Icma.az
close
up
RU
Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir

Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə bu gün 2005-ci ildən qeyd olunur.

Arterial hipertoniya arterial təzyiqin 140/90 millimetr civə sütunundan yuxarı qalxması halıdır. Birinci dərəcəli arterial hipertoniya ayrıca bir xəstəlik sayılır. Onun əsas və aparıcı əlaməti arterial təzyiqin yüksəlməsidir. İkinci dərəcəli arterial hipertoniya simptomatik olur və bu zaman təzyiqin yüksəlməsi başqa xəstəliklər nəticəsində əmələ gəlir.

Bir çox ölkələrdə 60 yaşından yuxarı olan əhalinin 50 faizdən çoxu yüksək arterial təzyiqə malikdir.

Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Gününün əsas məqsədi insanlarda yüksək qan təzyiqi ilə bağlı maarifləndirməni artırmaq, onun fəsadları və qarşısının alınması yolları haqqında cəmiyyəti məlumatlandırmaqdır. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə hər il Azərbaycanda da geniş maarifləndirmə aksiyaları həyata keçirilir.

Arterial hipertoniya, yəni yüksək qan təzyiqi dünya üzrə ən çox yayılmış xroniki qeyri-infeksion xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər üç nəfərdən biri bu problemdən əziyyət çəksə də, onların əksəriyyəti vəziyyətdən xəbərsizdir və vaxtında tədbir görmürlər.

Mütəxəssislər arterial hipertoniyanı uzun illər heç bir əlamət göstərmədən irəlilədiyi üçün “səssiz qatil” adlandırırlar. Bu xəstəlik vaxtında aşkarlanmadıqda və nəzarət olunmadıqda insult, infarkt, böyrək çatışmazlığı və görmə pozğunluğu kimi ağır fəsadlara səbəb ola bilər. Ən təhlükəli cəhəti isə odur ki, pasiyentlər illərlə özündə heç bir narahatlıq hiss etmədən bu riski daşıyırlar.

Səhiyyə Nazirliyinin arterial hipertoniya ilə bağlı həyata keçirdiyi kampaniyalarda əhalinin diqqəti sağlam həyat tərzinə, duz və yağ qəbulunun azaldılmasına, fiziki aktivliyin artırılmasına yönəldilib.

Arterial təzyiq gündə iki dəfə - səhər və axşam fiziki iş, qida, çay və ya qəhvə qəbulundan ən azı 30 dəqiqə sonra ölçülür. Onu ölçmək stolda rahat vəziyyətdə oturmaq, əli stolun üstündə ürəyin səviyyəsində tutmaq, təzyiqölçən aparatın manjetini dirsəkdən 2 santimetr yuxarıya sarıyıb onu hava ilə tam doldurandan sonra ölçmək lazımdır. Arterial təzyiqi 1-2 dəqiqə fasilə ilə iki-üç dəfə ölçmək məsləhətdir. Bir əldə aparılan bu cür ölçmədən sonra arterial təzyiqin dəqiq səviyyəsini müəyyən etmək mümkündür.

Duzlu, yağlı qidalar və alkoqoldan istifadə edən, xroniki stres yaşayan, siqaret çəkən, fiziki aktivliyi az olanlarda qan təzyiqi tez-tez yüksəlir. Yüksək qan təzyiqi olanlar normal qan təzyiqi olanlara nisbətən qida ilə üç dəfə çox natrium-xlorid istehlak edirlər. Çəkilən siqaret qan təzyiqinin 10-30 millimetr civə sütunu artmasına səbəb ola bilər. Bədən çəkisinin artması ilə təzyiq artır. Artıq çəki təzyiqi 1-3 millimetr civə sütunu artırır.

Mayın 17-si bizə bir daha xatırladır ki, arterial hipertoniya – düzgün yanaşma və davamlı nəzarət tələb edən ciddi bir sağlamlıq problemidir. Vaxtında aşkar edilərsə, müalicəsi mümkündür. Unutmayaq ki, təzyiqimizi bilməklə həyatımızı xilas edə bilərik!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri