Icma.az
close
up
RU
Ümummilli lider daim azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını inkişaf etdirirdi

Ümummilli lider daim azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını inkişaf etdirirdi

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 12-də qurucusu və memarı, bütün fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı olan, xalqı üçün yaşamış ulu öndər Heydər Əliyevin anım günüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.Dahi şəxsiyyət hələ 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra fəaliyyətini bütün varlığı ilə Azərbaycanın rifahı və gələcək inkişafı naminə daha intensiv şəkildə həyata keçirməyə başlayıb. Bu səbəbdəndir ki, onun hakimiyyəti dövründə Azərbaycan SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Çünki ölkədə bütün sahələr diqqət mərkəzində saxlanılırdı. İstər mədəniyyət, istərsə də sənaye, kənd təsərrüfatı, şəhərsalmanın inkişafı bərabər şəkildə aparılırdı.Lakin bütün işlər bununla yekunlaşmırdı. Kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə Heydər Əliyev xalqının milli özünüdərk və tarixi yaddaşının qorunması yolunda da mübarizəsini əzmlə davam etdirirdi. Bu yöndə atılan ən böyük addımlardan biri Azərbaycan gənclərinin hərb sahəsində peşəkar kadr kimi yetişdirilməsi oldu. Nəticədə ümummilli lider 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının təşəbbüskarı oldu. Yarandığı ildən müasir dövrümüzə qədər bu hərbi liseydə təhsil alan yüzlərlə gənc daha sonra Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın ordu quruculuğunda mühüm rol oynadı və öz sözünü deyə bildi.Ölkəmiz 1990-cı illərinin əvvəllərində bir çox təhlükələr qarşısında qalanda Heydər Əliyevin rəhbərliyə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Bundan sonra ulu öndər dövlətimizin inkişaf strategiyasını müəyyən etdi və inkişafın yeni Azərbaycan modelini yaratdı. Əlbəttə ki, müstəqil, demokratik, hüquqi dövlətin qurulması, ölkəmizin beynəlxalq miqyasda nüfuz qazanması da onun siyasətinin bəhrəsidir. Ulu öndərin həyat və fəaliyyətinə nəzər saldıqda görürük ki, həqiqətən də o canından çox sevdiyi ana yurdu üçün çətin və keşməkeşli mübarizə yolu keçib. Ümummilli lider Moskvada yüksək vəzifədə çalışarkən vətəni Azərbaycanı unutmurdu. Daha sonra ölkədə siyası böhranın son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı rəhbərlik 1993-cü ilin may-iyununda Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.Harada çalışmasından asılı olmayaraq Heydər Əliyev hər zaman azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını inkişaf etdirirdi. Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra isə banisi olduğu azərbaycançılıq məfkurəsini öz fəaliyyətinin təməl prinsipinə çevirdi. Ömrü boyu xidmət etdiyi xalqını etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq vahid ideologiya ətrafında birləşdirdi.Məlumdur ki, bütün xalqların qarşısında duran ən ümdə vəzifə müstəqil dövlətə nail olmaqdır. Lakin azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər məsuliyyətli və mürəkkəbdir. Bunun üçün hər bir dövlətin özünün suverenliyi və ərazi bütövlüyünü qoruması onun güclü ordu quruculuğundan asılıdır. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində ölkəmizdə Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.Ulu öndər deyirdi: “Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq”.Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib Orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə biri sayıla bilər. Ümummilli lider uzun illər ordu quruculuğu ilə yanaşı, Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışıb. Ulu öndər istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırıb və buna da nail olub. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi.Əsasını ulu öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi. Ata-baba torpaqlarımızın işğaldan azad olunması ilə bitən möhtəşəm zəfərdə Ali Baş Komanda İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan gəncləri əsas rolu oynadılar. Qorxmaz, igid gənclərimiz canları və qanları bahasına torpaqlarımızı işğaldan azad edərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Təbii ki, gənclərin belə vətənpərvər, milli ruha sadiq yetişdirilməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətin müstəsna əhəmiyyəti var. Vətən müharibəsi Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdi.Ümummilli liderimizin bizə ərmağan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu gün Ulu öndər Heydər Əliyevin cismən aramızda olmaması nə qədər ağırdırsa,İlham Əliyev kimi müdrik və bacarıqlı bir dövlət başçısının Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməsi ən böyük xoşbəxtlikdir.Çünki, Azərbaycanda hüquqi dövlətin banisi, ömrünün 40 ilə yaxın bir müddətini xalqımızın taleyi ilə sıx bağlayan Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin onun siyasi kursunun əzmkar davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz bu gün misli görünməyən sürətli inkişaf dinamikası əldə edərək regionun lider dövlətinə çevrilmişdir. Əminiklə deyə bilərəm ki, Ulu öndər Heydər Əliyevin dövlətimizin ərazi bütövlüyünün təmini ilə bağlı işğal altındakı torpaqlarımızın azad edilməsi arzusu Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə 44 günlük Vətən müharibəsi ilə reallaşdığı kimi Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında da layiq olduğu yeri tutacaqdır.

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see323

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see245

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see200

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see139

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see137

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see135

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see119

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see117

İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var?

03 Sentyabr 2025 15:58see114

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see114

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri