Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Ümumi təhsil müasir dövrün çağırışları müstəvisində

Ümumi təhsil müasir dövrün çağırışları müstəvisində

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aydın ƏHMƏDOV
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim

"Ümumi təhsil xalqın mentalitetidir, dünya xalqları ilə müqayisə olunacağı səviyyədir".
Heydər ƏLİYEV Azərbaycan xalqının Ümummilli lideri

Ulu öndər Heydər Əliyevin dərin fəlsəfi mahiyyət ifadə edən bu konseptual müddəası təhsil sisteminin ən kütləvi tərkib hissəsi olan ümumi təhsilin cəmiyyət həyatındakı müstəsna rolu və əhəmiyyətini təkzibedilməz həqiqət olaraq diqqətə çatdırır. Belə ki, obrazlı desək, saf və şəffaf suların mənbəyi torpağın dərin qatları olduğu kimi, ölkənin sosial-iqtisadi, elmi-mədəni fəaliyyət sahələrindəki inkişafın, rəqabətədavamlı insan kapitalının formalaşmasının, vətəndaşların milli-mənəvi-əxlaqi dəyərlərə bağlılığının mənbəyini də keyfiyyətlə reallaşdırılan ümumi təhsildə axtarmaq lazımdır. Başqa sözlə, ölkənin mütərəqqi didaktik prinsiplər üzərində qurulan ümumi təhsili, xüsusilə də ibtidai təhsili ölkənin gələcək tərəqqisinin, yaradıcı təfəkkürlü kadr potensialının təşəkkülünün ilkin zəmanətçisi kimi çıxış edir. Tələbyönlü və şəxsiyyətyönlü məzmuna malik ümumi təhsil uşaq və yeniyetmələri, gəncləri biliklər dünyasına, bacarıqlar və səriştələr aləminə, təhsilli cəmiyyətə, mənəvi zənginliyə, həyatı dərk etməyə, vətəndaşlıq xüsusiyyətləri əxz etməyə qovuşduran etibarlı körpü funksiyasını yerinə yetirir ki, onun da dayaqlarının möhkəm özül üzərində qurulması ən ümdə vəzifələrdən hesab olunur.

Hazırda yaşadığımız mürəkkəb və ziddiyyətli zamanda şagirdləri milli dəyərlərimizə yad təsirlərdən qorumaq, potensial imkanlarına uyğun keyfiyyətli təhsil almalarına və inkişaf etmələrinə, istedad və qabiliyyətlərinin reallaşmasına şərait yaratmaq, ləyaqətli vətəndaşa xas dəyərlər nümunəsində tərbiyə olunmalarını təmin etmək pedaqoji öhdəliklə bərabər, həm də insanlıq, vicdan borcudur. Əsl müəllimin vətənpərvərlik missiyası təhsil verdiyi uşaqların qəlbini millət sevgisi, Vətən məhəbbəti ilə alovlandırmaqdan, onların daim öyrənmək, biliklənmək, bacarıq və vərdişlər qazanmaq meyllərini gücləndirməkdən, milli-mənəvi xüsusiyyətlərin təşviq və təbliğindən ibarət olmalıdır. Bu məqamda Ulu öndərin hikmətli sözləri yaddaşımızda səslənir: "Ümumi təhsilimizdə, məktəblərimizdə bütün dərslər, bütün fənlər bizim bugünümüzə və gələcəyimizə həsr olunmalıdır".

Qloballaşma proseslərinin getdikcə genişləndiyi, texniki yeniliklərin sürətlə həyatımıza daxil olduğu hazırkı dövrdə hər hansı bir uşağın ümumi təhsildən kənarda qalması, təhsilsizlik bəlası ilə üzləşməsi ciddi sosial problem kimi qarşılanmalıdır. Şübhəsiz, belə halların baş verməməsi ümumi təhsillə bağlı bütün təşkilatları düşündürməlidir. Lakin bu gün ümumi təhsil qarşısında dayanan müasir vəzifələrin yerinə yetirilməsində ictimaiyyət tərəfindən rəmzi olaraq "Təhsil məbədi" kimi qəbul edilən məktəb daha çox məsuliyyət daşıyır. Belə bir məktəb isə peşəkar səviyyəli pedaqoji kadr heyətinin, səriştəli və məqsədyönlü idarəetmənin, sağlam mənəvi-psixoloji iqlimin, əlverişli və təhlükəsiz, yaradıcı və təşəbbüskar münasibətin dəyər verildiyi təhsil mühitinin, şagirdlərin öz təhsillərindən məmnunluq hissi yaşamasının mövcudluğu ilə, müasir çağırış və tələblərə istiqamətlənə bilməsi ilə xarakterizə edilib dəyərləndirilməlidir. Bununla belə, pedaqoji tədqiqatların nəticələrinə görə irəli sürülən obyektiv bir mülahizə ilə - "Ailənin sosial-iqtisadi vəziyyətinin təhsilin keyfiyyətini idarə edən əsas indeks kimi nəzərə alınması; ailənin xarakterik xüsusiyyətlərinin məktəblərdəki nailiyyətləri müəyyənləşdirən vacib faktorlardan biri olması" fikri ilə də razılaşmamaq qeyri-mümkündür.

İstənilən fəaliyyət sahəsində dövrün, zamanın diktə etdiyi tələblər kontekstində inkişafı dəstəkləyən müasir çağırışların meydana gəlməsi təbii qəbul olunur. Bu mənada ümumi təhsil sistemi də istisna deyildir. Əgər 20-30 il əvvəlki vaxtla müqayisə etsək, ötən müddət ərzində ümumi təhsilə qarşı verilən tələblərin xeyli dəyişməsi göz önündədir. Həmin dəyişikliklər eyni dərəcədə ümumi təhsilin məqsəd və vəzifələrini, məzmun istiqamətlərini, idarəolunma texnologiyalarını, şagird nailiyyətlərinin və pedaqoji fəaliyyətin qiymətləndirilməsi meyarlarını əhatə edir, milli-mənəvi-əxlaqi dəyərlər zəminində tərbiyə olunmaları ilə bərabər, şagirdlərin analitik, yaradıcı, tənqidi təfəkkürünün inkişaf etdirilməsi, müxtəlif elmlərin nailiyyətləri fonunda müasir həyatda onlara aşılanması zəruri bilinən bilik, bacarıq və vərdişlərin formalaşdırılması diqqət mərkəzinə çəkilir. Proqnozlaşdıra bilsək, həmin keyfiyyətlər, yəqin ki, bir qərinə də keçsə, mahiyyətcə dəyişməz qalacaqdır. Lakin əsas məsələ bugünkü çağırışlara nəzərən formalaşdırılması hədəf seçilən təfəkkür tərzinin və intellekt durumunun, zəruri bilik, bacarıq və vərdişlərin səviyyəsinin dövrün tələbləri ilə uyğunluq təşkil etməsindən, zamanın inkişaf tendensiyalarına cavab verməsindən ibarətdir. Xüsusilə, icbari ümumi orta təhsil üzrə məzmun standartları bu məntiq əsasında qurulmalıdır. Əgər fənlər vasitəsilə ötürülən nəzəri biliklər tətbiqi mahiyyət daşımırsa, şagirdlərdə hər hansı bir səriştəyə çevrilə biləcək bacarıq (bacarıqlar) aşılamırsa, o biliklər deklarativ xarakterli məlumatlardan başqa bir şey deyildir.

Dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda ümumi təhsil sahəsi üzrə bir sıra mühüm məsələlərlə (pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması, idarəetmənin təkmilləşdiril-məsi, təmayüll istiqamətlərinin genişləndirilməsi, infrastrukturun müasirləşdirilməsi) yanaşı, rəqəmsal texnologiyaların tətbiqinin genişləndiyi, rəqəmsallaşdırma meyllərinin gücləndiyi, qloballaşmanın təsiri ilə rəqabətin getdikcə artdığı, eləcə də ölkəmizin yüksəkgəlirli dövlətlər sırasına daxil olunmasının hədəfləndiyi hazırkı dövrdə müasir iqtisadiyyatın ehtiyaclarını ödəyəcək səviyyədə yüksək bilik və bacarıqlara malik insan resurslarının formalaşdırılmasına zəmin yaratmaq üçün ümumi təhsilin səriştəəsaslı məzmununun hazırlanıb həyata keçirilməsi ən vacib çağırış və hədəf olaraq müəyyən edilmişdir. Əgər nəzərə alsaq ki, səriştə - qazanılmış bilik və bacarıqları təcrübədə, praktik fəaliyyətdə səmərəli və effektiv tətbiq edə bilmək qabiliyyətidir, o zaman həmin məzmuna malik dövlət standartları və fənn kurikulumlarının ölkənin ən qiymətli sərvəti sayılan insan kapitalının formalaşması və inkişafındakı müstəsna əhəmiyyəti daha aydın şəkildə təsəvvür oluna bilər. Təsadüfi deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda "İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən olub ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir" müddəası taleyüklü strateji hədəf kimi irəli sürülmüşdür.

Səriştəəsaslı və şəxsiyyətyönümlü kurikulumların hazırlanmasında da ən düşündürücü məsələ "nələri, hansı həcmdə və necə" öyrədilməsi ilə birbaşa bağlıdır. Çünki bu tələb nəzəri cəhətdən dəyişməz pedaqoji problem olaraq bütün dövrlərdə təhsil mütəxəssislərini düşündürmüş, bu gün də aktuallığını saxlamaqdadır. Dəyişən isə zəmanənin diktə etdiyi tələblərə görə, həmin anlayışlardan hər birinin üzərinə düşən yükün xüsusi çəkisidir. Əslinə qalsa, fikrimizcə, ümumi təhsil sistemində həmin üç tələbin təmin edilməsindən çətin və vacib bir problem yada salmaq mümkün deyildir, o mənada ki, ümumi təhsilin keyfiyyəti bilavasitə optimal məzmun və mahiyyətə malik bu üç amilin məqsədyönlü müəyyənləşdirilib həyata  keçirilməsindən asılıdır.

Hazırda belə bir suala da məntiqli cavab tapmağa çalışmalıyıq: Dünyanın "sürətlə dəyişən iqtisadi və texnoloji tələbləri"nə qarşı, məsələn, icbari ümumi orta təhsil mərhələsində müxtəlif intellekt səviyyəsinə malik şagirdlərə mənbəyi ibtidai təhsildən qaynaqlanan hansı keyfiyyətlər, fənlər üzrə hansı zəruri biliklər, bacarıq və səriştələr diferensial əsasda necə aşılanmalıdır ki, onlar 5 dərs ili ərzində 15 yaşa çatanadək, obrazlı desək, həmin dəyişikliklərin, heç olmasa, astanasına qədəm basa bilsinlər.

Bu məqamda bir məsələni xüsusi olaraq diqqətə çatdırmaq istərdik. Hazırkı dövrdə yaşanan iqtisadi-texnoloji tərəqqinin miqyasını və onun nəticələrinin cəmiyyət həyatında aparıcı rolunu nəzərə alsaq, STEAM təhsil yanaşmasında da təşviq edildiyi kimi, bütün fənlərin məzmununda şagirdlərdə çevik və yaradıcı təfəkkür, qeyri-standart və tənqidi düşüncə hesabına formalaşdırılan və zəruri səriştələrə çevrilməsi gözlənilən bacarıqların (şəxsiyyətyönümlü dəyərlərin) təşəkkülünə ciddi diqqət yetirilməsi, heç şübhəsiz, uşaqlarda riyazi təfəkkürün inkişafını tələb edir. Fikrimizcə, uşaqlarda riyazi düşüncənin, riyazi düsturlarla deyil, riyazi fəhmlə, riyazi meyarlarla düşünmə bacarığının yaradılması bütövlükdə keyfiyyətli ümumi təhsilin, ilk növbədə, icbari ümumi orta təhsilin əsas missiyalarından birinə çevrilməlidir. Faktlar da sübut edir ki, riyazi təfəkkürlü uşaqlar fənləri daha asanlıqla mənimsəyir, təlim prosesində daha fəal və inamlı təsir bağışlayırlar. Belə olduğu halda, ərəbcə "çətinlik", "əzab" mənasında işlənən "riyazət" sözü ilə eyni kökdən olan riyaziyyat, həqiqətən, şagirdlər tərəfindən heç də asan qavranılmayan fənn kimi xarakterizə edilir. Bu, bəlkə də riyaziyyata bir çoxları tərəfindən "məsələ-misal həlli"nə aid fənn mənasında münasibət göstərilməsinin, uşaqların intellektual, fikri inkişafında riyaziyyatın rolu və imkanlarının layiqincə dəyərləndirilməməsinin nəticəsidir. Düşünürük ki, uzun illərdən bəri şüurlarda kök salmış həmin yanlışlıqdan yaxa qurtarmaq, "riyaziyyat-hamı üçün" ideyasını reallaşdırmaq məqsədilə ümumtəhsil məktəblərində riyaziyyatın məzmununun və tədrisi metodikasının təkmilləşdirilməsi, "Riyaziyyat əqlin gimnastikasıdır" məşhur mülahizəni əsas tutaraq, V-IX siniflərdə şagirdlərin yaş səviyyəsi nəzərə alınmaqla, "Əyləncəli riyaziyyat" adlı fakültativ kursun tədrisi xeyli faydalı olardı.

Şübhəsiz, hər bir şagirddə riyaziyyatçı istedadı axtarmaq əbəs cəhddir, lakin bütün şagirdlərdə riyaziyyatın daxili məzmun və mahiyyətini büruzə verən xüsusiyyətlər fonunda riyazi təfəkkür, riyazi düşüncə formalaşdırılması şəxsiyyətyönlü təhsilin başlıca əlamətlərindən biri olaraq dəyərləndirilməlidir. Hesab edirik ki, hər bir fənnin məzmun standartlarında, kurikulumlarında fənnin məqsəd və vəzifələrinə uyğun surətdə şagirdlərə aşılanacaq proqramlaşdırma, layihələndirmə, əsaslandırma, proqnozlaşdırma, planlaşdırma, sistemləşdirmə, təhlil-sintez, təsnifetmə, alqoritmik düşüncə, araşdırma və tədqiqatçılıq, ehtimal və fərzetmə, tərtibatçılıq və dizayn, məntiqi nəticə çıxarma, idarəetmə və digər bu kimi səriştələri hədəfləyən bacarıqların nəzərdə tutulması uşaqlarda riyazi təfəkkür elementlərinin formalaşdırılması zərurətini bir daha təsdiq edir.

Düşündürücü digər bir məsələ informasiyaların genişlənməsi, iqtisadi və texnoloji tələblərin daha sürətlə dəyişməsi ilə əlaqədar təhsil sahəsində modernləşmənin və pedaqoji texnologiyanın yeni təzahürü mənasında meydana çıxan fənlərin inteqrativ tədrisi ilə bağlıdır. Təsadüfi deyil ki, Respublika Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" adlı konseptual sənəddə ümumi təhsilin məzmununun hazırlanmasında inteqrativlik vacib didaktik prinsiplərdən biri kimi qeyd edilmişdir.

Ümumiyyətlə, təhsil prosesində inteqrativ məzmunun tətbiqi, fənlərin inteqrativ əsasda tədrisi hansı üstünlüklər yaradır:

l birləşdirilən fənlər arasında mahiyyət və məqsəd yaxınlığı, bəzən də eyniliyi, məntiqi əlaqə daha aydın təsəvvür olunur;

l bilik və bacarıqların ardıcıllığı, bir-birini tamamlaması, inteqrasiya edilən fənlərə aid oxşar məzmunlu biliklərin bir müstəvidə birləşməsi təmin edilir;

l inteqrasiya prosesində müqayisə etməklə əsas olanı qeyri-əsasdan ayırmaq, məzmuna ağırlıq gətirən lüzumsuz, ikinci dərəcəli məlumatların aradan qaldırılması asanlaşır;

l bilik və məlumat yığcamlığı, fikirlərin dizaynı baş verir;

l optimal məzmunun yaranması ilə mahiyyətin şüurlu mənimsənilməsinə imkanlar açılır;

l şagirdlərdə tədricən inteqrativ təfəkkürün formalaşmasına, riyazi düşüncənin möhkəmlənməsinə zəmin yaradılır və s.

Ölkəmizin "Təhsil haqqında" Qanununa görə, icbari ümumi orta təhsilin məqsədləri (nitq mədəniyyətinin, ünsiyyət bacarığının formalaşdırılması, idrak fəallığının və məntiqi təfəkkürün inkişafı, fənlər üzrə zəruri bilik və təsəvvürlərin yaradılması, İKT vasitələrindən istifadə qabiliyyətinin artırılması, hadisələrin qiymətləndirilməsi, fəaliyyət istiqamətlərinin müəyyənləsdirilməsi) daha çox həyati və praktik əhəmiyyətli məsələləri əhatə etdiyindən, düşünürük ki, onların reallaşdırılması üçün bu təhsil səviyyəsində tədris olunan təbiət fənləri, ümumi tarix və Azərbaycan tarixi, hətta musiqi və təsviri incəsənət fənləri də səriştə əsaslı inteqrativ tədris üçün geniş imkanlara malikdir. Başlanğıc üçün isə işçi qrupları yaradılmalı, geniş müzakirələr və tədqiqatlar aparılmalı, nəticə etibarı ilə müvafiq standartlar və kurikulumlar, metodik tövsiyələr tərtib olunmalı, müəllim hazırlığı, dərslik və dərs vasitələri ilə bağlı problemlər həll edilməlidir.

P.S. Eramızadan əvvəl yaşamış yunan filosoflarından birinin müdrik fikridir ki, "Bir cəmiyyətdə hər şeydən əvvəl elm və əxlaqı öyrətmək lazımdır". Şübhəsiz, hər hansı bir xalqın, millətin milli-mənəvi-əxlaqi dəyərləri dəyişilməz inanca söykənərək əsrlərboyu öz ictimai-fəlsəfi mahiyyətini qoruyub müqəddəs əmanət kimi ruhən nəsildən-nəslə ötürülür. Nüvəsində təhsil, təhsillilik bərqərar olan elm isə bəşəri xarakter daşımaqla zaman məhdudiyyəti tanımayıb "həcminə görə ölçüsüz, vəzifəsinə görə sonsuzdur". Təbii ki, elm, elmi kəşflər, ixtiralar da, bir qayda olaraq, mütərəqqi düşüncələrdən qaynaqlanır. Düşüncə çevik təfəkkürün məhsulu olub inkişafın hərəkətverici qüvvəsi sayıla bilər. Aqillər nahaq yerə deməyiblər ki, "Düşüncələriniz necədirsə, həyatınız da elədir". "İnsan ancaq düşüncələrini dəyişməklə yüksəlir, qalib olur, uğur qazanır".

Bu mənada bütün fəaliyyət sahələrinin elektronlaşdırıldığı, süni intellektin yaradıldığı indiki dövrdə düşünməyi, ideyalar, fərziyyələr, alternativlər irəli sürməyi, gələcəyi təxmin etməyi bacaran şagirdlərin formalaşdırılması ümumi təhsilin ən mühüm vəzifəsi kimi meydana çıxır. Həmin xoşməramlı məqsədin reallaşdırılmasının ilkin şərtini isə müvafiq dövlət standartları və fənn kurikulumlarının əsaslı şəkildə təkmilləşdirilməsi təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Sentyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see279

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see274

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see271

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see253

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see250

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see247

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see243

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see239

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see233

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see225

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see220

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see207

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see206

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see202

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see199

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see197

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see183

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see171

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri