Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyevin Naxçıvana həmişə böyük diqqət və qayğısı var idi

Ulu Öndər Heydər Əliyevin Naxçıvana həmişə böyük diqqət və qayğısı var idi

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan Muxtar Respublikasının əsl yüksəlişi və bugünkü tərəqqiyə qovuşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində çox mürəkkəb tarixi-siyasi şəraitdə Moskvada nəzarət və təqiblərdən yaxa qurtararaq öz xalqının köməyinə gələn görkəmli dövlət xadimi Heydər Əliyev Bakıda da dönük rəhbərlərdən soyuq münasibət görəndə doğulduğu torpağa üz tutdu. Naxçıvanlılar Ulu Öndəri böyük səmimiyyət və ehtiramla qarşıladılar. Üstünü qara buludlar almış muxtar respublika əhalisi görkəmli dövlət xadiminin zəka və qüdrətinə sığındı. Naxçıvanlılar Ulu Tanrının xalqımızın xilası və nicatı üçün qoruyub saxladığı, taleyin bu qədim yurd yerinə göndərdiyi böyük rəhbərin ətrafında sıx birləşdi, onu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçdilər. Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə Ümummilli Liderin reallaşdırdığı müdrik və qətiyyətli tədbirlər qısa müddətdə muxtar respublikanın etibarlı müdafiəsini təmin etdi, dövlət müstəqilliyi ilə bağlı qabaqlayıcı addımlar atıldı.

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamında da deyildiyi kimi: “Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur. Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır”.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi blokada nəticəsində iqtisadi və siyasi böhran məngənəsində çırpınan, erməni yaraqlılarının hücumları ilə təkbətək qalan muxtar respublikanı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu.

Ümummilli Liderimizin Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilmişdi. Dahi şəxsiyyətin Naxçıvanın xilaskarı kimi göstərdiyi misilsiz xidmətlərindən biri də o idi ki, Ulu Öndər hələ sağlığında Naxçıvanla bağlı arzularının gələcəkdə gerçəkləşməsi, quruculuq xəttinin sonrakı dövrlərdə də uğurlu davam etdirilməsi qayğısına da qalmışdı. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvana həmişə böyük diqqət və qayğısı var idi. Xüsusilə 1990-cı illərin əvvəllərində naxçıvanlılar Heydər Əliyevi özlərinə rəhbər seçəndən sonra. Həmin ağır, çətin vəziyyətdə Naxçıvanda sabitliyin təmin olunması, Naxçıvanda inkişafın təmin olunması məhz Heydər Əliyevin və naxçıvanlıların birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Naxçıvanlılar bu çətin sınaqdan şərəflə çıxdılar və o illər ərzində təməli qoyulmuş layihələr, işlər bu gün öz bəhrəsini verməkdədir”.

Fərəhləndirici haldır ki, Naxçıvanın yüksək sosial, iqtisadi və mədəni inkişafı 100 illik muxtariyyət tarixinin zirvəsi kimi dəyərləndirilir. “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamında da deyildiyi kimi:” Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.

Tarix boyu başı çox bəlalar çəksə də, dəfələrlə yüksəliş dövrü yaşamış, zəngin mədəni irs qoymuş qədim Naxçıvan bugünkü inkişafı ilə daha xoş sabahlara doğru pərvazlanır. Tarixin yeni Naxçıvanı dostlarımızı sevindirir, düşmənlərə isə gözdağı verir. Muxtar respublika milli dəyərlərə söykənərək inkişaf etdirilir, Vətən, yurd sevgisi üzərində müasir Naxçıvan ucaldılır. Xalqımızın böyük oğlu Heydər Əliyev əsl vətəndaş olmaq üçün ləyaqət göstərməyi, xalq, Vətən naminə çalışmağı, Vətən sevgisini, doğma torpağa, doğma yurda bağlılığı əməli işlə nümayiş etdirməyi tövsiyə edirdi: “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”.

Ümummilli Liderin daimi diqqəti, himayəsi, yerli potensialın hərəkətə gətirilməsi ilə ölkədə ilk dəfə Naxçıvanda başladığı aqrar islahatlar uğurla həyata keçirildi. Mövcud sənaye müəssisələri özəlləşdirildi və yenidən quruldu. Yerli ehtiyatlara əsaslanan müasir istehsal sahələri yaradıldı. Naxçıvan şəhərində, rayon mərkəzlərində, yaşayış məntəqələrində əsaslı quruculuq işlərinə başlandı. Sosial-mədəni obyektlər, binalar təmir və bərpa edildi, yeni obyektlər tikildi. Təhsil, səhiyyə və digər sahələrin inkişafı prioritet vəzifəyə çevrildi. Əhalinin elektrik enerjisi, qaz, içməli su problemi aradan qaldırıldı. Kommunikasiyalar təzələndi, genişləndi. Rabitə-nəqliyyat şəbəkəsi müasirləşdirildi, tələbata uyğun quruldu. Muxtar respublikanın etibarlı müdafiəsi təmin olundu, hərbi quruculuq məsələləri diqqət mərkəzində saxlanıldı. Minnətdarlıqla vurğulamaq yerinə düşər ki, həyata keçirilmiş misilsiz işlərin hamısında əsas istiqamət məmləkətimizin hərtərəfli tərəqqisinə, insana qayğıya, əhalinin maddi-rifah halının, yaşayış səviyyəsinin və şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmişdi.

Naxçıvanlılar yaxşı bilirlər ki, Heydər Əliyev şəxsiyyəti olmasaydı, Naxçıvan yaşayaraq bugünkü günə gəlib çata, onun muxtariyyəti və ərazisi qorunub saxlanıla bilməzdi. Biz buna görə daim Ulu Öndərə borcluyuq. Əldə olunmuş uğurlar və nailiyyətlər dahi rəhbərin yoluna sədaqətin nəyə qadir olduğunun daha bir göstəricisinə çevrilmişdir.

Naxçıvanda bütün istiqamətlərdə başlanan yeni islahatlar praktik şəkildə özünü doğruldur və muxtar respublikanın davamlı inkişafını təmin edən düzgün yol seçilib. Ən əsası Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəhbərliyi ilə burada qısa zamanda əldə edilmiş nailiyyətlər, hər bir yüksəliş nümunəsi təsdiq edir ki, Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və tövsiyələr Naxçıvanda vaxtında və layiqincə icra olunur.

Ötən dövr ərzində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur göstərir ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri və əmanəti olan Azərbaycan həm etibarlı əllərdə, həm də dinamik yüksəliş yolundadır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, torpaqlarımızın işğaldan azad olunmasını və ərazi bütövlüyümüzün bərpasını təmin edən Prezident cənab İlham Əliyev bununla həm də Ulu Öndər Heydər Əliyevin arzularını və vəsiyyətini layiqincə yerinə yetirdi. Bu tarixi uğurlar göstərir ki, Heydər Əliyev ideyaları Prezident cənab İlham Əliyevin liderliyi ilə layiqincə davam etdirilir. Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, inkişaf yolunu çıxardığı Naxçıvan Muxtar Respublikasının da uğurlarının təməlində Ulu Öndərin əbədiyaşar ideyaları dayanır. Hazırda Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə inkişafının yeni mərhələsinə qədəm qoyan muxtar respublikada həyata keçirilən islahatlar cəmiyyət həyatının bütün sahələrinə dinamizm, canlanma gətirib, inkişafı daha da sürətləndirib. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan tezliklə daha möhtəşəm uğurları ilə inkişafın yeni nümunələrini yaradacaq.

Ümummilli Liderin inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilməsi, Heydər Əliyev ideyalarına sonsuz sədaqət sayəsində mümkün olmuşdur. Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının əsasında Heydər Əliyev siyasi xətti dayanır. Şübhəsiz ki, dahi rəhbərin yoluna sədaqət qarşıda dayanan vəzifələrin uğurlu icrasını təmin edəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Bizim inkişafımızın təməlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik”.

Aysel DÜNYAMALIYEVA

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see281

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see271

Berezutski 1:1 i ədalətli nəticə saymır

15 Mart 2025 22:57see245

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see234

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see227

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see221

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see161

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see155

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see148

Milan dan əzmkar qələbə VİDEO

15 Mart 2025 23:05see147

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see146

ABŞ Yəməni bombalayır: Husilər, sizin zamanınız bitdi...

15 Mart 2025 23:45see145

ABŞ də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var

15 Mart 2025 23:13see142

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see134

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see132

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see131

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see131

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see129

Makron: Qərb Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər

15 Mart 2025 22:57see126

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri