UNEC də “Məzun platforması” istifadəyə veriləcək
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) məzunlar üçün xüsusi platformanın istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə Modern.az-a UNEC-in Karyera Mərkəzinin rəhbəri Sevinc Məcid məlumat verib. Onun sözlərinə görə, platformanın yaradılmasında əsas məqsəd UNEC məzunları arasında əlaqələrin gücləndirilməsi və peşəkar şəbəkələşmə imkanlarının genişləndirilməsidir. Yeni platformada qeydiyyatdan keçən məzunlar bir-biri ilə yazışa, qrup yoldaşlarını tapa və axtara, həmçinin müxtəlif illərdə universiteti bitirmiş məzunlarla əlaqə qura biləcəklər. İstifadəçilər platforma vasitəsilə digər məzunların fəaliyyəti və tutduqları vəzifələr barədə də məlumat əldə edəcəklər. “Məzun platforması”nda tədbirlərlə bağlı elanlar yerləşdiriləcək, məzunlar qeydiyyatdan keçərək iştirak edə biləcək, həmçinin platforma vasitəsilə xəbərlər və digər aktual məlumatlarla tanış olacaqlar.
Sevinc Məcid bildirib ki, bu təşəbbüs məzunlar arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcək. Eyni zamanda, universitet tərəfindən platforma üzvlərinə müxtəlif təbrik mesajlarının və məlumatların göndərilməsi də nəzərdə tutulur. Platforma UNEC məzunları üçün ayrıca hazırlanacaq və onların əsas sosial şəbəkələrdən kənar vahid ünsiyyət məkanı kimi fəaliyyət göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 İyun 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















