Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

UNEC in birgə təşkilatçılığı elmi konfrans keçirilir FOTOLAR

UNEC in birgə təşkilatçılığı elmi konfrans keçirilir FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mayın 21-də Heydər Əliyev Mərkəzi və UNEC-in birgə təşkilatçılığı ilə VIII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı  (ISCEMR 2026) öz işinə başlayıb.

"Unikal" xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans “Süni intellekt və kiçik dövlətlərin strateji seçimləri” mövzusuna həsr olunub.

Konfrans iştirakçıları rəsmi açılışdan əvvəl fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.

Rəsmi açılışdan öncə tədbir iştirakçıları konfrans çərçivəsində nəşr olunan kitablarla tanış olublar.

Konfransın açılış mərasimində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov iştirakçıları salamlayaraq, builki mövzunun seçilməsinin müasir dövrdə süni intellektin dövlətlərin inkişaf strategiyasında artan rolundan irəli gəldiyini bildirib: “Bu gün süni intellekt artıq yalnız texnoloji məsələ deyil, həm də iqtisadi inkişaf, insan kapitalı və milli idarəetmə modeli ilə birbaşa bağlı strateji istiqamətdir.”

Rektor ali təhsil müəssisələrinin süni intellekt strategiyalarının icrasındakı roluna diqqət çəkib. Bildirib ki, süni intellekt hazırda təhsilin mərkəzi istiqamətlərindən birinə çevrilsə də universitetlərdə süni intellektin təhsilə inteqrasiyası, multidissiplinar proqramların genişləndirilməsi və rəqəmsal alətlərin tətbiqi hələ yetərli səviyyədə deyil. Ən önəmlisi isə süni intellekt təhsildə yalnız texniki vasitə və ya “chatbot” kimi deyil, analitik düşüncə, müzakirə, tənqidi yanaşma proseslərini gücləndirən strateji təhsil aləti kimi istifadə olunmalıdır: “Təhsilə yanaşma köklü şəkildə dəyişməli və süni intellekt insan kapitalının inkişafına xidmət edən əsas dayaqlardan birinə çevrilməlidir.” - deyə, rektor bildirib.

Ədalət Muradov kiçik ölkələr üçün süni intellekt strategiyası hazırlanarkən xüsusi diqqət yetirilməli olan məqamları da açıqlayıb: “Birincisi, diqqət texnologiyanın özündən çox, islahatların məntiqinə və idarəetmə yanaşmasına yönəlməlidir. İkincisi, süni intellekt milli mədəniyyətə, dilə və təhsil proqramlarına uyğunlaşdırılmalıdır.
Üçüncüsü, məhdud resurslar nəzərə alınaraq ölkə üçün yalnız 2-3 əsas prioritet istiqamətlər nəzərə alınmalıdır. Dördüncüsü isə, investisiya ilk növbədə, texnologiyalara deyil, müəllimlərin inkişafına və insan kapitalının gücləndirilməsinə yönəldilməlidir.” Rektor həmçinin qeyd edib ki, ana dilində keyfiyyətli məlumat bazalarının və təhsil kontentinin yaradılması artıq strateji zərurətə çevrilib.

Ədalət Muradov UNEC-də elm və təhsilin tamamilə rəqəmsallaşdırıldığını vurğulayaraq, bu istiqamətdə həyata keçiriləcək yenilikləri də diqqətə çatdırıb. O, “Eduman” platformasının yeniləndiyini, “assistant professor” modelinə əsaslanan süni intellekt əsaslı rəqəmsal tyutorlar layihəsinin israilli mütəxəssislər tərəfindən hazırlandığını, həmçinin sentyabr ayından etibarən xarici dillərin tədrisində süni intellekt texnologiyalarının tətbiqinin nəzərdə tutulduğunu bildirib.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov çıxışında qeyd edib ki, süni intellekt artıq yalnız texnoloji yenilik deyil, həm də dövlətlərin iqtisadi rəqabət qabiliyyəti, idarəetmə səmərəliliyi və milli təhlükəsizliyi üçün strateji amilə çevrilib. O bildirib ki, “AI Stack” yanaşmasına əsasən bu sahədə infrastruktur və böyük modellər səviyyəsində rəqabət kiçik dövlətlər üçün çətin olsa da, tətbiq və adaptasiya mərhələlərində ciddi imkanlar mövcuddur. Nazir müavini bu kontekstdə Azərbaycanın əsas üstünlüyünün çevik idarəetmə, dövlət qurumları, akademik mühit və özəl sektor arasında sürətli koordinasiya və innovasiyaların praktik tətbiqinə hazır institusional mühit olduğunu vurğulayıb: “Qeyd olunan yanaşma beynəlxalq göstəricilərlə də təsdiqlənir. Oxford Insights-ın “AI Readiness Index” (Süni İntellekt Hazırlıq İndeksi) 2025-ci il nəticələrinə əsasən, Azərbaycan bu indeksdə 41 pillə irəliləyərək, 70-ci yerdə qərarlaşmışdır. Bu göstərici ölkənin son illərdə süni intellekt və rəqəmsal transformasiya sahəsinə yönəltdiyi diqqətin və həyata keçirilən uğurlu islahatların nəticəsidir”- deyə o bildirib. R.Həsənob dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr və onların əhəmiyyətini də diqqətə çatdırıb.

Johns Hopkins və Nanjing universitetlərinin professoru Thomas W.Simon çıxışında süni intellektlə bağlı “xəbərdaredici qeydlər” mövzusuna toxunub. Məlumat idarəedilməsi sahəsində dünya şöhrətli alim, Kanadanın Vaterlo Universitetinin professoru Tamer Özsu isə videomüraciətində süni intellekt ekosisteminin strukturundan danışıb. Cənub-Şərq Universitetinin dosenti, Azərbaycan Tədqiqat Mərkəzinin rəhbəri (Çin) Faiq Ağabalayev çıxışında süni intellekt və kiçik dövlətlərin strateji seçimləri mövzusuna çıxış edib.

Regional İnkişaf İctimai Birliyinin şöbə müdiri Adilə Əliyeva isə çıxışında təhsilin davamlı inkişafı istiqamətində həyata keçirilən layihələrdən danışıb.

Tədbir çərçivəsində iki panel təşkil olunub. Birinci panel “Süni intellekt və rəqəmsal iqtisadiyyat: Azərbaycan üçün inkişaf modelləri”, Orta Doğu Texniki Universiteti (ODTU) tərəfindən keçirilən ikinci panel isə “Təhsildə süni intellekt” mövzusunda olub.

Konfransda ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İsveçrə, İspaniya, Polşa, Niderland, Avstriya, Estoniya, Macarıstan, Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Çin və Hindistan da daxil olmaqla, ümumilikdə 18 ölkə təmsil olunur.

3 gün davam edəcək konfrans çərçivəsində 6 onlayn və 4 oflayn vörkşop, 4 oflayn və 26 onlayn, eləcə də 1 hibrid sessiya olmaqla 41 fərqli müzakirə keçiriləcək. Konfransın məqalələri Web of Science bazasında indekslənən Journal of Learning and Teaching in Digital Age elmi jurnalında dərc olunacaq.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 May 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri