“Ümid edirik ki, Tramp müstəqilliyimizi tanıyacaq” Fələstin səfiri
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
"Fələstin dövləti sülh istəyir və ABŞ tərəfindən tanınma arzusundadır". HİT.az xəbər verir ki, bunu Fələstinin Moskvadakı səfiri Əbdəl Hafiz Nofəl Tatarıstanın Kazan şəhərində keçirilən "Rusiya-İslam dünyası: KazanForum" forumunun kuluarlarında TASS agentliyinə verdiyi açıqlamada səsləndirib.
"İsrailin bütün etdiklərinə baxmayaraq, biz hələ də sülh istəyirik. İki dövlət əsasında həll yoluna inanırıq. Bu, mümkündür"-, deyə səfir ABŞ prezidenti Donald Trampın Fələstin dövlətini tanıya biləcəyi ilə bağlı mediada yayılan xəbərləri şərh edərkən bildirib.
Hazırda ABŞ prezidenti Donald Tramp Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri ilə sammitdə iştirak edir. Həmin təşkilata daxil olan ölkələrdən birinin səfiri "The Media Line” nəşrinə bildirib ki, bu sammitdə Trampın "Amerikanın Fələstin Dövlətini tanıması haqqında bəyanatı” təqdim etməsi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 14 May 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















