Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri ŞƏRH

Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyə başlamasından 56 il ötür.

Qeyd edək ki, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər möhtəşəm inkişaf nümunələri ilə əlamətdardır. Ona görə 14 iyul tarixi həm də xalqımızın müasir tarixində ilk intibah mərhələsinin başlanğıcı sayılır. Çünki Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə həyata keçirdiyi tədbirlər sosial-iqtisadi inkişafla yanaşı, xalqımızın milli oyanışını təmin etdi, gələcək müstəqilliyimiz üçün zəmin formalaşdırdı.

Azərbaycan böyük təbii sərvətləri, geniş iqtisadi potensialı olan ölkədir. Amma bütün bunlara baxmayaraq, ötən əsrin 60-cı illərinin sonuna qədər respublikamız ittifaq miqyasında inkişaf göstəricilərinə görə çox geridə qalmışdı, mövcud potensialdan istifadə olunmurdu. Respublikamızın neftlə zəngin olmasına baxmayaraq, iqtisadiyyatın digər sahələrində vəziyyət ürəkaçan deyildi. Potensial yüksək olsa da, Azərbaycan bir çox sahələrdə, o cümlədən milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsal tətbiqinə görə ümumittifaq göstəricilərindən çox geri idi.

Yeri gəlmişkən, qeyd edək ki, Heydər Əliyevin respublikaya rəhbər seçilməsindən sonra vəziyyəti ilk gündən düzgün dəyərləndirərək həyata keçirdiyi islahatların nəticəsində tezliklə iqtisadi sferada müsbətə doğru dönüş başlandı, inqilabi dəyişikliklər baş verdi. 1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcminin 2,5 dəfə, xalq istehlakı mallarının istehsalının 3 dəfə, sənaye istehsalının 2,7 dəfə artması məhz Heydər Əliyevin siyasətinin nəticələri idi. Həmin dövrdə iqtisadiyyata əvvəki 50 ildəkindən 1,4 dəfə çox kapital qoyulmuşdu. Əgər XIX əsrdən 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, 1969-1982-ci illərdə onların sayı 1048-ə çatdırılmışdı. Bütün bunların nəticəsində Azərbaycan keçmiş ittifaqa səs salan yüksəlişə nail olmuş, büdcədən dotasiya almadan yaşayan respublikalardan birinə çevrilmiş, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlmişdi. Heydər Əliyev Azərbaycanı inkişaf yoluna çıxarmaqla yanaşı, elm, təhsil, mədəniyyət sahələrində də bir çox mühüm tədbirlər həyata keçirməklə Azərbaycanın kompleks inkişafına nail olmuşdu. Və bütün bunların fonunda görünən həm də xalqımızın milli oyanışı idi. Heydər Əliyevin dövlət tədbirlərində ana dilində danışması, konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail olması, şair və yazıçılarımızı repressiyalardan, sovet rejiminin təqiblərindən xilas etməsi sıradan hadisələr deyildi. Bunlar Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olması, xalqımızın milli kimliyinin ifadə edilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, onların sovet şüarlarının təsirindən xilas olunması idi. Sovet rejiminin qadağalarına və sərt tələblərinə baxmayaraq, Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin yaşadılması üçün bütün imkanlardan istifadə edirdi. Bunu isə yalnız Heydər Əliyev kimi cəsarətli və vətənpərvər dövlət xadimləri bacara bilərdilər. Ulu Öndər həmin illər barədə deyib: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsan da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".

Ulu Öndər Heydər Əliyev 1982-ci ildə Moskvaya ali rəhbər vəzifəyə getdiyi zaman Azərbaycan artıq ittifaqın inkişaf etmiş respublikalarından biri kimi tanınırdı. Ulu Öndər Heydər Əliyev Kremldə, SSRİ rəhbərliyində çalışdığı dövrdə də doğma vətəninin inkişafı ilə bağlı məsələləri diqqətdən kənarda qoymadı. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərliyinin nəticəsi olaraq milli dövlətçilik ideyaları cəmiyyətdə hərəkətverici qüvvəyə çevrildi. Ötən əsrin 80-ci illərinin sonlarına doğru daha vüsət almağa başlayan müstəqillik çağırışlarının əsasında da məhz bu ideyalar dayanırdı. 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdikdən sonra da Heydər Əliyev öz xalqının yanında oldu. Ulu Öndərin 20 Yanvar faciəsindən sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək etirazını bildirməsi, 1990-cı ildən etibarən Naxçıvanda həyata keçirdiyi cəsarətli siyasi fəaliyyət, hələ sovet dövlətinin mövcud olduğu bir dövrdə üçrəngli bayrağımızı ucaltması, bu qədim diyarı erməni işğalından qoruması dövlətçilik tariximizin mühüm səhifələridir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidməti 1993-cü ildə siyasi hakimiyyətə qayıdaraq həyata keçirdiyi xilaskarlıq missiyası oldu. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qrupların yarıtmaz fəaliyyətlərinin nəticəsi olaraq Azərbaycan dərin siyasi böhranla üzləşmişdi. Yenicə qazandığımız müstəqilliyimizi itirilmək təhlükəsi ilə qarşılaşmışdı. Digər tərəfdən torpaqlarımız Ermənistan tərəfindən işğal olunur, ölkədə separatizm meyilləri güclənirdi. Azərbaycan həm də parçalanmaq təhlükəsi qarşısında idi. Məhz belə bir vaxtda xalqın istək və arzusu ilə siyasi hakimiyyətə gələn Heydər Əliyev bütün böhranlara son qoydu, müstəqilliyimizi xilas etdi, dövlətçiliyimizin itirilməsinə imkan vermədi.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" sərəncamında bildirildiyi kimi, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir: "Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərlik illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir". Beləliklə, ilk dəfə 1969-1982-ci illərdə respublikamızı inkişaf yoluna çıxaran Heydər Əliyev siyasəti 1993-cü ildə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Heydər Əliyev siyasəti bu gün layiqincə davam etdirilir. Prezident İlham Əliyev müdrik rəhbərliyi ilə Azərbaycanı regionda aparıcı, dünyada isə söz sahibi olan dövlət səviyyəsinə yüksəldib. Böyük qürurla qeyd etməliyik ki, Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi və strateji xəttin Prezident İlham Əliyevin siyasi və liderlik keyfiyyətləri ilə davamı Azərbaycanın möhtəşəm uğurlara imza atmasını təmin edir. Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması idi. Qeyd etmək lazımdır ki, Ulu Öndərin 1993-cü ildə Azərbaycana rəhbər seçildikdən sonra beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapdı. Bu məsələ ilə bağlı Heydər Əliyevin müəyyən etdiyi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin nəticəsində isə torpaqlarımız işğaldan azad olundu və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Torpaqlarımızı işğaldan azad etməklə Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirdi, həm də Ulu Öndərin ən böyük arzusunu çin etdi.

Ən əsası, Heydər Əliyev ömrünü Azərbaycana həsr etdi. Bu ömür vətənə məhəbbətin möhtəşəm nümunəsidir. Ulu Öndərin ideyaları isə əbədi yaşayır və Azərbaycanın yüksəlişində öz təcəssümünü tapır.

Mübariz Qocayev,

YAP Göygöl rayon təşkilatı üzrə Dozular kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 İyul 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see344

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see288

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see288

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see287

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see275

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see267

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see264

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see263

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see249

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see249

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see243

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see233

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see230

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see227

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see226

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see220

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see208

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see198

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri