Icma.az
close
up
RU
“Ulduz”un rəhbəri: “İstedadlı uşaqlarımız çoxdur”

“Ulduz”un rəhbəri: “İstedadlı uşaqlarımız çoxdur”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Ulduz” “Sabahın Ulduzları” turnirində U-15 Liqasında çempionluq yaşayıb. 2023-cü ilin mayında yaradılan akademiya qısa zamanda uşaq futbolunda ciddi uğurlarla diqqət çəkir.

Akademiya rəhbəri Mehman Əlimovla bu mövzuda söhbətləşdik:

– Çempionluq yaşadığınız “Sabahın Ulduzları” turniri haqqında fikirlərinizi bildirərdiniz.
– Turnir çox yüksək səviyyədə və gözəl təşkil olunmuşdu. Düşünürəm ki, bu cür yarışların sayının çox olması futbolçuların inkişafı baxımından olduqca önəmlidir. Bu münasibətlə turnirin təşkilində əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm.

Doğrudur, bəzi futbolçularımız üçün turnirdə iştirak müəyyən qədər çətin oldu. Bildiyiniz kimi, Bakıda FIFA U-15 Dünya Kuboku keçiriləcək və “Sabahın Ulduzları” turniri ilə paralel olaraq futbolçularımız milli komandaların təlim-məşq düşərgələrinə dəvət olunurdular.

Ümumiyyətlə, Ulduz Futbol Akademiyasının 2011-ci il təvəllüdlü futbolçularından hazırda 4 nəfər, 2012-ci il təvəllüdlü futbolçularından isə son olaraq 7 nəfər milli komandaların düşərgələrində iştirak edib.

– Yeni yaranan akademiya olmağınıza baxmayaraq, yaxşı nəticələrlə gündəmə gəlirsiniz. Əvvəlcə, “Ulduz”dan danışardınız.
– Bildiyiniz kimi, Ulduz Futbol Akademiyası 2023-cü ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaradılıb. Bu prosesdə Gənclər və İdman Nazirliyinin böyük dəstəyini xüsusi qeyd etmək istəyirəm və fürsətdən istifadə edərək akademiyamız adından dərin təşəkkürümü bildirirəm.

Akademiyamızda işlər şükürlər olsun ki, qaydasında gedir. Futbolçularımızın inkişafı üçün əlimizdən gələn bütün imkanlardan istifadə etməyə çalışırıq.

Hazırda Akademiyamızda 11 yaş qrupu fəaliyyət göstərir. Onlardan ikisi qızlar komandasıdır – U-16 və U-14, digər yaş qrupları isə oğlanlardan ibarətdir və U-8-dən U-16-ya qədər komandalarımız mövcuddur.

– Akademiya olaraq qarşınıza hansı hədəfləri qoymusunuz?
– Əsas məqsədlərimizdən biri bölgələrdə olan istedadlı futbolçuları aşkar etmək və onları akademiyamıza cəlb etməkdir. Bu məqsədlə il ərzində 4-5 dəfə müxtəlif bölgələrə səfərlər təşkil edir, seleksiya xarakterli oyunlar keçiririk. Bölgələrdən seçilən istedadlı futbolçuları dəvət edirik. Onların Bakıda qalması, qidalanması və təhsillərini davam etdirməsi üçün də şərait yaradılır. Hazırda 35 futbolçumuz Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yerləşdiriliblər və İlqar Muradov adına 237 nömrəli tam orta məktəbdə təhsil alırlar.

Fürsətdən istifadə edərək 237 nömrəli tam orta məktəbin rəhbərliyinə və müəllim heyətinə, xüsusilə Zümrüd xanıma göstərdikləri diqqət və dəstəyə görə təşəkkürümü bildirirəm.

– Qısa zamanda uğurlu nəticələrə nail olmağın sirri nədədir?
– Akademiyamızda peşəkar məşqçi heyəti formalaşdırılıb. Bütün məşqçilərimiz UEFA lisenziyalarına malikdir. Düzgün seleksiya, peşəkar məşq prosesi, müxtəlif yaş qruplarının beynəlxalq turnirlərdə iştirakı və yaradılan digər imkanlar futbolçularımızın inkişafına müsbət təsir göstərir.

Bütün bunların nəticəsidir ki, Akademiyamızın müxtəlif yaş qrupları bu il ərzində bir sıra mühüm nailiyyətlər əldə edib:

U-16 qızlar – AFFA U-16 Qızlar Liqasının qalibi;
U-14 qızlar – AFFA U-14 Qızlar Liqasının qalibi;
U-15 oğlanlar – AFFA U-15 Liqasında bürünc medal;
U-14 oğlanlar – AFFA U-14 Liqasında bürünc medal;
U-12 oğlanlar – “Ulduz Cup” beynəlxalq futbol turnirində gümüş medal;
U-16 qızlar – Qırğızıstanda keçirilən “Asiya – Sülh və Əməkdaşlıq Regionu” beynəlxalq turnirinin qalibi;
U-15 oğlanlar – “Sabahın Ulduzları” turnirində qızıl medal;
U-14 oğlanlar – “Sabahın Ulduzları” turnirində bürünc medal.

Artıq bu il üçün iki beynəlxalq turnirin də hazırlıqlarına başlamışıq. Oktyabr ayında 2011-ci il təvəllüdlü futbolçularımız Türkiyənin Antalya şəhərində keçiriləcək “Antalya Junior World Cup” turnirində, 2016-cı il təvəllüdlü futbolçularımız isə Özbəkistanın Daşkənd şəhərində təşkil olunacaq “Dostluq Cup” turnirində mübarizə aparacaqlar.

– Xarici turnirlərdə iştirak etməyin uşaq futboluna hansı təsirləri var?
– Ümumiyyətlə, belə turnirlərin çox keçirilməsi, xüsusilə də beynəlxalq xarakter daşıması futbolçuların inkişafı baxımından çox faydalıdır.

Futbolçu nə qədər çox beynəlxalq turnir təcrübəsi qazansa, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə qarşılaşsa və fərqli futbol məktəblərini yaxından görsə, bu, onun inkişafına bir o qədər də müsbət təsir göstərəcək.

Ona görə də hesab edirəm ki, beynəlxalq turnirlərin sayının artırılması uşaq futbolunun inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

– Azərbaycanda “Ulduz Cup” ənənəsi yaratmısınız. Hər il keçirilən yarışa olduqca maraq var.  Bu turnir haqqında nə deyə bilərsiniz?

Bu il artıq üçüncü “Ulduz Cup” turnirimiz Quba şəhərində təşkil olundu. Ümumilikdə 12 komandanın iştirakı ilə keçirilən turnirin finalında Ulduz Futbol Akademiyası ilə Polşanın “Drukarz Varşava” klubu qarşılaşdı. Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasının sonunda Polşa təmsilçisi 1:0 hesabı ilə qalib gələrək “Ulduz Cup” turnirinin qalibi oldu.

Turnirdə ümumilikdə 7 ölkədən olan klublar mübarizə aparırdı. Bu cür beynəlxalq yarışların keçirilməsində əsas məqsədlərimizdən biri həm ölkəmizdəki, həm də xarici ölkələrdəki istedadlı futbolçuların bir araya gətirilməsi, onların təcrübə qazanması və inkişafına şərait yaradılmasıdır.

İstedadlı uşaqlarımız çoxdur. İnanıram ki, Ulduz Futbol Akademiyası gələcəkdə Azərbaycan futbolunun inkişafına öz töhfəsini verəcək.

“Sabahın Ulduzları” turnirində də bunun bir daha şahidi olduq. Müxtəlif yaş qruplarında və müxtəlif klublarda çıxış edən çoxsaylı istedadlı futbolçularımız var. Əsas məqsədimiz həmin istedadların vaxtında aşkarlanması, onların düzgün istiqamətləndirilməsi və inkişafı üçün lazımi şəraitin yaradılmasıdır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Oktyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri