Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ümumdünya Şəhərsalma Forumunun müzakirələr tribunası

Ümumdünya Şəhərsalma Forumunun müzakirələr tribunası

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq” paneli

Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri:

– 85 mindən çox azərbaycanlı Qarabağ və Şərqi Zəngəzur bölgələrinə geri qayıdaraq, hazırda bu ərazilərdə yaşayır, işləyir, təhsil alır və özlərinə yeni həyat qururlar. Hər bir insanın mənzil hüququna malik olması və bu bölgələrin yenidən qurulması prosesi sürətlə davam etdirilir.

Azərbaycan həm digər ölkələrin qabaqcıl təcrübələrindən öyrənməyə, həm də özünün postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı unikal təcrübəni, eləcə də qarşılaşdığı çətinlikləri beynəlxalq ictimaiyyətlə bölüşməyə tam hazırdır. Məhz bu düşüncə ilə ölkəmiz Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək üçün ən uyğun məkanlardandır.

Dünyanın müxtəlif nöqtələrində, o cümlədən bizim regionda yeni müharibələrin və münaqişələrin alovlandığı, şəhərlərin və insan məskənlərinin gözümüzün qarşısında dağıldığı bir dövrdə Azərbaycan bəşəriyyət üçün fəlakətli olan bu cür şəraitdə həm öyrənməyə, həm də öz reallıqlarını və təcrübəsini dünya ilə bölüşməyə hazırdır.

Anaklaudia Rossbax, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru:

– 2,8 milyard insanın təhlükəsiz mənzilə çıxışı yoxdur. Milyonlarla insan münaqişə və ya iqlim səbəbindən köçkün düşüb. Artıq bir çox yerdə insanlar ev almaq və ya kirayə qalmaq üçün pul tapa bilmirlər. Bu, gənclər üçün də ciddi problemə çevrilib.

Avropaya və Asiyanın o tayına uzanan nəqliyyat dəhlizləri də dövrümüzün ən əhəmiyyətli infrastruktur investisiyalarındandır. Bu dəhlizlər Orta Dəhliz boyunca Çindən Mərkəzi Asiyaya, oradan isə Azərbaycan üzərindən keçir. Marşrut boyu yerləşən şəhərlər üçün iqtisadiyyatlarını şaxələndirmək, “yaşıl sənaye”ni, qabaqcıl logistika xidmətlərini, aqrar emalı və rəqəmsal müəssisələri cəlb etməklə bağlı real imkanlar yaranır.

Bu dəhliz bütöv bir regionun inkişafını dəstəkləyir.

Ceyhun Bayramov, Azərbaycan Respublikasının xarici işlər naziri:

– Müxtəlif regionlardakı sənaye zonaları arasında yeni əlaqələrin yaradılması, iqtisadi imkanların bərpası uzunmüddətli sülh və əməkdaşlıq üçün şərait və imkanların formalaşdırılması deməkdir.

Yeni nəqliyyat dəhlizləri, dəmir yolları, avtomobil magistralları, enerji infrastrukturu və rəqəmsal şəbəkələr yenidənqurma ərazilərini daha geniş regional və beynəlxalq iqtisadi sistemlərə inteqrasiya edir.

Bu investisiyalar mobilliyi, ticarəti, sərmayələri, turizmi və məşğulluğu təşviq edir, eyni zamanda, regional qarşılıqlı asılılığı və uzunmüddətli sabitliyi gücləndirir. Bu baxımdan, onların təsiri Azərbaycanın sərhədlərindən xeyli kənara çıxaraq Asiya ilə Avropa arasında bağlantını gücləndirir və daha geniş regional iqtisadi artıma və əməkdaşlığa töhfə verir.

Anar Quliyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri:

– Azərbaycan son beş ildən artıq müddətdə regionun yaxın tarixində ən geniş və əhatəli yenidənqurma proqramlarından birini həyata keçirir.

İşğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi düşmən əsarətində qalıb, yüzlərlə şəhər, qəsəbə və kənd dağıdılıb, mühüm infrastruktur məhv edilib, mədəni irsə ciddi ziyan vurulub.

Ərazilərin azad olunmasından sonra Azərbaycan yeni mərhələyə qədəm qoyaraq yenidənqurma, inteqrasiya və dayanıqlı regional inkişaf istiqamətlərində fəaliyyətə başlayıb.

Azad edilmiş ərazilər “yaşıl enerji” zonası elan olunub. Bölgədə hidroenerji, günəş və külək enerjisi üzrə böyük potensial mövcuddur.

Mikayıl Cabbarov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri:

– Şəhərlərin dayanıqlı inkişafı və azad olunmuş ərazilərin bərpası Azərbaycanın əsas prioritetlərindəndir. Ölkəmizin son illərdə həyata keçirdiyi genişmiqyaslı bərpa proqramı ilə azad olunmuş ərazilərdə müasir şəhər və kəndlərin qurulmasına xüsusi diqqət yetirir. Bərpa prosesi yeni iqtisadi imkanların yaradılması, dayanıqlı inkişafın təmin olunması və regionun uzunmüddətli sülhə inteqrasiyası deməkdir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyaları əsasında formalaşdırılır. Biz azad olunmuş ərazilərdə müasir şəhərsalma standartlarını tətbiq edirik. Bu ərazilər gələcəyin dayanıqlı inkişaf modelini əks etdirən nümunəvi regionlara çevrilir.

Bu şəhərləri də ölkə iqtisadiyyatında xüsusi rol oynayır, bu şəhərlər birlikdə Azərbaycanın əsas iqtisadi mərkəzini formalaşdırır.

Bakı və Sumqayıt şəhərləri ölkə ÜDM-inin mühüm hissəsini təmin edir və urban inkişaf strategiyalarında xüsusi yer tutur.

Hasan Suver, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini:

– Ölkəmizin şəhərsalma sahəsindəki ən vacib yanaşması təbii fəlakətlərə davamlı, iqlimə dayanıqlı, ekoloji cəhətdən dost, insanmərkəzli yaşayış məkanları qurmaqdır. Türkiyədə 2023-cü il fevralın 6-da baş vermiş zəlzələlərdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yeni proses başladılıb. Şəhərlərimiz daha təhlükəsiz, dayanıqlı şəkildə yenidən qurulur. Burada qardaş Azərbaycanın dəstəyi də böyükdür.

Bu müddətdə qazandığımız təcrübəni D-8 ölkələri ilə bölüşürük. Bundan əlavə, Türkiyə 2053-cü il üçün xalis sıfır emissiya hədəfi istiqamətində iqlim dəyişmələr ilə mübarizə, “yaşıl inkişaf”, enerji transformasiyası, sənayenin karbonsuzlaşdırılması sahələrində siyasət həyata keçirir.

2026-cı ildə Antalyada ev sahibliyi edəcəyimiz COP31 tətbiqə, maliyyələşməyə, konkret həllərə yönəlmiş qlobal platformadır. Bu prosesdə D-8 ölkələri ilə iqlim maliyyəsinə çıxış, “yaşıl investisiya” layihələri, dayanıqlı şəhər tətbiqləri, davamlı infrastruktur sahələrində daha yaxın əməkdaşlıq qurmağa önəm veririk.

“D-8 Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu” paneli

Pərviz Şahbazov, Azərbaycan Respublikasının energetika naziri:

– “Yaşıl inkişaf”ı prioritet seçmiş ölkə olaraq biz sürətlə böyüyən şəhərlərə və böyük həcmdə bərpaolunan enerji potensialına malikik. Bu imkanların reallaşdırılması üçün enerji keçidi ilə şəhər inkişafı,” yaşıl investisiyalar” və innovasiyalar arasında daha güclü uyğunlaşma lazımdır. Azərbaycan “yaşıl enerji” gündəliyini strateji prioritet kimi irəli aparır. Biz genişmiqyaslı bərpaolunan enerji və transsərhəd enerji dəhlizi layihələrini həyata keçirir, “yaşıl enerji” zonaları yaradır, enerji səmərəliliyini artırır və elektrik şəbəkəmizi modernləşdiririk.

2027-ci ildə ölkəmizdə ümumi gücü 2 giqavat olan günəş və külək elektrik stansiyaları istifadəyə veriləcək. Hər il, təxminən, 2,4 milyon ton istixana qazı emissiyasının qarşısı alınacaq.

İki həftə sonra Bakıda D-8 üzv dövlətlərinin energetika nazirlərinin ilk görüşü keçiriləcək. Görüş zamanı D-8 İqlim və Enerji Mərkəzinin Nizamnaməsini təqdim ediləcək. Baş qərargahı Azərbaycanda yerləşəcək mərkəz D-8 üzv dövlətləri üzrə dayanıqlı enerji layihələri üçün regional platforma rolunu oynayacaq və bərpaolunan enerji, enerji səmərəliliyi və digər iqlimə davamlı təşəbbüslər üçün katalizator funksiyasını yerinə yetirəcək.

Hazırladı:
Ləman TƏHMƏZ,
Cavid QAÇAYEV (foto)
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri