Icma.az
close
up
RU
“Ulduz”un qış sayı

“Ulduz”un qış sayı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Yazıçılar Birliyinin ədəbi-bədii orqanı – “Ulduz” jurnalının yanvar–fevral nömrəsi çap olunub.

Jurnalın baş redaktoru, şair Qulu Ağsəs bu barədə XQ-yə verdiyi məlumatda bildirib ki, dərginin 2025-ci ildə çap olunan ilk nömrəsi Pərvanə Bayramqızının “Özüylə söhbəti...” və essesiylə açılır. “Şeir vaxtı”nda Gülsada İbrahimli, Qəndab Əliyeva, Əkbər Qoşalı, Günel Ağazadə, Pərvin Əliyeva, Zöhrab Mehdi, Gəray Göyyurd duyğulu misralar çələngi ilə oxucuların görüşünə gəlib.

Qulu Ağsəsin dövlət xadimi, diplomat  və şair-dramaturq Hidayət Orucovla “Ayrı söhbət”i “Ulduz” jurnalı ilə “Xalq qəzeti” TV-nin birgə layihəsində təqdim olunub. “Nəsr” bölümündə Anar Adilin “Kloun Muğuş”, Sevinc Elsevərin “Gizlənpaç”, Günel Mehrinin “Sarmaşıq” hekayəsi verilib. “Tribuna”da Həyat Şəminin “Tam anlamı ilə Anar”, Aslanlı Huntürkün “M.T.Sid-
qinin “Ədəbi-pedaqoji görüşlərində sağlam həyat tərzi problemləri”, Zəhra Namazlının “Tarixin kölgəsində bu gün” yazıları yer alıb.

Şəfa Vəli “Ulduz”da “Gənc ürəklər”dən yazıb. “Tərcümə saatı”nda Nazir Rüstəmin çevirməsində Robert Byornsun “İşdə məhəbbət macərası” filmində səslənmiş şeiri təqdim edilib. 

“Esseistika” bölümündə “Vətənim sənsən”, “Füzuli və Hüqo”, “Ana” esseləri ilə Ayna Asimqızı çıxış edib. “Tənqid”də
İlahə Səfərzadə “Qəlblərə yol tapan poeziya: Dayandur Sevginin şeirləri əsasında” yazısı qoyulub.“Dərgidə kitab”da “XX əsr Danimarka şeiri” Səlim Babullaoğlu və türk şair-tərcüməçi Hüseyin Duyğunun təqdimatında Şimal ölkəsinin yazarları ilk dəfə geniş şəkildə oxuculara təqdim olunur.

Jurnalın “Dərgidə sərgi”sini Tünzalə Ağabalayevanın rəsmləri bəzəyir. Göründüyü kimi, “Ulduz”un növbəti sayı da oxuculara müxtəlif rubrikalarda verilən maraqlı yazılarla həm estetik zövq aşılayır, həm də ətraflı ədəbi-bədii bilgilər verir. 

XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri