Icma.az
close
up
RU
Ümumdünya Ətraf Mühit Günü”nə ev sahibliyi üçün estafet Azərbaycana ötürülüb

Ümumdünya Ətraf Mühit Günü”nə ev sahibliyi üçün estafet Azərbaycana ötürülüb

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

“Ümumdünya Ətraf Mühit Günü” Koreya Respublikasının ev sahibliyi ilə Jeju adasında keçirilib.


APA xəbər verir ki, Azərbaycanı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavininin rəhbərlik etdiyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Koreya Respublikasındakı səfirliyimizin nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.


BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən hər il təşkil olunan tədbirdə estafet 2026-cı il “Ümumdünya Ətraf Mühit Günü” tədbirinin ev sahibi olaraq Azərbaycan tərəfindən rəsmən qəbul edilib.

Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, 2026-cı ildə Bakıda keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü” ərəfəsində Azərbaycan beynəlxalq ictimaiyyətin birgə səylərinə öz töhfəsini və icmaların yaradılmasına şərait yaradan həlləri təşviq etməyə hazırdır.


O qeyd edib ki, Azərbaycan COP29-un sədri olaraq iqlim dəyişikliyi ilə mübarizədə təsirli tədbirlər üçün platforma təqdim etməyə davam edəcək.
“Bildiyiniz kimi, keçən il Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-a uğurla ev sahibliyi edib. Biz COP29-un sədri olaraq bu irsə əsaslanan ambisiyaların artırılması və fəaliyyətə şərait yaradılması üçün platforma təqdim etməyə davam edəcəyik. Hesab edirik ki, yeni Bakı Maliyyə Məqsədi və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə töhfə verəcək. COP29-da həmçinin şəhərlərin iqlimlə mübarizədə ətraf mühitin mühafizəsi həllində əsas rolu vurğulanıb”.


O bildirib ki, 2026-cı ildə Bakıda keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü” ərəfəsində Azərbaycan beynəlxalq ictimaiyyətin birgə səylərinə öz töhfəsini verməyə, biliklərini və qabaqcıl təcrübələrinin bölyüşməyə və daha dayanıqlı və yaşayış üçün əlverişli şəhərlərin və icmaların yaradılmasına şərait yaradan həlləri təşviq etməyə hazırdır:
“Azərbaycan 2026-cı ildə həm “Ümumdünya Ətraf Mühit Günü”nə, həm də “Ümumdünya Şəhər Forumu”na ev sahibliyi etməyə hazırlaşır. Ağıllı şəhər planlaşdırılması sahəsində Koreya Respublikasının liderliyini yüksək qiymətləndiririk “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə” ev sahibliyi etmək və bu mühüm təşəbbüsün təşviqini davam etdirmək böyük şərəfdir. Bu mühüm missiyanı birlikdə davam etdirdiyimiz üçün hamınızı 5 iyun 2026-cı il tarixində Azərbaycanda bizə qoşulmağa dəvət edirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 İyun 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri