Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyev özünün ölməz ideyaları ilə xalqımızın qəlbində yaşayır!

Ulu Öndər Heydər Əliyev özünün ölməz ideyaları ilə xalqımızın qəlbində yaşayır!

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin cismani yoxluğundan 22 il ötür. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımız tərəfindən hər zaman böyük minnətdarlıqla yad olunur. Müasir, müstəqil Azərbaycan məhz bu dahi şəxsiyyətin siyasi fəaliyyətinin şah əsəridir. Ölkəmizin bugünkü bütün nailiyyətlərinin təməlində Heydər Əliyev ideyaları, onun siyasi kursunun davam etdirilməsi dayanır.

Yeri gəlmişkən, Heydər Əliyevin böyüklüyü ondadır ki, bu böyük şəxsiyyət siyasi rəhbərliyi dövründə respublikamızı tarixin burulğanlarından, ağır sınaqlarından layiqincə çıxarıb, tənəzzüldən xilas edib. Ulu Öndərin Azərbaycana həm birinci, həm ikinci rəhbərliyi dövrünün reallıqları fonunda bunu aydın görmək mümkündür. Bu dövrlərdə ölkəmizin tarixində qürurdoğuran hadisələr baş verib. Heydər Əliyevin hər iki rəhbərliyi dövrü respublikamızda yüksəliş mərhələsi olmuşdur.

Qeyd edək ki, hələ sovet dövründə Heydər Əliyevin qətiyyəti, milli təəssübkeşliyi və prinsipiallığı nəticəsində Azərbaycan öz tarixinin ən qüdrətli mərhələsinə yüksəlmişdi. 1969-cu ildə Azərbaycana rəhbərliyə başlayan dahi şəxsiyyətin uğurlu fəaliyyətinin nəticəsi olaraq cəmi bir neçə il ərzində elə bir iqtisadi və sosial dəyişikliklər baş vermişdi ki, respublikamız öz göstəricilərinə görə müttəfiq respublikaların böyük əksəriyyətini geridə qoymuşdu. Azərbaycan sözün bütün mənalarında keçmiş ittifaq rəhbərliyini təəccübləndirmişdi. İnkişaf isə cəmiyyət həyatının bütün sahələrində - iqtisadiyyatda, qeyri-neft sektorunda, kənd təsərrüfatında, elm, təhsil və mədəniyyət sferalarında yaxından hiss olunurdu. Ən mühümü o idi ki, Azərbaycan yalnız keçmiş ittifaqda və sosialist düşərgəsində deyil, bütün dünyada yaxından tanınmağa başlamışdı.

Xüsusilə qeyd edilməlidir ki, bu yüksəliş fonunda Heydər Əliyev xalqımızın milli və mənəvi dəyərlərinin sovet ideologiyasının təsirlərinə məruz qalıb itməməsi üçün mühüm işlər görmüşdü. Azərbaycan tarixinin, milli mədəniyyətinin öyrənilməsi və təbliği işinin xüsusi diqqət mərkəzində saxlanılması, rəsmi ünsiyyətdə Azərbaycan dilinə üstünlük verilməsi, idarəçilikdə daha çox yerli kadrların önə çəkilməsi və sair bu kimi addımların atılması məhz bundan irəli gəlirdi. Əlbəttə, sovet rejiminin sərt ideoloji tələbləri qarşısında bütün bunları etmək böyük cəsarət tələb edirdi. Bu baxımdan, həmin dövrdə Azərbaycan cəmiyyətində baş verən sürətli milli oyanış Heydər Əliyevin cəsarətinin, vətənpərvərliyinin nəticəsi idi. Sovetlər dövründə olduğu kimi, müstəqilliyimizin ilk illərində də Azərbaycanın böhrandan xilası Heydər Əliyevin sayəsində mümkün oldu. Bu dəfə Heydər Əliyev itirilmək təhlükəsi qarşısında olan müstəqilliyimizi xilas etdi, dövlətçiliyimizə qənim kəsilmiş xarici qüvvələrin planlarını puça çıxardı. Heydər Əliyev siyasi müdrikliyi və qətiyyəti ilə müstəqilliyimizin ilk illərində qarşılaşdığımız bütün ağır sınaqları böyük uzaqgörənlik və siyasi iradə ilə dəf etdi. Ulu Öndərin yaratdığı Azərbaycan Ordusu Ermənistanın artan hərbi hücumlarının qarşısını qətiyyətlə alaraq, cəbhə xəttində düşmənin hərbi birləşmələrini geri çəkilməyə məcbur etdi. Heydər Əliyev hüquqi dövlət quruculuğunu həyata keçirdi, dövlətçiliyimizin əsaslarını möhkəmləndirərək, Azərbaycanı inkişaf yoluna çıxardı. Məhz Heydər Əliyevin sayəsində tanınmış xarici neft şirkətləri Azərbaycanın neft sənayesinə sərmayə yatırdılar, respublikamız beynəlxalq birlikdə özünün layiqli yerini tutdu. Müstəqil dövlətimizin bərqərar edilməsinin və müasir dövlətçiliyimizin ideoloji prinsiplərinin və konseptual əsaslarının müəyyən edilməsi məhz Heydər Əliyevin sayəsində mümkün oldu. Ümummilli Lider Azərbaycanda xalqımızı bir məfkurə əsasında birləşdirən milli dövlətçiliyi ideoloji konsepsiya olaraq formalaşdırdı və bununla da Azərbaycanın suverenliyinin və davamlı yüksəlişinin sarsılmaz təməllərini yaratdı. Ona görə xalqımızın XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev siyasi irsi hər zaman öyrənilməli və təbliğ edilməli mükəmməl siyasət məktəbidir.

Heydər Əliyev özünün ölməz ideyaları ilə xalqımızın qəlbində yaşayır. Onun siyasi kursu dövlətçilik fəlsəfəsinin davamlılığını təmin edən strateji yoldur. Bu yolun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin və dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirilməsinin nəticəsi olaraq Azəbaycan dövləti nümunəyə və milli modelə çevrilən inkişafa nail olub. Azərbaycanın ötən 22 illik tarixi çox möhtəşəm uğurlar və hadisələrlə zəngindir. Hansı ki, bu uğurların hər biri ölkəmizin nüfuzunu artırıb, onu regionda və dünyada söz sahibinə çevirib. Bu dövrdə cənab İlham Əliyevin liderliyi ilə Heydər Əliyevin müəyyən etdiyi enerji siyasəti dinamizmlə davam etdirilib, Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Cənub qaz dəhlizi" çəkilib. Müdrik enerji diplomatiyasının nəticəsidir ki, bu gün Azərbaycan yalnız regionda deyil, daha uzaq coğrafiyalarda söz sahibi və etibarlı strateji tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin dekabrın 8-9-da Slovkiyaya rəsmi səfəri bunu bir daha təsdiq etdi. Prezident İlham Əliyev həm də Orta dəhlizin inkişafında mühüm rol oynayan və əsas bağlayıcı seqment olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşa edilməsinin təşəbbüskarı və müəllifidir. Hazırkı geosiyasi və geoiqtisadi mənzərə Prezident İlham Əliyevin illər öncə bu nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı nə qədər uzaqgörən siyasət yürütdüyünü göstərir. Heydər Əliyev siyasi yolunun layiqli davamının ən böyük hadisəsi torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpasıdır. Prezident İlham Əliyev respublikamıza rəhbərliyinin ilk günündən torpaqlarımızın işğaldan azad olunmasını öz fəaliyyətinin prioritetlərindən biri elan etdi və bu istiqamətdə qətiyyətli, milli maraqlarımızı inamla təmin edən siyasət yürütdü. Bu siyasətin nəticəsi olaraq 2020-ci ilin Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. 2023-cü ilin sentyabrında Azərbaycan dövlətinin konstitusion hüquqları Qarabağda bərpa olundu. Bu tarixi hadisələr bir daha Heydər Əliyev siyasətinin təntənəsinə çevrildi.

Məlumdur ki, 2003-cü ildə xalqa müraciətində Heydər Əliyev demişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ölkəmizin ötən 22 ildə qazandığı bütün uğurlar, xüsusən torpaqlarımızın işlağdan azad edilməsi Ulu Öndər Heydər Əliyevin inamında nə qədər haqlı və müdrik olduğunu göstərdi!

Anar Süleymanov,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri