Icma.az
close
up
RU
“NƏ DİPLOM VAR, NƏ CAVAB” UNEC in Dərbənd filialının məzunları çıxılmaz vəziyyətdə

“NƏ DİPLOM VAR, NƏ CAVAB” UNEC in Dərbənd filialının məzunları çıxılmaz vəziyyətdə

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü il məzunları diplomlarını ala bilmədiklərindən ciddi çətinliklərlə üzləşirlər.

Bu barədə maliyyə ixtisasında təhsil almış və məzun olan tələbələr Gununsesi.info -ya şikayət ünvanlayıblar.

Onların sözlərinə görə, diplomun verilməməsi səbəbindən nə işə düzələ bilirlər, nə də ali təhsilli kimi hərbi xidmətdən yararlana bilirlər.

Məzunlar qeyd edirlər ki, diplom ala bilmədikləri üçün hərbi xidməti 1 il əvəzinə 1 il 6 ay müddətində keçməli olurlar.

“Bu isə bizim hüquqlarımızın açıq şəkildə pozulmasıdır. Bu yaxınlarda Rusiya vətəndaşı olan tələbələrə diplomlar verilib. Lakin biz Azərbaycan vətəndaşları hələ də diplomlarımızı ala bilmirik. Bizə bildirirlər ki, Dövlət İmtahan Mərkəzi (DİM) vasitəsilə qəbul olmadığınız üçün diplom təqdim edilə bilməz. Halbuki, bizdən əvvəlki və bizdən sonrakı kursların bütün tələbələri də eyni qayda ilə, yəni Dərbənd filialının daxili imtahanları vasitəsilə qəbul olunublar. Bu filiala qəbulun başqa yolu yoxdur və bütün illərdə qəbul prosesi bu şəkildə həyata keçirilib.

Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət etsək də, tələbələrə göndərilən rəsmi cavablarda yalnız DİM vasitəsilə qəbul olunmuş şəxslərə diplom verildiyi qeyd olunur.

Lakin UNEC-in Dərbənd filialının rəsmi saytında isə bunun tam əksi göstərilir. Sayt verilən məlumatda bildirilir ki, bu filialda tələbə qəbulu Rusiya Federasiyasının qəbul qaydalarına əsasən aparılır.

Bu ziddiyyətli yanaşma tələbələrin hüquqlarının pozulmasına gətirib çıxarır. Diplomun verilməməsi təkcə hərbi xidmət müddətinə deyil, həmçinin məzunların əmək bazarına çıxışına, karyera qurmasına və təhsil hüquqlarına ciddi şəkildə zərər vurur.

Müraciətlərimizə Elm və Təhsil Nazirliyi tərəfindən heç bir konkret cavab verilmir. Bu isə problemin daha da dərinləşməsinə və tələbələrin haqsızlıq hissi ilə üz-üzə qalmasına səbəb olur”.

BUNA DA BAX!

Rektor diplom vermədiyi məzunlardan yayınır

Təəssüf ki, tələbələr dəfələrlə müraciət etsələr də, Elm və Təhsil Nazirliyindən nə düzgün, nə də aydın bir cavab ala bilmirlər. Bu da problemi uzadır, tələbələr arasında haqsızlıq hissini gücləndirir və dövlət qurumlarına olan inamı azaldır.

UNEC-in Dərbənd filialı Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşir və burada fəaliyyət göstərmək üçün Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 25 noyabr 2015-ci il tarixli 2220 saylı əmri ilə lisenziya alınıb.

Filiala qəbul isə 14 oktyabr 2015-ci il tarixli 1147 saylı əmr əsasında müəyyən edilmiş Qəbul Qaydalarına uyğun həyata keçirilir və bu qaydalar UNEC-in Elmi Şurası tərəfindən təsdiq edilib.

Hazırda filialda “Maliyyə-kredit”, “Mühasibat uçotu, təhlil və audit” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə təhsil rus və Azərbaycan dillərində keçirilir.

Məzunlar isə diplomlarının verilməsi və hüquqlarının bərpa edilməsi ilə bağlı məsul qurumlardan rəsmi və aydın cavab gözlədiklərini bildirirlər.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Aprel 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri