Icma.az
close
up
RU
Ümid burxulmaları

Ümid burxulmaları

Icma.az, 525.az portalına istinadən məlumat verir.

FURQAN

Futbol üzrə Avropa turnirlərində illərdir ölkəmizi uğurla təmsil edən "Qarabağ" futbol klubunun qazandığı qələbələri izlədikcə ürəyimiz fərəhlə dolur. Futbol üzrə milli komandamızın və ya bir sıra klublarımızın oyunlarına baxaraq fərəhlənmək hələm-hələm qismət olmasa da, "Qarabağ"ın qələbələri, uğurları hər il bizi xeyli sevindirir.

Hər dəfə futbola baxdıqda gözəl şair Şahmar Əkbərzadənin 1974-cü ildə futbol əfsanəsi Peleyə həsr etdiyi şeirin yaddaşımda ilişib qalan son iki misrasını xatırlayıram:

İnsan bir ömürdə ayağıyla da

dünyada dahilik qazana bilər...

Və bu yazıda istəyirəm ki, "top"un baş rolda olduğu iki hadisə haqqında danışım.

I KADR: FUTBOL VƏ MÜHARİBƏ

1969-cu il. 14 iyul. Salvadorla Honduras arasında müharibənin ilk günü. Bu müharibə beş gün davam edəcək, "Futbol müharibəsi" adlanacaq və 20 iyulda ölkələr arasında atəşkəs imzalanacaq. Müharibənin nəticəsi: 2000-dən çox ölü.

Bəs niyə "Futbol müharibəsi?" Futbolla əlaqəsi nədir bu müharibənin?

Əslində, söhbətimizin bu yerində futbolu bir kənara qoyub başqa məsələlərdən danışmalıyıq.

Ərazisi çox kiçik olan Salvadorda əhali sıxlığı yüksək idi və əhalinin böyük bir hissəsinin şəxsi torpağı yox idi. Hondurasın isə, torpağı çox, əhalisi az idi. Buna görə də, acgöz torpaq sahibləri əlindən Hondurasa köçərək orda özlərinə yurd-yuva quran, əkin-biçinlə məşğul olub gün-güzəranlarını yaxşılaşdıran salvadorluların sayı az qala yarım milyona çatmaqda idi.

Salvadorluların Honduras torpaqlarından yaxşı gəlir əldə etdiyini görən Honduras prezidenti Osvaldo Lopez Arellano bir çıxışında həmin torpaqların salvadorlulardan alınıb honduraslılara veriləcəyindən danışdı və hər şey elə burdan başlandı. İki ölkədə də qəzetlər, jurnallar prezidentin çıxışından yazdı. Necə deyərlər, gərginlik pik nöqtəyə qalxdı.

Futbol oyunu isə, bu gərginliyin "müharibə" adlı partlayışla nəticələnməsi üçün bir bəhanə idi.

1970-ci ildə futbol üzrə doqquzuncu dünya çempionatı Meksikada keçiriləcəkdi və bu çempionata qatılmaq uğrunda Hondurasla Salvador milli futbol komandaları 3 dəfə qarşılaşacaqdılar.

8 iyunda Hondurasda keçirilən ilk oyunda Honduras millisi 1-0 hesabı ilə, 15 iyunda Salvadorda keçirilən ikinci oyunda isə, Salvador millisi 3-0 hesabı ilə qələbə qazandı. Bu nəticələrə görə, Salvador millisi dünya çempionatına qatılmağa daha yaxın idi.

Üçüncü oyun 27 iyun 1969-cu il tarixində Meksikada keçirildi. Bu oyunu 3-2 hesabı ilə qazanan Salvador millisi Honduras millisini dünya çempionatına yollanmağa qoymadı.

Və üçüncü oyundan 17 gün sonra bu iki qonşu ölkə arasında 4 gün davam edəcək müharibə başladı.

SSRİ, Meksika və Belçika ilə eyni qrupa düşərək rəqib qapısına bir qol belə vura bilməyən, üç oyunda qapısından 9 cavabsız qol buraxan futbol üzrə Salvador millisinin də qatıldığı həmin dünya çempionatının finalında Braziliya və İtaliya milliləri qarşılaşmışdı. Braziliyanın 4-1 hesabı ilə qələbə qazanaraq üçüncü dünya çempionluğunu əldə etdiyi final oyununda ilk qolu şair Şahmar Əkbərzadənin hələ şeir həsr etmədiyi Pele vurmuşdu.

II KADR: MÜHARİBƏ VƏ FUTBOL

"Müharibə" və "futbol" sözlərini eyni cümlədə işlətmək nə qədər maraqlıdırsa, bir o qədər də kədərlidir. Bu iki sözü binokla çevirib tarixin çox da uzaq olmayan boz və qırmızı günlərinə nəzər salmağa çalışırıq. 1942-ci il görünür gözlərimizə. II Dünya müharibəsi. Almaniyanın işğalı altında olan Ukrayna. Və bu da paytaxt Kiyev.

Paytaxtın "Dinamo" klubunun bir çox futbolçuları 1941-ci ildə müharibəyə yollanmışdılar və bəziləri də Vətən torpağını qorumaq üçün canlarından keçsə də, təəssüf ki, Vətən torpağı işğal olunmuşdu. Bu işğal ilə bərabər, almanlara əsir düşənlər arasında "Dinamo Kiyev"in qapıçısı Nikolay Truseviç və başqa futbolçular da var idilər. Həmin günlərdə Kiyev Universitetinin rektoru olan Konstantin Şteppa faşizmi dəstəkləyir, almanlara bir sıra məlumatlar ötürürdü və elə ona görə də yüksək rütbəli alman zabitlərinin yanında müəyyən nüfuzu, hörməti var idi. "Dinamo Kiyev"in bir neçə futbolçusunun əsir kamplarında olduqlarını öyrənən Konstantin Şteppa nüfuzundan istifadə edərək, onların sərbəst buraxılmalarına da nail olmuşdu. Bunun üçün futbolçular "almanlara sədaqət" yazılmış kağızlara imza çəkmişdilər.

Əsirlikdən xilas olan qapıçı Nikolay Truseviç bir çörək sexində işləməyə başlamışdı. Çörək sexini qatı futbol azarkeşi olan bir alman işlədirdi. O, öz işçisinin vaxtilə "Dinamo Kiyev"də oynadığını bilirdi və elə onun dəstəyi ilə Truseviç köhnə komanda yoldaşlarından sağ qalanları bir yerə yığmışdı. Onlar Truseviç ilə birgə cəmi səkkiz nəfər idilər, yəni futbol komandasını yenidən bərpa etmək üçün üç nəfər çatmırdı. Ona görə də paytaxtın "Lokomotiv" klubunda oynamış üç futbolçunu yeni yaradılan klubda oynamağa razı salmışdılar.

Yeni yaradılan klub "Start" adlanırdı.

Bir zamanın peşəkar futbolçularından ibarət yeni klub Vətənlərini işğal edən almanların həvəskar klubları ilə oynayaraq bir-bir onları məğlubiyyətə uğratmış, almanlar isə, bu məğlubiyyətlərdən narahat olmuşdular. Çünki almanlar üzərində qazanılmış hər qələbə ukraynalı azarkeşlərin ümidini artırırdı. Ukraynalılar ümid edirdilər ki, müharibə də almanlar üzərində qələbə ilə başa çatacaq. Sadəcə geci-tezi var.

1942-ci ilin 6 avqustunda "Start" futbol komandası sırf onu məğlub etmək məqsədilə alman hərbi hava qüvvələrinin seçmə əsgərlərindən qurulan "Flahelf" komandası ilə üz-üzə gəlmiş, 5-1 hesabı ilə qələbə qazanmışdı. Bu nəticə ilə məğlub olacaqlarını gözləməyən və bu məğlubiyyətlə barışmayan almanlar 3 gün sonraya - 9 avqusta cavab görüşünü təyin etmişdilər.

Almanlar cavab oyununda qisas alacaqlarını düşünürdülər.

Üç gündən sonra oyunun keçiriləcəyi "Zenit" stadionuna "Start" komandasının heç bir azarkeşi buraxılmayacaq, stadion alman əsgər və zabitləri ilə doldurulacaqdı. Üstəlik, oyundan az öncə bir alman zabiti "Start" futbolçularına qətiyyətlə tapşıracaqdı ki, əsgər və zabitlərə alman salamı versinlər.

Oyunun hakimi də həmin alman zabiti olacaqdı.

Amma "Start" futbolçuları alman zabitin tapşırdığı kimi etməmiş, alman salamı vermədən oyuna başlamışdılar. Hakimin alman futbolçularının hər bir kobudluğuna göz yumduğu birinci hissə başa çatdıqda hesabda "Start"ın üstünlüyü var idi: 3-1.

Fasilədə "Start" oyunçularının yanına gələn hakim açıq-aşkar onları ölümlə hədələmişdi. Bəli, məğlub olmasaydılar, öldürüləcəkdilər! Və bunu deyərək onların yanından uzaqlaşmışdı. O, uzaqlaşdıqda komandanın kapitanı Nikolay Truseviç yoldaşlarına səslənmişdi. Alman hakim nə deyir, desin: Ölmək vardısa, qürurla ölmək lazım idi: qələbə qazanaraq!

İkinci hissənin sonlarına yaxınlaşarkən, 5-3 hesabı ilə üstün vəziyyətdə olan "Start" futbol klubunun bir oyunçusu rəqibin demək olar ki, bütün oyunçularını aldadaraq fasilədə onlara uduzmaq əmrini verən alman hakimi qəzəbləndirmiş, hakim də öz növbəsində oyunu 90 dəqiqə tamamlanmadan bitirmişdi. Bəli, bütün çətinliklərə, təhdidlərə, hədə-qorxulara baxmadan, "Start" "Flahelf"i 5-3 hesabı ilə məğlub etmişdi.

Oyun bitdikdən sonra futbolçular həbs olunaraq yenidən əsir kamplarına göndərilmiş, qısa müddət ərzində 11 nəfərdən 6-sı müxtəlif bəhanələrlə öldürülmüşdü. Öldürülənlər arasında Truseviç də var idi.

Sonralar "Ölüm matçı" adlanacaq bu futbol oyununun kədərli tarixçəsini danışıb bitirdikdən sonra illər əvvəl yazdığım bir şeiri xatırlamaq istəyirəm:

Bu futbol topunun dalınca

həvəslə qaçan uşaqlar

kim bilir

böyüyüb hansı dərdin dalınca

təngnəfəs qaçacaqlar...

Yolları yora bilməsələr də

yollar yoracaq ayaqlarını...

Qaç ki, qaçasan.

Ürəklərində bir ümid,

dizlərində təpər qalmayacaq,

nə qədər çalışsalar da,

kədərin qapısına

qol vurmaq olmayacaq...

Bəlkə də böyüyəndə

dərd-sərin çoxluğundan

ürəkləri partlayacaq bu uşaqların.

Amma nə olur olsun

indi oynadıqları top

partlamasın barı...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Noyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see232

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see231

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see229

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see229

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see226

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see224

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see218

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see205

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see203

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see201

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see192

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see189

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see189

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see188

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see187

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see185

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see184

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see182

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see179

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri