MEDİA və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə konfrans... FOTOLAR
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilir.
Globalinfo.az xəbər verir ki, konfrans iki paneldən ibarət olacaq.
Birinci panel “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusuna həsr olunacaq, ikinci panel sessiyası “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzusunda təşkil olunacaq.
Müzakirələr zamanı qloballaşma, rəqəmsal kommunikasiya, sosial media trendləri və sürətlə dəyişən informasiya mühiti fonunda Azərbaycan dilinin ədəbi normalarının qorunması müzakirə ediləcək. Həmçinin, bu səbəbdən media nümayəndələrinin müvafiq istiqamətdə məsuliyyətinin artırılması, metodoloji yanaşmaların təkmilləşdirilməsi, dil monitorinq mexanizmlərinin genişləndirilməsi, təlim və maarifləndirmə təşəbbüslərinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 07 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















