Icma.az
close
up
RU
TƏQAÜD tələbənin ümid yeri

TƏQAÜD tələbənin ümid yeri

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2025-ci il tarixdə imzaladığı Sərəncam günlərdir ki, minlərlə tələbənin sevincinə səbəb olub.

Onların hər birinin dövlətimizin başçısına, onları hər zaman düşünən, maddi-rifah hallarının qeydinə qalan, sosial vəziyyətlərini diqqətdə saxlayan dövlətimizə minnətdarlıqlarını bu sətirlərə köçürmək, təqaüdün bir tələbə üçün nə qədər böyük əhəmiyyətə malik olmasından söhbət açmaq istədim.

Bəli, indi bütün tələbələr sevinc içərisindədirlər. Çünki hələ ötən ilin sonlarından yeni ildə təqaüdlərin artırılması barədə xəbərlər yayılmışdı. Bütün tələbələr isə bunu böyük səbrsizliklə gözləyirdilər. Onlar da bütün dünyada, eləcə də ölkəmizdəki infilyasıyanı hiss edir, öz gəlirlərinin buna uyğunlaşmasını istəyirdilər.

Nəzərə alsaq ki, bütün məhsullarda qiymət artımları müşahidə olunur, deməli, tələbənin də əvvəlki təqaüdləri onların ehtiyaclarının ödənilməsində çətinlik yarada bilərdi. Bütün bunları nəzərə alan dövlətimiz isə digər vacib sahələrdə olduğu kimi, tələbə təqaüdlərinin də dövrün tələblərinə müəyyən qədər uyğunlaşdırılmasını nəzərə aldı və dövlətimizin başçısının müvafiq sərəncamı ilə bütün növ təqaüdlər artırıldı.

Dövlət başçısının sərəncamını sevinclə qarşılayan tələbələr indi artıq alacaqları məbləğə uyğun xəyal qurmaqdadırlar. Onlar öz təqaüdlərini necə, hara xərcləyəcəklərini, hansı ehtiyaclarını ödəyəcəklərini düşünməkdədirlər. Vurğulamaq yerinə düşər ki, təqaüdlərin artırılması, təbii ki, tələbələrin məsuliyyətini də artırır. O mənada ki, imtahanların nəticələrindən təqaüdün məbləği asılı olacaqdır. Bunun üçün də tələbələr imtahanlara daha yaxşı hazırlaşacaq, gecələrini gündüzlərinə qataraq imtahanların uğurla keçməsinə, yüksək qiymətlər almağa çalışacaqlar.

Tələbənin ümid yeri...

Təqaüd tələbənin ümid yeridir. O mənada ümid yeridir ki, nə qədər ailəsi tərəfindən təmin olunsa da, hər ay bu tələbə “maaşını” səbirsizliklə gözləyir. Bütün şəxsi ümidlərini o təqaüdə bağlayır.

Təqaüd tək bu deməkdirmi? Xeyr. Bu tələbə “maaşının” o qədər maraqlı, kövrək tərəfləri var ki... Təqaüd bəzən bir tələbənin ailəsinə köməyidir, bəzən hansısa bacı-qardaşının ehtiyacının ödənməsidir.

Təqaüd tələbənin oxumaq, təhsil almaq üçün sığındığı kirayələrin aylıq ödənişidir. Yoldaşları arasında topladıqları aylıq bazarlıq puludur. Bir miqdarını ayırıb kənara qoyduğu, nə olursa olsun, əl uzatmayacağı çörək puludur.

Təqaüd çox halda tələbələrimizin ailələrinə hansısa bir ehtiyaclarının ödənilməsi üçün yardımıdır. Atanın, ananın planlaşdırdığı hansısa bir işin reallaşmasına köməklikdir.

Təqaüd tələbənin əyin-başıdır, kitab-dəftəridir. Bu səbəbdən də onu hər ay səbrsizliklə gözləməsidir.

Təqaüd o qədər şirindir, bərəkətlidir ki, sanki əlindəki pullar xərclənib gedir, lakin təqaüd xərcləndikcə bitmir ki bitmir. O bərəkət bağlayır. Tələbəni bu aydan qarşıdakı aya aparıb çıxarır. Gündəlik ehtiyaclarını ödəyir. Bir sözlə, təqaüd tələbənin yaxşı yaşaması, təminatıdır.

İndi ödənişli əsaslarla təhsil alanlar da təqaüd alırlar

Bildiyimiz kimi, təhsil ocaqlarımızda təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçirilir. Minlərlə tələbə təhsil ocaqlarımızda ödənişli əsaslarla təhsil alır. Dövlətimizin humanist addımlarından biri də budur ki, artıq bir neçə ildir, həmin tələbələrə də təqaüd almaq hüququ verilib. Bu isə təbii ki, ödənişli əsaslarla təhsil alan tələbələrə böyük dəstəkdir. Həqiqətən də düşünəndə ki, bir ailə övladının təhsil alması üçün xeyli məbləğdə vəsait ödəyirsə, təbii ki, onun övladının digər ehtiyaclarını ödəməkdə çətinlikləri olacaqdır. Eyni zamanda təqaüd elə bir ödəniş növüdür ki, onun hər bir gəncin tələbəlik illərində, gələcək iş həyatına hazırlanmasında, qazancını xərcləmə dərsini almasında böyük əhəmiyyəti vardır. Bütün bunları nəzərə alan dövlətimiz yeni bir ilkə imza atdı və artıq qeyd etdiyimiz kimi, ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd ala bilirlər.

Bu, həm də tələbələr arasında bərabər hüququn təminatıdır. Müəyyən dərəcədə bal toplayan gənc əgər dövlət vəsaiti hesabına təhsil alırsa, ondan bir neçə bal aşağı toplayan tələbəyə belə təhsil almaq nəsib olmursa, təbii ki, o, ödənişli əsaslarla təhsil alır və bu, onu tələbəlik illərinin ən dəyərli, yaddaqalan məqamından-təqaüd almaqdan məhrum edə bilməzdi. Ona görə də bu sistem tətbiq olundu. Və ixtiyar verildi tələbələrin özlərinə. Onlar təhsil illərində imtahanlardan müvafiq dərəcədə keçməklə təqaüd hüququ qazandılar.

Artıq təhsil ocaqlarımızda minlərlə belə tələbə də təqaüd alır. Bu, həm də onların birbaşa məsuliyyətinə, dərslərə yaxşı hazırlaşmasına şərait yaradır. Çünki hər hansı bir imtahandan aşağı qiymət alıb “kəsir” yaratmaq təqaüdün kəsilməsi deməkdir. Ona görə də tələbələr bu şansı əldən verməməyə çalışır və həm dərs zamanı, həm də imtahan vaxtı bunu nümayiş etdirirlər.

Bütün tələbələrə uğurlar arzulayırıq

Ən yüksək təqaüdü almaq heç də asan başa gəlmir. Çünki bunun üçün tələbədən yüksək hazırlıq tələb olunur. Tələbəlik illərində hazırlığın səviyyəsinə görə təqaüddən-təqaüdə qalxan və enən minlərlə tələbə olur. Onlar yaxşı bilirlər ki, hansı səviyyədə oxumaqla, çalışmaqla təqaüdlərin hansına sahib ola bilərlər. Maraqlıdır ki, dövlət vəsaiti hesabına təhsil alanları bəzən ödənişli əsaslarla təhsil alanlar üstələyir, bilik və qabiliyyətləri ilə ən yüksək təqaüdü almağa nail olurlar. Yəni bunların hər biri təhsil prosesində ortaya çıxır və kimin nəyə qadir olduğunu göstərir.

Hələlik isə hər bir tələbə hazırki təqaüdünü itirməyi əsla düşünmür. Çünki söylədiyimiz kimi, təqaüd tələbənin ümid yeridir.

Bütün tələbələri təqaüdlərinin artırılması münasibətilə təbrik edir, onlara gələcək imtahanlarda uğurlar diləyir və dövlət qayğısını hər zaman yüksək qiymətləndirmələrini, dövlətimizə və dövlətçiliyimizə layiq vətəndaş olmalarını, müstəqil ölkəmizin inkişafına özünəməxsus töhfə vermələrini arzulayırıq.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 İyul 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see404

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see317

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see315

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see278

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see259

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see252

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see218

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see203

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see193

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see182

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see175

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see173

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see173

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see170

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see169

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see169

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see168

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see161

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see153

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri