Ümumdünya Şəhərsalma Forumunu gözdən salmaq cəhdləri baş tutmayacaq
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bir qayda olaraq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək ərəfəsində Avropadakı bəzi siyasi təsisatlar ölkəmizi hədəfə alır, keçirəcəyimiz bu və ya digər beynəlxalq tədbirə xələl gətirməyə çalışırlar. Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində də həmin dairələr iş başındadır. Avropa Parlamentinin qərəzli bəyanatı, Fransa Senatının erməni tarixi-mədəni abidələri barədə qeyri-obyektiv müzakirəsi və həmin müzakirə zamanı Azərbaycanın heç bir əsas olmadan hədəf götürülməsi məhz bu kampaniyanın tərkib hissəsidir".
Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, bundan əvvəl keçirilən COP29 zamanı da məlum şəbəkə eyniilə Azərbaycana qarşı hücuma keçmişdi:
"Eləcə də Birinci Avropa Oyunları, Avroviziya musiqi yarışması, İslam Həmrəylik Oyunları ərəfəsində Bakı antiAzərbaycan qüvvələr tərəfindən hədəf alınıb, onun ev sahibliyi etmək istədiyi tədbirlərə xələl gətirməyə can atılıb. Ancaq bu məkirli planların heç biri baş tutmayıb və Azərbaycan bütün beynəlxalq tədbirləri ən yüksək səviyyədə həyata keçirib".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, Ümumdünya Şəhərsalma Forumunu gözdən salmaq cəhdləri də qətiyyən baş tutacaq tutmayacaq və ölkəmiz bu qlobal əhəmiyyətli forumu da digər beynəlxalq tədbirlər kimi ən yüksək səviyyədə keçirəcək.
Süleyman
Bu mövzuda digər xəbərlər:Üçüncü Milli Şəhərsalma Forumunu Xankəndi və Bakı şəhərlərində baş tutacaq
29 Sentyabr 2025 16:02
Ümumdünya Şəhərsalma Forumunun iclası keçirildi
12 Dekabr 2025 12:13
Ümumdünya Şəhərsalma Forumunun Azərbaycan ünvanı
23 Fevral 2026 18:07
Ümumdünya Şəhərsalma Forumunun müzakirələr tribunası
20 May 2026 10:51
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsi yaradıldı SƏRƏNCAM
05 İyun 2025 15:16
Baxış sayı:108
Bu xəbər 12 May 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















