşqlərini və oyunlarını boykot edir. O hətta bir qədər də irəli gedərək sosial şəbəkədəki səhifələrində “Brentford”la bağlı bütün şəkilləri silib. Maraqlı mənzərə yaranıb. “Nyukasl”ın hədəfində olan bir futbolçu özünü “Nyukasl”ın öz futbolçusu kimi aparır. Elə “Brentford” da özünü “Nyukasl” kimi aparır...
Ederson Moraes (Mançester Siti)
Ünlü braziliyalı qapıçı ilə bağlı məsələ də çox qarışıqdı. Yayın əvvəllərində onun tezliklə “Qalatasaray”a yollanacağı güman olunurdu. Amma sonradan qəribə hadisələr baş verməyə başladı. İyulun ortalarında Ederson Mançesterdən ayrılmaq niyyətində olmadığını dilə gətirdi. Onun bu açıqlamasından qısa müddət sonra isə “Siti” yeni qapıçı – “Bernli”dən Ceyms Traffordu transfer etdi. Ola bilər ki, Ederson həqiqətən də klubda qalıb əsas heyət uğrunda mübarizə aparmaq fikrində idi. Amma “şəhərlilər”in Donnarumma ilə danışıqlara başlamasından sonra braziliyalı qapıçı üçün hər şey aydın oldu və o, birmənalı şəkildə ayrılmaq niyyətindədi. Edersonun adı premyer-liqanın 1-ci turunda iştirak ərizəsinə salınmadı. Qvardiola “ayrılmaq istəyən futbolçu klubun şərtlərini qəbul etməlidi” açıqlamasını verdi. Hələ də “sambaçı”ya maraq göstərən əsas klub “Qalatasaray”dı. Son xəbərlərə inansaq, “Siti” Türkiyə çempionunun 10 milyon avroluq təklifini geri çevirib və bu satışdan daha çox pul qazanmaq istəyir.
Alexandro Qarnaço, Rasmus Höylunn, Ceydon Sanço (hamısı “Mançester Yunayted”)
“Yunayted” rəhbərliyi Ruben Amorimə lazım olmayan bu futboçular üçün yeni klub axtarmaqla məşğuldu. Qarnaço ilə portuqaliyalı məşqçinin münasibətləri hələ ötən mövsümdən pozulub. AL-in finalından sonra isə onların bir-birini görən gözü yoxdu. İddialara görə Amorim həmin finalda meydana çıxmamasından sərt narazılıq edən Qarnaçoya “sən heç kimə lazım deyilsən” demişdi. Ancaq zaman göstərdi ki, bu, düzgün fikir deyil. “Çelsi” argentinalının xidmətində çox maraqlıdı. Bu keçidin “transfer “pəncərəsi”nin sonuna qədər 50 milyon funt sterlinq qarşılığında baş tutacağı gözlənilir. İki mövsümdə çox aşağı məhsuldarlıq nümayiş etdirən Höylunn isə Şeşko, Kunya və Mbemo kimi oyunçuların gəlişindən sonra arxa plana keçib. Onun da adı 1-ci turda iştirak ərizəsinə salınmadı. “Napoli” 3 aylığa sıradan çıxan Lukakunun yerinə məhz danimarkalını icarə əsasında transfer etmək istəyir. Sançonun durumu isə daha ciddidi. Qarnaço və Höylunndan fərqli ona, ümumiyyətlə, maraq göstərən klub yoxdu. Bir ara “Yuventus” və “Roma” ingiltərəlini istəsə də, transfer baş tutmadı. Ceydon əsas komandadan kənarlaşdırılıb, məşqləri fərdi şəkildə davam etdirir. Bu gedişlə onun özünə klub tapa bilməməsi sürpriz olmayacaq. Bu baş verəcəyi təqdirdə 25 yaşlı ulduz ən azı yarım il futbolsuz qalmalı olacaq!
Kristofer Nkunku, Nikolas Cekson (hər ikisi “Çelsi”)
Almaniyada xarüqələr yaradan Nkunku İngiltərə futboluna heç cür ayaq uydura bilmədi. Onun yenidən Almaniyaya qayıtmaq ehtimalı yüksəkdi. Həm “Bavariya”, həm də sabiq klubu “Leyptsiq” fransalı ulduza ciddi maraq göstərir. Amma onlar bu transferi yalnız icarə əsasında heyətə keçirmək niyyətindədilər. “Çelsi” isə Nkunkudan birdəfəlik qurtulmaq istəyir. İddialara görə bunun üçün londonlular artıq qiyməti 45 milyon funt sterlinqdən 40 milyon funt sterlinqə endirib. Amma hələlik bu məbləği ödəmək istəyən klub yoxdu. Liam Delap və Joao Pedronun gəlişindən sonra 3-cü hücumçu statusuna düşən Ceksonun da “pəncərənin” sonuna qədər Londondan ayrılacağı gözlənilir. Amma “Yunayted”, “Bavariya”, “Nyukasl” və “Aston Villa”nın marağına baxmayaraq, hələlik ortada konkret təklif yoxdu. Son xəbərlərə görə Ki Havertsin zədələnməsinin ardından “Arsenal” diqqətini seneqallı forvarda yönəldib. Ceksonun da vaxtı azdı. Əks halda o da Sanço kimi ən azı yarım il futbolsuz qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Avqust 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri