Umerov: Zelenski ilə Trampın ABŞ də görüşəcəyini gözləyirik
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna hakimiyyəti Volodimir Zelenski ilə Donald Tramp arasında noyabrda görüş keçirəcəyini gözləyir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının (UTMŞ) katibi Rustem Umerov sosial şəbəkə hesabında yazıb.
“Son mərhələləri başa çatdırmaq və prezident Trampla razılığa gəlmək üçün noyabrda, mümkün qədər ən tez zamanda Ukrayna Prezidentinin ABŞ-yə səfərini gözləyirik”, - Umerov bildirib.
O qeyd edib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Cenevrədə keçirilən məhsuldar və konstruktiv görüşləri, eləcə də prezident Trampın müharibəyə son qoymaq üçün davamlı səylərini yüksək qiymətləndirir.
Umerovun sözlərinə görə, nümayəndə heyətləri Cenevrədə müzakirə edilən razılaşmanın əsas şərtləri ilə bağlı ümumi razılığa gəliblər. Ukrayna indi növbəti addımlarında avropalı tərəfdaşlarının dəstəyinə ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 25 Noyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















