Ümumdünya Gömrük Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyulun 13-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi İan Saunders Azərbaycana səfərə gəlib.
"APA-Economics" xəbər verir ki, Dövlət Gömrük Komitəsində İan Saunderslə keçirilən görüşdə ÜGT ilə Azərbaycan gömrük xidməti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edilib, əlaqələrin daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Baş katibə son dövrərdə gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları ilə bağlı xüsusi təqdimatlar əsasında ətraflı məlumat verilib.
Baş katib İan Saunders Dövlət Gömrük Komtəsində gömrük əməkdaşları ilə görüşüb, onlar qarşısında çıxış edərək gömrük işinin inkişafı istiqamətində tətbiq edilən yeni yanaşmalar, müasir çağırışlardan bəhs edib, Ümumdünya Gömrük Təşkilatının bu sahədə gördüyü işlərdən, hədəflərdən danışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 13 İyul 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















