Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

“Ümid” körpüsündən sarsılmaz qardaşlığa

“Ümid” körpüsündən sarsılmaz qardaşlığa

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

33 il əvvəl kəsilən lent 1 millətin 2 dövlətinin qardaşlıq rəmzinə çevrildi

Qardaşlığın sarsılmaz birliyə çevrilməsinin növbəti təzahürünü bütün dünya izlədi. Amma razılaşaq ki, Azərbaycan–Türkiyə münasibətləri çoxdan iki qardaş ölkənin liderlərinin qarşılıqlı səfərlərinin formatı ilə məhdudlaşmır. İndi bu münasibətlərin coğrafiyası bütün türk dünyasının sərhədləri kimi genişdir. Azərbaycan Prezidenti İlham Əliyevin İğdır–Naxçıvan qaz kəmərinin açılış mərasimində dediyi sözlər bu postulatın bir daha təsdiqi kimi qəbul olunmalıdır: “Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı”.

Bəli, həm dövlət rəhbərləri, həm də xalqlar üçün münasibətlərin qardaşlıq xarakteri daha vacib, daha səmimi və daha yaxındır. Və bu, dünya üçün unikal bir məqamdır. Axı, bu gün baş verənlərin və gələcəkdə olacaqların təməlində bizim qardaşlığımız dayanır. Bu məqamlar Azərbaycan tarixi üçün önəmlidir.

Prezident İlham Əliyev çıxışında o vaxt Naxçıvanın işğal olunmamasının səbəbləri sırasında qardaş Türkiyənin yardımlarını, “Ümid” körpüsünün istifadəyə verilməsini xüsusi qeyd etdi.

Oxuculara xatırladaq ki, 1992-ci ilin martında Türkiyə tərəfindən Naxçıvana maliyyə, iqtisadi və texniki yardımın göstərilməsi, 100 milyon ABŞ dolları məbləğində kreditin ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasına imkan yaradılması haqqında birgə əməkdaşlıq protokolu imzalandı. 1992-ci il mayın 28-də, xüsusilə əlamətdar məqama çevrilən Respublika Günündə ümummilli lider Heydər Əliyevin “xalqımızın ümid və arzular körpüsü adlandırdığı” Naxçıvanla Türkiyəni birləşdirən “Ümid” körpüsünün Araz çayı üzərindən açılışı oldu. Həmin dövr Azərbaycan üçün, xüsusən də Birinci Qarabağ müharibəsində blokadaya alınmış Naxçıvan üçün ən çətin dövr idi. Amma Heydər Əliyev o ağır məqamda özünün siyasi qrossmeyster gedişləri ilə həm muxtar respublikanı real fəlakətdən qurtardı, həm də Azərbaycan–Türkiyə qardaşlığının yeni tarixinin təməlini atdı.

1999-cu ildə Azərbaycan Prezidenti kimi Naxçıvana səfərində Heydər Əliyev “Ümid” körpüsünün açılması zərurətini xatırlayaraq demişdi: “Belə bir körpü tikmək bir azərbaycanlı kimi şəxsən mənim on illər boyu qəlbimdə qalan arzum idi. İndi özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüsçüsü oldum. Biz dostumuz Süleyman Dəmirəl və Türkiyə hökumətinin himayəsi, köməyi ilə bunu etdik. Naxçıvan Türkiyəyə açıldı”.

33 il bundan əvvəl “Ümid” körpüsünün üzərində kəsilən açılış lenti, əslində, iki dövlətə malik bir milləti yardımdan, əməkdaşlıqdan qardaşlığınin rəmzinə çevrilmiş oldu.

* * *

Prezident İlham Əliyevin keçmişə boylanaraq, 1920-ci ildə Sovet hakimiyyətinin Qərbi Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsini, Azərbaycanın tərkib hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsməyə xidmət edən qərarını yada salması, Birinci Qarabağ müharibəsində Naxçıvanın işğal təhlükəsi ilə üzləşdiyi barədə dedikləri özündə semantik yük daşıyırdı. Cənab Prezidentin “Türkiyə–Azərbaycan dostluq və qardaşlıq tarixində mühüm gün” kimi xarakterizə etdiyi İğdır–Naxçıvan qaz kəmərinin açılışı ötən əsrin 90-cı illərinin əvvəllərində başlamış iki dövlət və bir millət arasında qardaşlıq münasibətlərinin ən güclü bağı kimi qiymətləndirilməlidir.

Martın 5-də açılmış qaz kəmərinə gəlincə, o, Naxçıvanın enerji təhlükəsizliyini tam təmin edəcək. Azərbaycan Prezidenti çıxışında vurğuladı ki, ümumilikdə, bu gün Türkiyə ərazisindən nəql olunan Abşeron qazı bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və TANAP layihələrinin nəinki ölkələrimizi birləşdirdiyini, həm də Avrasiyanın enerji xəritəsini dəyişdiyini vurğulayan İlham Əliyev Türk dünyasının daha sıx birləşməsi perspektivini yenidən aktuallaşdırdı, bu əbədi birliyin təmin olunduğunu, münasibətlərin ortaq maraqlar və ortaq tarix əsasında qurulduğunu bütün dünyaya bəyan etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bir millət, iki dövlət” sözləri ilə başladığı çıxışında Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərində hər sahədə böyük irəliləyişlərin əldə edildiyinə diqqəti çəkdi: “Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı–Tbilisi–Ceyhan xam neft boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı–Tbilisi–Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha da irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri – TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik”.

Hamımız şahidik ki, Türkiyə lideri bu mövqeyini 2020-ci ilin Vətən müharibəsi günlərində də təsdiqləyib. Biz 2023-cü ildə Türkiyənin Qəhrəmanmaraşında baş vermiş dəhşətli zəlzələ zamanı eyni mənzərəni gördük. O zaman Azərbaycan qardaş ağrısına ilk reaksiya verənlərdən oldu. Azərbaycan xilasedicilərinin səyi nəticəsində 50-dən çox insan dağıntılar altından sağ-salamat çıxarıldı. Həkimlərimiz 3 mindən çox insana tibbi yardım göstərdilər. Həmçinin qardaş Türkiyəyə 5500 tona yaxın humanitar yardım yola salındı. Artıq yaralarını sağaldan Qəhrəmanmaraşda “Azərbaycan” məhəlləsi salınıb, burada Heydər Əliyev adına məktəb açılıb.

* * *

Bunları qeyd edən R.T.Ərdoğan Türkiyənin Azərbaycana hər cür dəstəyi verməyə davam edəcəyini bildirdi: “6 fevral zəlzələləri başda olmaqla, ən çətin günlərimizdə necə ki Can Azərbaycanı yanımızda gördüksə, biz də qardaşlarımızın ehtiyac duyduğu hər an yanlarında olacağıq. İnşallah, Naxçıvan ilə elektrik əlaqələrimizin də gücləndirilməsi ilə bu prosesi davam etdirəcəyik”.

Türkiyə liderinin Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərlə vəhdət təşkil edən açıqlamaları dünənki müttəfiqlərin barışmaz rəqibə çevrildiyi, ən güclü blokların sarsılmağa başladığı çağdaş dünyamızda Türkiyə–Azərbaycan qardaşlığının daha sarsılmaz olduğu və inkişaf etdiyi qənaətini təsdiqləyir.

Məhz bu tandem bütün Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, öz miqyası ilə xalqlarımızı birləşdirən mənəvi, tarixi və mədəni ailəni möhkəmləndirir.

Çıxışında Azərbaycanın hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verdiyini qeyd edən İlham Əliyev bu birliyi əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmədiyini nəzərə çatdırdı: “Bugünkü mərasim bir daha Türkiyə–Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək”.

İğdır–Naxçıvan təbii qaz boru kəmərini qardaşlığın yeni bir layihəsi adlandıran Türkiyə lideri bunun strateji təşəbbüsləri tamamlamaqla yanaşı, Naxçıvan ilə ortaq taleyin bir nişanəsi olduğunu bildirdi: “BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq”.

Azərbaycan–Türkiyə qardaşlıq və əməkdaşlığının sarsılmazlığından danışan Cümhurbaşqanı iki qardas ölkənin daim sülhün, sabitliyin və rifahın tərəfində olduğunu önə çəkdi: “Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra da sülh, rifah və əmin-amanlıqla bağlı layihələri birlikdə həyata keçirməkdə qətiyyətliyik”.

Ortaq tariximizin meyarı sayılan dahi şəxsiyyətlərin müəyyənləşdirdiyi yol xəritəsinin 30 il düşmən əsarətində inləyən Qarabağın xilasına apardığı kimi, Türk dünyasını daha böyük hədəflərə çatdıracacağına əminik. Bu, iki qardaş ölkə arasında münasibətləri “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik zirvəsinə qaldıran iki liderın çiyin-çiyinə addımladığı yoldur.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Mart 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri