Icma.az
close
up
RU
“Ümid Yeri”ndə uşaqlara bayram sevinci yaşadılıb

“Ümid Yeri”ndə uşaqlara bayram sevinci yaşadılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 may, AZƏRTAC

“Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə “Ümid Yeri” Uşaq Sığınacağında görüş keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbir valideyn himayəsindən məhrum, sosial risk qrupuna aid uşaqlara mənəvi dəstək göstərilməsi, onların asudə vaxtının səmərəli təşkili, sosial diqqətlə əhatə olunması, eləcə də müqəddəs Qurban bayramı, 28 May – Müstəqillik Günü, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlarda bayram əhval-ruhiyyəsinin yaradılması məqsədi daşıyıb.

Görüşdə “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edərək ölkəmizdə uşaqlara, xüsusilə həssas kateqoriyaya aid azyaşlılara göstərilən dövlət qayğısının ardıcıl xarakter daşıdığını vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mərkəzində insan amili, uşaqların sağlam, təhlükəsiz və qayğı ilə əhatə olunan mühitdə böyüməsi dayanır.

Zərifə Quliyeva qeyd edib ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, sosial müdafiəsinin gücləndirilməsi, təhsil, sağlamlıq və mənəvi inkişaf imkanlarının genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

İctimai birliyin sədri bildirib ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun uşaqlarla, xüsusilə valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan azyaşlılarla bağlı həyata keçirdiyi layihələr cəmiyyətimizdə mərhəmət, xeyirxahlıq və humanizm dəyərlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Zərifə Quliyeva vurğulayıb ki, həyatın çətin sınaqları ilə erkən yaşda üzləşən uşaqlara diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur. Onun sözlərinə görə, belə görüşlər uşaqlarda xoş ovqat yaratmaqla yanaşı, onların cəmiyyətin diqqət və qayğısı ilə əhatə olunduğunu hiss etmələrinə mühüm töhfə verir.

Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli proqram təqdim olunub, müxtəlif çıxışlar və maraqlı oyunlar təşkil edilib. Balacalar proqramı böyük sevinclə qarşılayıblar. Eyni zamanda uşaqlar üçün bayram süfrəsi açılıb.

Sonda “Modern İnkişaf və Ailə” İctimai Birliyi tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2026 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri