Icma.az
close
up
RU
“Ümummilli Lider Heydər Əliyevin siyasi kursu: dövlətçiliyin və sabitliyin təməl prinsipləri”

“Ümummilli Lider Heydər Əliyevin siyasi kursu: dövlətçiliyin və sabitliyin təməl prinsipləri”

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və YAP Yasamal rayon “H.Cavid pr.115” (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin siyasi kursu: dövlətçiliyin və sabitliyin təməl prinsipləri” mövzusunda konfrans keçirilib.

Konfransda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, YAP Yasamal rayon “H.Cavid pr.115” (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Namiq Cəlilov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana direktoru, YAP Yasamal rayon “H.Cavid pr.129” (Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hüseyn Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, YAP Yasamal rayon “H.Cavid pr.115” (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) ünvanı üzrə ərazi partiya təşkilatının üzvləri və rəsədxana əməkdaşları iştirak edib.

Konfransdan öncə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini özündə əks etdirən guşəyə və rəsədxanada yerləşən eksponatlara baxış keçirilib.

Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayaraq konfransı açıq elan edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, YAP Yasamal rayon “H.Cavid pr.115” (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Namiq Cəlilov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu müasir Azərbaycanın dövlətçilik ideologiyasının əsasını təşkil edir. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi və hüquqi dövlət quruculuğuna start verildi. 1995-ci ildə qəbul edilən Konstitusiya dövlətin hüquqi əsaslarını möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin strateji baxışı ilə Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı. O, milli maraqları və suverenliyi hər şeydən üstün tuturdu. Dövlət institutlarının formalaşması, idarəetmədə səmərəlilik bu siyasətin əsas istiqamətləri idi. Ulu Öndər sabitliyin inkişafın təməli olduğunu sübut etdi. Onun müəyyən etdiyi yol bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev bu kursu daha da inkişaf etdirərək ölkəni yeni zirvələrə aparır. Ulu Öndər Heydər Əliyev irsi daim yaşayacaq və xalqımıza yol göstərəcəkdir.

Çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və memarıdır.SSRİ dönəmində Azərbaycanın rəhbəri kimi çalışdığı dövrdə respublikanı irəli aparan islahatlara imza atdı.Onun uzaqgörən siyasəti ilə sənaye, kənd təsərrüfatı, elm və təhsil sahələrində böyük inkişaf təmin olundu.Minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu universitetlərində təhsil almasına şərait yaratdı.1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmadan və vətəndaş müharibəsindən xilas etdi.1995-ci ildə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın siyasi sabitliyi və hüquqi əsaslarını müəyyənləşdirdi.Onun əsasını qoyduğu neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi mövqeyini möhkəmləndirdi.Bu strateji xətt bu gün Prezident İlham Əliyevin uğurlu liderliyi ilə daha da inkişaf etdirilir.Prezidentimizin qətiyyəti ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. Bu gün İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq prosesi ölkəmizin gücünü və sabitliyini əks etdirir.Azərbaycan bu gün enerji, logistika və nəqliyyat sahələrində dünya miqyasında aparıcı rol oynayır.Bu uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl və milli dövlətçilik fəlsəfəsi dayanır.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının taleyində müstəsna rol oynamış böyük dövlət xadimidir. O, hələ Sovet İttifaqı dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə respublikanı geridə qalmış bir bölgədən qabaqcıl və inkişaf etmiş bir respublikaya çevirmişdi. Onun təşəbbüsü ilə yüzlərlə sənaye müəssisəsi yaradıldı, təhsil və mədəniyyət sahələrində böyük irəliləyişlər baş verdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində minlərlə gənc SSRİ-nin aparıcı ali məktəblərində təhsil alaraq gələcək Azərbaycan dövlətçiliyinin əsas sütunlarına çevrildi. 1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos və vətəndaş qarşıdurması şəraitində xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər müstəqil Azərbaycanın dövlətçilik təməllərini qurdu. 1995-ci ildə qəbul edilən Konstitusiya hüquqi dövlətin əsasını qoydu və sabitlik üçün zəmin yaratdı. Onun həyata keçirdiyi neft strategiyası və “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinə yol açdı. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizi regional gücə çevirib. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan tarixi Qələbələrə imza ataraq əldə olunan Zəfərlərlə ölkəmizin ərazi bütövlüyünü, suverenliyi bərpa etdi. Bu zəfərlərUlu Öndər Heydər Əliyevin qurduğu güclü dövlətin məntiqi nəticəsi oldu. Hazırda işğaldan azad olunmuş torpaqlarda Böyük Qayıdış və genişmiqyaslı bərpa, yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda söz sahibi olan dövlətə çevrilib. Bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti dayanır.

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın direktoru, YAP Yasamal rayon “H.Cavid pr.129” (Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hüseyn Hüseynovçıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun mərkəzində milli maraqlar və dövlətin suverenliyi dayanırdı. O, hüquqi dövlət və vətəndaş cəmiyyətinin əsaslarını yaradaraq ölkənin gələcəyini təmin etdi. Dövlətçiliyin əsas dayaqları – güclü ordu, stabil iqtisadiyyat və milli həmrəylik onun siyasətində prioritet idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiya xalqın iradəsinin ifadəsi oldu. O, idarəetmədə şəffaflığı və qanunun aliliyini təmin etdi. Ümummilli Liderin siyasi fəlsəfəsi azərbaycançılıq ideologiyasına əsaslanırdı. Onun uzaqgörənliyi Azərbaycanın regional və beynəlxalq nüfuzunu artırdı. Sabitlik və təhlükəsizlik siyasəti ölkənin hərtərəfli inkişafını təmin etdi. Ulu Öndərin təməlini qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu kurs Azərbaycanın gələcəyini təmin edən əsas sütunlardan biridir.

Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil və güclü dövlətə çevrilməsində müstəsna rol oynamışdır. O, milli təhlükəsizlik və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Dövlətin sabitliyi və inkişafı onun üçün prioritet məsələ idi. Ulu Öndərin təşəbbüsü ilə qəbul olunan Konstitusiya müasir hüquqi dövlətin əsas sənədinə çevrildi. Onun siyasi kursu sosial ədalət, ictimai sabitlik və milli birlik prinsiplərinə əsaslanırdı. Ulu Öndər Heydər Əliyev iqtisadi islahatlar və strateji layihələrlə Azərbaycanın gələcəyini planlaşdırdı. Dövlət idarəçiliyində səmərəlilik və məsuliyyət ön plana çəkildi. Bu kurs sayəsində Azərbaycan dünyada etibarlı və güclü dövlət kimi tanındı. Ulu öndərin siyasi xətti Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə bu gün də ölkəmizin inkişafına xidmət edir. Ulu Öndər Heydər Əliyevin irsi hər zaman yaşadılacaq və qorunacaqdır.

Sonda çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc alim və mütəxəsisslər şurasının sədri Samirə Rəhimli qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan dövlətçiliyinin əsas bünövrəsini formalaşdırdı. Onun rəhbərliyi ilə ölkədə vətəndaş həmrəyliyi və siyasi sabitlik təmin olundu. Dövlətin hüquqi çərçivəsi Konstitusiya ilə müəyyən edildi və tətbiq olundu. Ümumilli Lider Heydər Əliyev güclü və müstəqil dövlət quruculuğunu əsas məqsəd kimi qarşıya qoydu. Bu kurs vətəndaşların hüquqlarının qorunmasına və azadlıqların təmininə yönəldi. Dövlətin təhlükəsizliyi və daxili sabitliyi prioritet olaraq müəyyən edildi. O, milli maraqlara əsaslanan xarici siyasətlə Azərbaycanın mövqeyini gücləndirdi. Sabitlik və qanunun aliliyi onun iradəsi ilə həyata keçdi. Bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar bu siyasi irsin bəhrəsidir.

Çıxışlardan sonra fəxri fərmanlar təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 May 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see172

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see164

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see162

Fransada 3 böyük həmkarlar ittifaqı insanları kütləvi etiraz nümayişinə çağırıb

28 Sentyabr 2025 10:31see158

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see149

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see140

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see139

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see133

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see127

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see127

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see126

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see124

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see123

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see123

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see121

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see121

Ukrayna ABŞ la 90 milyardlıq silah müqaviləsi imzalayır

28 Sentyabr 2025 16:38see120

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

28 Sentyabr 2025 13:28see120

Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar

28 Sentyabr 2025 10:27see119

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri