Icma.az
close
up
RU
UNEC də elmin rəqəmsallaşdırılmasında yeni mərhələ: AVESİS platforması təqdim olundu

UNEC də elmin rəqəmsallaşdırılmasında yeni mərhələ: AVESİS platforması təqdim olundu

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətin rəqəmsallaşdırılması istiqamətində növbəti yenilik həyata keçirilib. Universitetdə elmi məlumatların vahid idarəetmə sistemi üzərindən toplanmasını və analizini təmin edən AVESİS (Academic Data Management System) platformasının təqdimatı keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) professoru Adem Kalınlı platformanın funksionallığı və onun elmi idarəetmə proseslərində tətbiq imkanları barədə ətraflı təqdimatla çıxış edib. Bildirib ki, AVESİS platforması UNEC-də akademik heyətin elmi fəaliyyətinə dair məlumatların toplanması, idarə olunması və sistemləşdirilməsi üçün yaradılmış çoxfunksiyalı idarəetmə sistemidir. Platforma vasitəsilə universitet əməkdaşlarının elmi məqalələri, istinadları, tədqiqat layihələri, patentləri və digər akademik göstəriciləri vahid məlumat bazasında toplanaraq, elmi potensialın real vaxt rejimində izlənməsi mümkün olacaq.

Yeni sistem UNEC-də dataya əsaslanan qərarvermə prosesinin təkmilləşdirilməsinə, elmi nəticələrin ölçülməsi və təhlilinin daha şəffaf və operativ aparılmasına şərait yaradacaq. Bununla yanaşı, AVESİS universitetin beynəlxalq reytinqlərdəki mövqeyinin möhkəmləndirilməsi və elmi fəaliyyətin qlobal standartlara uyğunlaşdırılması baxımından da mühüm alət rolunu oynayacaq.

Professor Adem Kalınlı çıxışı zamanı bildirdi ki, elmi fəaliyyətin rəqəmsallaşdırılması müasir universitetlərin idarəetmə sisteminin əsas tərkib hissəsinə çevrilib: “Bu platforma universitetlərdə elmin yalnız nəticələrini deyil, bütün prosesini izləməyə imkan verir. AVESİS vasitəsilə elmi göstəricilərin analizi, əməkdaşların fəaliyyət xəritəsinin hazırlanması və strateji qərarların verilməsi daha effektiv şəkildə mümkün olur.”

UNEC-in rektoru, professor Ədalət Muradov rəqəmsallaşmanın elmi fəaliyyətin idarə olunmasında müasir yanaşmaların tətbiqini sürətləndirdiyini, məlumatların şəffaf, ölçülə bilən və analitik əsaslarla idarə edilməsinə imkan yaratdığını bildirib. O, platformanın tətbiqinin UNEC-in elmi fəaliyyətinin beynəlxalq görünümlüyünü və tanınmasını artıracağını, elmi nəticələrin qlobal akademik məkanla inteqrasiyasını sürətləndirəcəyini və universitetin beynəlxalq elmi reytinqlərdə mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Təqdimatdan sonra UNEC-də elmin rəqəmsallaşdırılması istiqamətində son bir ildə görülmüş işlərin nəticələri müzakirə olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Oktyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri