Icma.az
close
up
RU
ÜMT: Hava çirkliliyi hər il 4,5 milyon insanın vaxtsız ölümünə səbəb olur

ÜMT: Hava çirkliliyi hər il 4,5 milyon insanın vaxtsız ölümünə səbəb olur

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 5 sentyabr, AZƏRTAC

Milyardlarla insan hər il 4,5 milyondan çox vaxtsız ölümə səbəb olan çirkli hava ilə nəfəs almağa davam edərkən BMT-nin iqlim ekspertləri cümə günü meşə yanğınları nəticəsində yaranan zərərli mikroskopik tüstü hissəciklərinin dünyanın yarısını əhatə etdiyini, bunun mənfi nəticələrini vurğulayıblar.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) elmi mütəxəssisi Lorenzo Labrador yeni hesabatı şərh edərkən deyib: “Hava çirkliliyi heç bir sərhəd tanımır. Pireney yarımadasındakı bu rekord qıran isti mövsümdə meşə yanğınları nəticəsində yaranan tüstü və çirklənmə artıq Qərbi Avropada öz təsirini göstərir”. O, müxtəlif qlobal məlumat sistemlərini birləşdirən ÜMT-nin son Hava Keyfiyyəti və İqlim Bülletenini təqdim edərək bildirib ki, bütün dünyada havanın çirklənməsi ilə bağlı deqradasiya davam edir.

Lorenzo Labrador 2024-cü ildə Çili, Braziliya, Ekvador, Kanada, Mərkəzi Afrika və Sibirdə tünd qırmızı ləkələrdə cəmləşmiş meşə yanğınlarından “PM 2.5” kimi tanınan incə hissəcik markerlərini göstərən dünya xəritəsinə işarə edib. Məlumatlar hava keyfiyyətinin itirilməsi ilə bağlı əvvəlki illərdə qeyd olunan narahatedici tendensiyanı təsdiqləyir. “Biz bilirik ki, meşə yanğınları mövsümü iqlim dəyişikliyi nəticəsində hər il daha güclü və uzun olur”, -deyə o əlavə edib.

ÜMT qeyd edib ki, bununla yanaşı, Çin və Avropa bu sahədə ümid verir. Belə ki, dünyanın bəzi yerlərində, xüsusən də Çinin şərqində və Avropada emissiyaların həcmində azalma müşahidə olunur. Bunun səbəbi Çində və Avropanın bəzi ölkələrində yaşıl sənaye və elektromobillərdən istifadənin genişlənməsidir. Məsələn, Çinin şərqində, Şanxay kimi şəhərlərdə daha çox parklar açmaq və daha çox ağac əkməklə havanın keyfiyyətini artırmaq üzrə irəliləyiş əldə edilib.

ÜMT-nin sözçüsü Kler Nullis qeyd edib ki, hələ də ağır nəqliyyat vasitələrinin hərəkəti genişmiqyaslı olsa da, elektromobillərdən istifadə də sürətlə artır.

Bu uğurlara baxmayaraq, dünya üzrə çox az şəhərdə hava keyfiyyəti BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə olunan səviyyədən aşağıdır. Son irəliləyişlərə baxmayaraq, havanın keyfiyyəti ictimai sağlamlıq problemi olaraq qalır.

ÜST qeyd edir ki, kükürd dioksid (SO₂) və azot oksidi (NOₓ) kimi əsas çirkləndiricilər emissiyaya nəzarətin işə düşməsi ilə azalsa da, dumanın əsas tərkib hissəsi olan ozon səviyyələri azalmayıb. “Bu, qismən qlobal istiləşmənin nəticəsidir, çünki ozon atmosferdə günəş işığı tələb edən kimyəvi reaksiyalar nəticəsində əmələ gələn ikinci dərəcəli çirkləndiricidir”, -deyə təşkilatın nümayəndəsi qeyd edib.

Meşə yanğınlarını, qış dumanını, daşınma emissiyalarını və şəhər məkanlarında çirklənməni əhatə edən ÜMT-nin Hava Keyfiyyəti Bülleteni havanın çirklənməsi ilə iqlim dəyişikliyi arasında sıx əlaqəni vurğulayır. “İqlim dəyişikliyi və havanın keyfiyyəti ayrı-ayrılıqda həll edilə bilməz. Onları həll etmək üçün əl-ələ verərək planetimizin, icmalarımızın və iqtisadiyyatlarımızın sağlamlığını qorumaq naminə birlikdə mübarizə aparılmalıdır”, -deyə ÜMT Baş katibinin müavini Ko Barret bildirib.

BMT dünyanın ən böyük ictimai sağlamlıq təhdidlərindən biri sayılan və xüsusilə uşaqlar üçün zərərli olan məişət havasının çirklənməsi ilə mübarizə səylərinə rəhbərlik edir.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ev sahibliyi etdiyi İqlim və Təmiz Hava Koalisiyası katibliyinin rəhbəri Martina Otto bildirib: “Yaxşı xəbər ondan ibarətdir ki, daha təmiz yemək texnologiyası bol, nisbətən ucuzdur və artıq insanların həyatını xilas etməyə kömək edir. İndi problem bu texnologiyanı daha çox insan üçün əlçatan etməkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri