Icma.az
close
up
RU
UNEC in Dərbənd filialının məzunları diplomlarını niyə ala bilmirlər?

UNEC in Dərbənd filialının məzunları diplomlarını niyə ala bilmirlər?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycan İqtisad Universitetinin (UNEC) Dərbənd filialının məzunları diplomlarını ala bilmirlər.

2023-2024-cü il üzrə təhsil almış maliyyə ixtisasının tələbələri bu barədə Oxu.Az-a şikayət ünvanlayıblar.

Bildirilib ki, Rusiya vətəndaşı olan tələbələr təxminən bir ay öncə diplomlarını aldıqları halda, onlar hələ də ala bilməyiblər:

"Biz 2023-2024-cü il üzrə məzun olmuşuq. İmtahanlardan da yaxşı nəticə əldə etmişik, kəsirlərimiz yoxdur. Lakin buna baxmayaraq, hələ də diplomumuzu ala bilmirik. Diplomlarımızın verilməmə səbəbi bizə maraqlıdır. Niyə Rusiya vətəndaşları ala bilir, biz isə ala bilmirik?"

Məsələ ilə bağlı UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova Oxu.Az-a açıqlamasında qeyd edib ki, məzunlara diplomların verilməsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən diplom blanklarının gəlməsini gözləyirlər:

"Tələbələrin məzun əmrləri verilib. Elm və Təhsil Nazirliyinə də bu əmrlər göndərilib. Prosedur necədirsə, biz bu proseduru həyata keçirmişik. Hazırda Rusiya vətəndaşlarının diplomları verilib. Elm və Təhsil Nazirliyi bizə diplom blankları göndərməlidir. Onlar da araşdırma aparırlar. Araşdırmalar bitdikdən sonra diplom blankları veriləcək. Diplom blankları bizə nə vaxt gələrsə, həmin gün də imzalayıb məzunlara verə biləcəyik. Elm və Təhsil Nazirliyi deyir ki, mərhələli şəkildə araşdırma aparılır, bitdikdən sonra diplom blankları göndəriləcək.

Araşdırma detalları və qaydalarını nazirlik özü bilir. Bunu biz bilmirik. Yoxlama qaydaları nədir? Nəyi araşdırırlar? Nəyə görə araşdırırlar? Bunları ancaq nazirlik cavablaya bilər.

Dərbənd filialına qəbul Rusiya qəbul qaydalarına əsasən aparılır. Dövlət İmtahan Mərkəzi vasitəsilə aparılan qəbulla deyil. Ehtimal edirəm ki, araşdırmalar buna görədir. Yenə də hər bir halda bu barədə Elm və Təhsil Nazirliyi daha ətraflı məlumat verə bilər".

Elm və Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tələbənin qəbulu, təhsil prosesi və digər məsələlər araşdırılır:

"Qeyd olunan məqamlar qanunvericiliyin tələblərinə uyğun olduğu halda diplom blankları təqdim olunur.

Qanunvericiliyin tələblərinə uyğun olmayan hallar aşkar olunduğu və Elm və Təhsil Nazirliyi tərəfindən müsbət rəy verilmədiyi hallarda diplom blanklarının təqdim olunması mümkün deyil".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Aprel 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri