Icma.az
close
up
RU
“Xaraba yeri”ndə taksi sürücüsü bıçaqlandı

“Xaraba yeri”ndə taksi sürücüsü bıçaqlandı

Gəncə sakini şəxsi münasibətlər zəminində bıçaqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Xaraba yeri" adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Həsənov Cəlal Şakir oğlu bıçaqlanıb. Onun taksi sürücüsü olduğu bildirilir.

İlkin məlumata görə, tərəflər arasında münaqişəyə səbəb pulun ödənilməsi söhbəti olub. Adıçəkilən şəxs üç bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat edilib. 

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.

Təfərrüatlar araşdırılır.
Milli.Az

seeBaxış sayı:50
embedMənbə:https://news.milli.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri