Icma.az
close
up
RU
Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar "Layiqli əmək, güclü gənclik - dayanıqlı gələcək" tədbiri keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra layiqli əməyə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edən Konfederasiya sədrinin müavini Musa Mirzəyev layiqli əmək və onun əsas prinsiplərindən danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması istiqamətində formalaşdırılan hüquqi və institusional mexanizmlər barədə məlumat verib.

Vurğulanıb ki, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sosial təşəbbüsləri vətəndaşların maddi rifahının daha da yüksəldilməsinə xidmət edir.

Musa Mirzəyev həmçinin işçilərin təhlükəsiz və sağlam şəraitdə çalışması və layiqli əməyin təmin olunmasında həmkarlar ittifaqlarının rolundan söz açıb, ölkəmizdə gənclərin əmək bazarında rolunun genişləndirilməsindən, işçilərin rəqəmsallaşmanın əmək münasibətlərinə gətirdiyi dəyişikliklərə hazırlanmasından və peşə bacarıqlarının artırılmasından bəhs edib.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxışında BƏT-in layiqli əmək gündəliyindən, təşkilatla Azərbaycan arasında əmək və sosial sahədə əməkdaşlığın önəmindən danışıb, layiqli əmək prinsiplərinin təşviqi ilə bağlı fikirlərini səsləndirib.

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin departament direktoru Fidan Mahmudova gənclərin iş həyatına hazırlanmasında layiqli əmək prinsiplərinin əhəmiyyətini, peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsinin və işçilərin dəyişən əmək dünyasına adaptasiyasının vacibliyini diqqətə çatdırıb.

SOCAR Neft Daşları Neft və Qazçıxarma İdarəsinin əməkdaşı, həmkarlar ittifaqının üzvü Bəxtiyar Muradov çalışdığı müəssisədə layiqli əmək şəraiti ilə bağlı fikirlərini bölüşüb, Azərbaycan Tibb Universitetinin tələbəsi, "AHİK könüllüsü" layihəsinin iştirakçısı Təranə Kazımova isə layiqli əməyin gənclərdə iş həyatına marağın formalaşmasında rolunu vurğulayıb.

Çıxışlardan sonra işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunmasında fəallığı ilə seçilən Konfederasiyanın üzv təşkilatlarının nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Oktyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri